Afinada “Heydər Əliyev: Öndər və onun dövrü” kitabının təqdimatı olub
26.04.2016 [09:10]
Xəbər verdiyimiz kimi, Yunanıstanın paytaxtı Afina şəhərində Milli Məclisin deputatı, yazıçı-dramaturq Hüseynbala Mirələmovun həmmüəllifi olduğu “Görkəmli adamların həyatı” (JZL) seriyasından “Heydər Əliyev” kitabının yunan dilinə nəşr olunmuş variantının təqdimat mərasimi keçirilib.
Mərasimin keçirildiyi dövlət sarayının qarşısında hər il aprelin 24-də qondarma “erməni soyqırımı”nın ildönümünü qeyd edən Afinadakı erməni diasporunun nümayəndələri bir neçə dəqiqə hay-küy salaraq etiraz aksiyası keçirməyə cəhd edib və qısa müddətdən sonra oradan uzaqlaşdırılıblar.
“Heydər Əliyev: Öndər və onun dövrü” kitabının təqdimat mərasimində Yunanıstan ictimaiyyətinin görkəmli nümayəndələri, ictimai xadimlər, deputatlar, ölkədəki diplomatik korpusun təmsilçiləri daxil olmaqla, 300-dən artıq nümayəndə iştirak edib.
2006-cı ildə işıq üzü görən kitab Azərbaycanın Yunanıstandakı səfirliyinin və Azərbaycan-Yunanıstan parlamentlərarası dostluq qrupunun dəstəyi ilə Dimitris Patelis və Panayota Materi tərəfindən rus dilindən yunan dilinə tərcümə edilib.
Afinanın “Enalios” Nəşriyyat Evi tərəfindən nəfis şəkildə və yüksək poliqrafik tərtibatla çap olunmuş kitabın təqdimat mərasimini giriş sözü ilə açan Azərbaycanın Yunanıstandakı səfiri Rəhman Mustafayev deyib ki, nəşrin yunan dilinə tərcümə edilməsi xalqlarımız arasında dostluğun nümunəsi olmaqla yanaşı, həm də Azərbaycanın sülhsevər siyasətinin xarici ölkələrdə təbliğidir.
Tədbirdə gənclər və idman naziri Azad Rəhimov, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, Azərbaycan-Yunanıstan parlamentlərarası dostluq qrupunun rəhbəri Hadi Rəcəbli, UNESCO-nun xoşməramlı səfiri Marianna Vardinoyani, Yunanıstanın sabiq xarici işlər naziri Teodoros Panqalos, bu ölkənin Azərbaycandakı ilk səfiri Karolos Qadis, Harvard və Tessaliya universitetlərinin qonaq professoru Nikos Kiriazis çıxış edərək təqdim olunan kitabın məziyyətləri haqqında danışıblar.
Azərbaycandan iştirak edən nümayəndələrimiz kitabın yunan dilində nəşrinin Ümummilli liderin anadan olmasının 93-cü ildönümünə böyük töhfə olduğunu söyləyiblər. Ömrünü xalqımızın, dövlətimizin inkişafına, tərəqqisinə həsr edən Ulu öndərin ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycanın milli maraqlarını daim uca tutmasından, müstəqilliyimizin möhkəmləndirilməsi, demokratiyanın inkişafı, xalqın rifah halının daha da yaxşılaşdırılması üçün fədakarlıqlarından ətraflı söhbət açıblar. Ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyevin yürütdüyü uğurlu dövlət siyasəti, ölkədə həyata keçirilən islahatlar və yeniliklər barədə də iştirakçılara məlumat verilib.
Kitabın müəllifi, Milli Məclisin deputatı Hüseynbala Mirələmov çıxış edərək təqdimat mərasiminin təşkilatçılarına, tərcüməçilərə, səfir Rəhman Mustafayevə, Azərbaycan-Yunanıstan parlamentlərarası dostluq qrupunun rəhbəri Hadi Rəcəbliyə, Afinanın “Enalios” Nəşriyyat Evinin əməkdaşlarına minnətdarlığını bildirib. O qeyd edib ki, dünyanın siyasi xadimləri arasında Heydər Əliyev obrazı öz parlaqlığı və təkrarsızlığı ilə diqqəti daim cəlb edəcək.
