/ / Azərbaycanın xarici işlər naziri 16-cı Doha Qlobal Forumu çərçivəsində plenar sessiyada çıxış edib
Azərbaycanın xarici işlər naziri 16-cı Doha Qlobal Forumu çərçivəsində plenar sessiyada çıxış edib
24.05.2016 [10:11]
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov 16-cı Doha Qlobal Forumu çərçivəsində “Beynəlxalq və regional status-kvo və çağırışlarla üzləşməyin vasitələri” adlı plenar sessiyada məruzə ilə çıxış edib.
AZƏRTAC xəbər verir ki, nazir E.Məmmədyarov çıxışında beynəlxalq və regional təhlükəsizliyin təmin olunmasında ölkəmizin rolu, ekstremizm və terrorizmə qarşı mübarizədə verdiyi töhfə, eləcə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun nəticələri barədə geniş məlumat verib.
Müasir dünyada baş verən dramatik dəyişikliklər nəticəsində dünya ölkələrinin üzləşdiyi hərbi təcavüz və qanunsuz işğal kimi ənənəvi təhdidlərlə yanaşı, kiberterrorizm, kütləvi miqrasiya kimi qeyri-ənənəvi problemlərin beynəlxalq və regional təhlükəsizlik arasında sərhədləri aradan qaldırdığını qeyd edən E.Məmmədyarov bu problemlərlə effektiv mübarizə aparmaq yolları haqqında danışıb.
E.Məmmədyarov dünyada baş verən ədalətsizliklərin aradan qaldırılması məqsədilə gücün deyil, hüququn hökmranlıq etməsinin əsas olduğunu bildirərək, dünya birliyi tərəfindən beynəlxalq hüquqa tam əməl olunması üçün effektiv mexanizmlərin yaradılmasının əhəmiyyətini vurğulayıb. Nazir 20 faizdən çox ərazilərimizin Ermənistan tərəfindən işğal olunması və ölkə əhalisinin hər doqquz nəfərindən birinin qaçqın və məcburi köçkünə çevrilməsi ilə bağlı Azərbaycanın üzləşdiyi ən böyük ədalətsizlik haqqında danışaraq, münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə baxmayaraq işğal faktına son qoyulmadığını, ölkəmizə münasibətdə ədalətsizliyin hələ də davam etdiyini təəssüflə qeyd edib.
E.Məmmədyarov son dövrlər kütləvi xarakter alan miqrasiya böhranına toxunaraq, problemin müharibələr deyil, həmin ölkələrin üzləşdiyi iqtisadi çətinliklərdən qaynaqlandığını diqqətə çatdırıb. Miqrasiya böhranının səmərəli həlli üçün davamlı inkişaf yolu ilə iqtisadi şərait və imkanların yaradılmasının vacibliyini bildirib.
Nazir, həmçinin multikulturalizm ideyaları, onların təşviq olunmasının əhəmiyyətindən də danışıb, ölkəmizin dünyada multikulturalizm və tolerantlıq nümunəsi olduğunu nəzərə çatdırıb.
Ekstremizm və terrorizmlə mübarizədə əməkdaşlıqdan da bəhs edən E.Məmmədyarov beynəlxalq və regional təhlükəsizliklə bağlı təhdidləri dəf etmək üçün dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığının ən vacib şərt olduğunu vurğulayıb.
Xəbər lenti
Hamısına baxSiyasət
09 Oktyabr 12:56
Gündəm
09 Oktyabr 12:52
YAP xəbərləri
09 Oktyabr 12:27
Siyasət
09 Oktyabr 12:19
Sosial
09 Oktyabr 11:47
Sosial
09 Oktyabr 11:44
İqtisadiyyat
09 Oktyabr 11:43
İqtisadiyyat
09 Oktyabr 11:43
Sosial
09 Oktyabr 11:43
Gündəm
09 Oktyabr 11:41
Siyasət
09 Oktyabr 11:23
Siyasət
09 Oktyabr 11:22
Siyasət
09 Oktyabr 11:22
İqtisadiyyat
09 Oktyabr 11:17
Sosial
09 Oktyabr 11:03
Siyasət
09 Oktyabr 10:57
Sosial
09 Oktyabr 10:50
İqtisadiyyat
09 Oktyabr 10:50
Analitik
09 Oktyabr 10:25
Gündəm
09 Oktyabr 10:19
Sosial
09 Oktyabr 09:42
Gündəm
09 Oktyabr 09:32
Analitik
09 Oktyabr 09:18
Sosial
09 Oktyabr 08:50
MEDİA
09 Oktyabr 08:37
Gündəm
09 Oktyabr 08:11
Dünya
08 Oktyabr 23:25
İqtisadiyyat
08 Oktyabr 22:53
İqtisadiyyat
08 Oktyabr 22:31
Dünya
08 Oktyabr 21:59
Gündəm
08 Oktyabr 21:31
Dünya
08 Oktyabr 21:22
İqtisadiyyat
08 Oktyabr 20:57
Sosial
08 Oktyabr 20:25
Dünya
08 Oktyabr 20:24
Dünya
08 Oktyabr 19:52
Dünya
08 Oktyabr 19:21
Gündəm
08 Oktyabr 18:46
Maraqlı
08 Oktyabr 18:21
Dünya
08 Oktyabr 17:35
Siyasət
08 Oktyabr 17:28
Siyasət
08 Oktyabr 17:26
YAP xəbərləri
08 Oktyabr 16:36
Dünya
08 Oktyabr 16:18
YAP xəbərləri
08 Oktyabr 15:37
Dünya
08 Oktyabr 15:22
Elm
08 Oktyabr 15:17
Sosial
08 Oktyabr 14:33
Sosial
08 Oktyabr 14:32
Hadisə
08 Oktyabr 14:30
Dünya
08 Oktyabr 14:30
Gündəm
08 Oktyabr 14:29
Gündəm
08 Oktyabr 13:58
Siyasət
08 Oktyabr 13:56
YAP xəbərləri
08 Oktyabr 13:54
Dünya
08 Oktyabr 13:19
Siyasət
08 Oktyabr 13:11
Siyasət
08 Oktyabr 13:11
Siyasət
08 Oktyabr 13:10
Siyasət
08 Oktyabr 13:10
Siyasət
08 Oktyabr 13:09
Siyasət
08 Oktyabr 13:09
Siyasət
08 Oktyabr 13:08
Gündəm
08 Oktyabr 12:55
Sosial
08 Oktyabr 12:21
Siyasət
08 Oktyabr 12:08
Siyasət
08 Oktyabr 12:06
Gündəm
08 Oktyabr 11:59
Gündəm
08 Oktyabr 11:49
Sosial
08 Oktyabr 11:14

