Yan Hamaçek: Azərbaycan ilə Çexiya arasında təhsil sahəsində əlaqələr genişlənir
16.03.2016 [09:50]
“Azərbaycan ilə Çexiya arasında təhsil sahəsində əlaqələr genişlənir. Azərbaycanlı tələbələrin Çexiyanın müxtəlif universitetlərində təhsil almaları hər iki ölkənin ali təhsil müəssisələri arasında əlaqələrin daha da inkişafına böyük töhfə verəcək”. AZƏRTAC xəbər verir ki, bu fikirləri Çex Respublikası Parlamentinin Deputatlar Palatasının sədri Yan Hamaçek Bakı Slavyan Universitetində (BSU) onunla keçirilən görüşdə səsləndirib.
Yan Hamaçek qarşılıqlı əlaqələrin inkişafında atılan addımları və çex dilinin Bakı Slavyan Universitetində tədris olunmasını yüksək qiymətləndirib. O, səfəri zamanı Azərbaycanda məhsuldar görüşlər keçirdiyini bildirib, ölkələrimiz arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunu söyləyib. Qonaq Azərbaycan ilə Çexiya arasında humanitar sahədə əməkdaşlığın gələcəkdə daha da genişləndirilməsinin önəmini qeyd edib.
Görüşdə Bakı Slavyan Universitetinin rektoru, professor Asif Hacıyev rəhbərlik etdiyi ali təhsil ocağının yaranma tarixi, tədris prosesi və fəaliyyət istiqamətləri barədə məlumat verib. Universitetdə çex dilinin tədris olunduğunu, Çex Dili və Mədəniyyəti Mərkəzinin fəaliyyət göstərdiyini diqqətə çatdırıb.
BSU-nun beynəlxalq əlaqələrindən söz açan rektor universitetin Şərqi Avropa, Slavyan ölkələri ilə əməkdaşlığını xüsusi qeyd edib. Bildirilib ki, bir çox xarici universitetlərdə azərbaycanşünaslığın və multikulturalizmin təbliğinə və tədrisinə xüsusi diqqət ayrılıb. BSU tərəfindən bir sıra xarici universitetlərdə Azərbaycan tədris və mədəniyyət mərkəzləri yaradılıb və fəaliyyət göstərir.
Qeyd edilib ki, Çexiyanın ali təhsil müəssisələrində Azərbaycan multikulturalizmi fənninin tədrisinə başlanılıb. Çexiyaşünaslıq üzrə təhsil alan tələbələr Çexiyada dil təcrübəsində olublar. Çexiyanın Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə universitetin çexiyaşünaslıq üzrə təhsil alan tələbələrinə silsilə mühazirələr və çex dilindən praktik dərslər təşkil edilib. Mühazirələr bir semestr ərzində səfirliyin əməkdaşları tərəfindən aparılacaq, Çexiyanın tarixi, ölkənin siyasi əlaqələri, iqtisadiyyatı, çex xalqının qədim kökləri, adət-ənənələri, mədəniyyəti kimi mövzuları əhatə edəcək. BSU-nun tələbələrinə ilk mühazirəni Çexiyanın Azərbaycandakı səfiri Vitezslav Pivonka oxuyub.
Sonra qonaqlar universitetin Çex Dili və Mədəniyyəti Mərkəzi ilə tanış olub, çex xalqının milli geyimlərini universitetə hədiyyə ediblər.
Xəbər lenti
Hamısına baxDünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50