Mərasimdə Ümummilli liderin həyat və fəaliyyətinə həsr olunan qısametrajlı film nümayiş etdirilib. Daha sonra Afina Konservatoriyasının orkestrinin müşayiəti ilə Azərbaycan Opera və Balet Teatrının gənc ifaçısı Aytac Şıxəlizadə tərəfindən Azərbaycan musiqisi ifa olunub.
Qeyd edək ki, müəllifin “Görkəmli adamların həyatı” seriyasından olan “Heydər Əliyev” kitabı dünyanın 38 dilinə tərcümə edilib. Ən böyük azərbaycanlının, müasir Azərbaycan dövlətinin qurucusu və yaradıcısı Heydər Əliyevin ruhu qarşısında az da olsa öz vətəndaşlıq borcunu yerinə yetirməyə çalışan H.Mirələmov “Heydər Əliyev” kitabından başqa “Amalın işığında”, “Həqiqət”, “Zəfər yolu”, “Millətin atası”, “İşığın izi ilə”, “Bir günəş var” kitablarımın da müəllifidir. Ulu öndərin siyasi və mənəvi varisi, ölkə Prezidenti haqqında “İlham Əliyev” və Azərbaycanın görkəmli oftalmoloq alimi, akademik Zərifə Əliyeva haqqında qələmə aldığı “Zərifə Əliyeva” monoqrafiyaları da Moskvada “JZL” seriyasında nəşr olunub.
Çoxsaylı yunan oxucularına avtoqraf verən müəllif bildirib ki, “Heydər Əliyev: Öndər və onun dövrü” kitabı Yunanıstanın ali məktəblərinə, dövlət xadimlərinə, parlament deputatlarına hədiyyə olunacaq.
Xəbər lenti
Hamısına baxDünya
18 İyun 15:31
İqtisadiyyat
18 İyun 15:16
Gündəm
18 İyun 15:15
Maraqlı
18 İyun 14:49
Siyasət
18 İyun 14:36
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:34
Sosial
18 İyun 14:33
Siyasət
18 İyun 14:32
Dünya
18 İyun 14:27
YAP xəbərləri
18 İyun 14:25
YAP xəbərləri
18 İyun 14:23
Sosial
18 İyun 14:16
Sosial
18 İyun 14:14
Dünya
18 İyun 13:48
Dünya
18 İyun 13:20
YAP xəbərləri
18 İyun 13:15
Gündəm
18 İyun 13:04
Siyasət
18 İyun 12:57
İqtisadiyyat
18 İyun 12:47
İqtisadiyyat
18 İyun 12:43
Sosial
18 İyun 12:43
Sosial
18 İyun 12:41
İqtisadiyyat
18 İyun 12:41
Sosial
18 İyun 12:40
Siyasət
18 İyun 12:18
Dünya
18 İyun 11:59
Analitik
18 İyun 11:25
Gündəm
18 İyun 11:23
Siyasət
18 İyun 10:47
Siyasət
18 İyun 10:46
Siyasət
18 İyun 10:45
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:43
Siyasət
18 İyun 10:43
Sosial
18 İyun 10:39
Dünya
18 İyun 10:17
İqtisadiyyat
18 İyun 09:40
Ədəbiyyat
18 İyun 09:16
Dünya
18 İyun 09:05
Analitik
18 İyun 08:53
Sosial
18 İyun 08:35
Dünya
18 İyun 08:10
Siyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56
Dünya
17 İyun 22:20
Dünya
17 İyun 22:09
Dünya
17 İyun 21:43
Dünya
17 İyun 21:32
Elm
17 İyun 21:18
Dünya
17 İyun 21:15
Elm
17 İyun 20:58
Dünya
17 İyun 20:25
Dünya
17 İyun 20:10
Elm
17 İyun 19:42
Dünya
17 İyun 19:30
Sosial
17 İyun 19:16
Siyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:57
YAP xəbərləri
17 İyun 17:49
Siyasət
17 İyun 17:32
Siyasət
17 İyun 17:22
Siyasət
17 İyun 17:17
Gündəm
17 İyun 16:57

