Azərbaycan ilə Beynəlxalq Qızıl Xaç Komitəsi arasında əməkdaşlıq məsələləri müzakirə olunub
20.05.2016 [10:37]
Mayın 19-da Milli Məclis sədrinin müavini Bahar Muradova Beynəlxalq Qızıl Xaç Komitəsinin Bakı ofisinin rəhbəri Yelena Aymone Sessera ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə Bahar Muradova ermənilərin girov götürdüyü azərbaycanlıların azad edilməsi üçün Beynəlxalq Qızıl Xaç Komitəsinin Bakı ofisi ilə birgə göstərilən səylərin daha da artırılmasının vacib olduğunu vurğulayıb. O bildirib ki, Azərbaycan bütün beynəlxalq təşkilatlarla, o cümlədən Beynəlxalq Qızıl Xaç Komitəsi ilə əməkdaşlığa önəm verir. Uzun illərdir ki, bu əməkdaşlıq həm təşkilatın dəyərlərinə, həm də Azərbaycanın maraqlarına uyğun şəkildə davam edir.
Beynəlxalq Qızıl Xaç Komitəsi ilə faydalı əməkdaşlığın razılıq doğurduğunu deyən Milli Məclis sədrinin müavini bildirib ki, ölkəmiz bu qurumla hər zaman əsas fəaliyyət prinsipinə uyğun olaraq işləməyə üstünlük verib. Bahar Muradova ermənilərin girov götürdüyü Dilqəm Əsgərov və Şahbaz Quliyevə görə keçirdikləri narahatlığa görə Beynəlxalq Qızıl Xaç Komitəsinə təşəkkürünü bildirib və eyni zamanda, vurğulayıb ki, onların azad edilməsi üçün hələ də ciddi addım atılmayıb.
“Biz münaqişə zonasında yaşayan insanlara kömək göstərmək üçün əlimizdən gələni etməyə hazırıq”, - deyən Beynəlxalq Qızıl Xaç Komitəsinin Bakı ofisinin rəhbəri Yelena Aymone Sessera qurumun ölkəmizlə yaxşı əməkdaşlıq qurduğunu və lazımı dəstəyi aldıqlarını diqqətə çatdırıb. O, bu faydalı əməkdaşlığın bundan sonra da davam edəcəyini bildirib.
Komitənin Bakı ofisinin rəhbəri Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə həyata keçirdikləri müxtəlif layihələrdən, ANAMA-nın münaqişə zonasındakı səmərəli fəaliyyətindən də söz açıb.
Xəbər lenti
Hamısına baxİdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43
Dünya
30 İyun 16:19
Dünya
30 İyun 15:48
Xəbər lenti
30 İyun 15:44
Sosial
30 İyun 15:37
Mədəniyyət
30 İyun 15:36
Elm
30 İyun 15:35
Dünya
30 İyun 15:23
Mədəniyyət
30 İyun 15:17
Elanlar
30 İyun 14:53
Siyasət
30 İyun 14:30
Dünya
30 İyun 14:07
Dünya
30 İyun 13:42
Dünya
30 İyun 13:16
Dünya
30 İyun 12:58
Elm
30 İyun 12:42
Dünya
30 İyun 12:20
Elm
30 İyun 12:09
YAP xəbərləri
30 İyun 12:04
Xəbər lenti
30 İyun 12:03
Sosial
30 İyun 12:01
Sosial
30 İyun 11:59
İqtisadiyyat
30 İyun 11:58
İqtisadiyyat
30 İyun 11:57
İqtisadiyyat
30 İyun 11:55
İqtisadiyyat
30 İyun 11:54
Dünya
30 İyun 11:53
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | |||
| 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 |
| 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 |
| 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 |
| 26 | 27 | 28 | 29 | 30 | 31 |

