Ali Məhkəmənin Plenumunda Ailə Məcəlləsinə dəyişikliklər barədə təkliflər müzakirə edilib
29.03.2016 [11:04]
Martın 28-də Ramiz Rzayevin sədrliyi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin növbəti Plenumu keçirilib.
AZƏRTAC xəbər verir ki, Ali Məhkəmənin sədri Ramiz Rzayev əvvəlcə plenumun gündəliyini elan edib.
R.Rzayev plenumun iclasında çıxış edərək bildirib ki, Azərbaycanda milli mənəvi dəyərlərin qorunmasına və inkişaf etdirilməsinə dövlət səviyyəsində xüsusi önəm verilir. Bu, ailə münasibətlərinə də aiddir. Uzun əsrlərdən bəri Azərbaycan ailəsi sabitlik, qarşılıqlı hörmət, valideynlərin uşaqların xoş gələcəyi naminə fədakarlığı prinsipləri ilə seçilib.
Qeyd edilib ki, nikah, ailə həyatına hörmət və uşaq hüquqları həm milli qanunvericilikdə, həm də Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə əksini tapıb. BMT-nin “İnsan hüquqları haqqında ümumi bəyannaməsi”ndə, “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” beynəlxalqda paktda, “Uşaq hüquqları haqqında” Konvensiyada, həmçinin “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasında nikah, ailə həyatına hörmət hüququ, uşaq hüquqları ilə bağlı müddəalar yer almaqla yanaşı, bu sahədə dövlətlərin öhdəlikləri də müəyyənləşdirilib.
Ali Məhkəmənin sədri deyib ki, 2015-ci ildə respublikamızda nikahların pozulması və etibarsız hesab edilməsi ilə bağlı 11 min 281 işə baxılıb. Bu da əvvəlki ilə nisbətən 4,5 faiz artımla müşahidə olunub. Ədalət mühakiməsini həyata keçirən məhkəmələrin qəbul etdiyi qərarlar ədalətli olmalıdır. Ailə münasibətləri, o cümlədən nikahın pozulması daha çox şəxsi xarakter daşıdığına, ər və arvadın qarşılıqlı, bir qədər də başqalarına məlum olmayan, onların ikisinə aid münasibətlərlə bağlı olduğuna görə bu xarakterli işlərdə tərəflərin, yəni ər və arvadın prosesdə şəxsən iştirakına diqqət yetirilməli, onların məhkəmə prosesinin vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilib-edilməməsi, məhkəmə iclasına gəlməməsinin səbəbləri araşdırılmalı, nikahın pozulmasına münasibətləri müəyyənləşdirilərək zəruri hallarda işə baxılmasının qanunla müəyyən edilən müddətdə təxirə salınmasına riayət olunmalıdır.
Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov mövzu ilə bağlı fikirlərini bildirib, ailə və nikah münasibətləri sahəsində mövcud qanunvericilik bazasından danışıb.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova isə çıxışında gender bərabərliyi, qadın və uşaq hüquqlarının təmin olunması istiqamətində həyata keçirilən layihələri diqqətə çatdırıb.
Plenumda nikahın pozulması və yetkinlik yaşına çatmamış uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərar layihəsi geniş müzakirə olunub və təhlillər aparılıb.
Ali Məhkəmənin hakimləri, Apellyasiya məhkəmələrinin sədrləri, şəhər və rayon məhkəmələri hakimlərinin təklifləri dinlənilib.
Xüsusi vurğulanıb ki, nikah pozularkən birgə nikahdan olan uşaqların taleyinə daha çox diqqət yetirilməlidir. Belə hallarda ən əsas meyar uşağın üstün mənafeyinin təmin olunmasıdır. Uşağın maraqlarını (mənafeyini) maddi və mənzil şəraiti ilə təmin olunması ilə məhdudlaşdırmaq olmaz. Əsas məqsəd uşağın daimi olaraq ailənin xeyirxah təsirini, valideyn sevgisini, qayğısını, nəvazişini hiss etməsinin, hər bir uşağın mədəni, hərtərəfli inkişaf etmiş, təhsilli, fəal ictimai həyata hazırlanmış şəkildə böyüməsinin təmin olunmasıdır. Xüsusilə, nikahın pozulması hallarında aliment düzgün müəyyənləşdirilməlidir.
Plenumda nikahın pozulması və aliment tələbləri ilə bağlı işlərə məhkəmələr tərəfindən baxılarkən qanunvericiliyin vahid qaydada və düzgün tətbiqi üçün müvafiq qərar qəbul olunub.
Ali Məhkəmənin Plenumu “Nikahın pozulması və yetkinlik yaşına çatmamış uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” məsələnin müzakirəsi zamanı şərh olunanlara əsasən, Azərbaycan Respublikası Ailə Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə təkliflər verilməsini qərara alıb.
Plenumda, həmçinin konkret cinayət və mülki işlərə də baxılıb.
Xəbər lenti
Hamısına baxMaraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44

