Faşizm ideologiyasını dəstəkləməklə Serj Sarkisyan Ermənistanı uçuruma sürükləyir
22.06.2016 [10:11]
Və yaxud Qaregin Njde, Serj Sarkisyan və erməni faşizmi bir-birini necə də tamamlayır
Mayın 28-də paytaxt Yerevanda Ermənistan prezidenti Serj Sarkisyanın iştirakı ilə təntənəli surətdə faşist generalı, Hitlerin əlaltılarından biri, Vermahtın erməni cəza legionunun əsasını qoymuş, general Njde kimi tanınan Qaregin Ter-Arutunyana heykəl qoyulması beynəlxalq ictimaiyyətin qınaq obyektinə çevrilməkdədir. Ötən sayımızda Azərbaycandan olan Böyük Vətən müharibəsi (BVM) iştirakçılarının Rusiya prezidenti Vladimir Putinə ünvanladığı etiraz məktubu barədə məlumat vermişdik. BVM-in ağrı-acısını öz üzərlərində hiss etmiş məktub müəllifləri nasist canilərindən qəhrəmanlar düzəldilməsini ürək ağrısı ilə müşahidə ediklərini, Ermənistanın bu hərəkətini bir vaxtlar sovet xalqlarının ümumi Vətəni olan bir ölkəyə, eləcə də sülhpərvər insanların xatirəsinə qarşı hörmətsizlik kimi qəbul etdiklərini vurğulayaraq, keçmiş SSRİ-nin varisi sayılan Rusiya prezidentinə Ermənistanda güclənməkdə olan faşist ideologiyasına qarşı ciddi ölçü götürməyin vaxtının çatdığını bildirirdilər.
Xatırladaq ki, Hitler və Himlerin yaxın adamları olan erməni generalı Njde, eləcə də bundan əvvəl “milli qəhrəman” kimi xatirəsi əbədiləşdirilən general Dro (Drastamat Kananyan) Ukrayna və Polşada on minlərlə dinc insanın qırğınına, yəhudilərə və nasist ideologiyasına “uyğun gəlməyən” digər xalqlara qarşı qanlı cinayətlərə, Hitlerin ölüm düşərgələrində həyata keçirilən kütləvi qətllərə görə tarix qarşısında məsuliyyət daşıyırlar.
Odur ki, faşist rejiminə sədaqət andı içmiş belə canilərin xatirəsinin təntənəli şəkildə əbədiləşdirilməsinə ilk beynəlxalq təpki faşizmdən ən çox zərər görən yəhudilərdən gəlib. Belə ki, İsraildə nəşr olunan ingilisdilli “The Jerusalem Post” qəzetində nasistin şərəfinə heykəl ucaldan Ermənistanın ünvanına sərt fikirlər yer alıb. Ceremi Şaronun qələmə aldığı məqalədə II Dünya müharibəsi illərində nasist hərbi birləşməsinin rəhbəri olmuş Njde Qareginə Ermənistanın paytaxtında heykəl qoyulması ciddi tənqid olunur. “Erməni generalı Njde Qaregin II Dünya müharibəsi illərində nasistlərlə əlbir olmuş və 30 min ermənini nasist legionunun tərkibinə daxil etmişdir. Həmin erməni legionu Krım yarımadasından tutmuş Qafqaz bölgəsinədək Sovet ordusuna qarşı vuruşmuşdur. Legionun bəzi hərbi birləşmələri hətta Cənubi Fransa bölgəsində müttəfiq qoşunlara qarşı mübarizə aparmışdır”, - deyən müəllif daha sonra əlavə edir ki, lakin bütün bunlara baxmayaraq, ötən ay paytaxt Yerevanın mərkəzi meydanlarından birində bu nasist generalına abidə ucaldılıb.
“Abidənin açılış mərasimində çıxış edən Ermənistan parlamentinin sədr müavini Eduard Şarmazanov çıxışında Njdeni vətənpərvər və milli qəhrəman, Ermənistanın azadlığı üçün mübarizə aparan bir şəxs kimi təqdim edib”, - deyə müəllif qeyd edir.
Xatırlatmaq yerinə düşər ki, həmin illərdə nasist Njdenin şüarı “Almaniyanın azadlığı Ermənistanın azadlığıdır!” olub. Başqa sözlə, Njde açıq şəkildə Ermənistanın keçmiş SSRİ-dən azad olması uğrunda mübarizə aparıb. Qəzetdə yer alan məqalənin müəllifini də təəccübləndirən elə budur.
Qəzetdə yer alan digər bir məqalənin müəllifi isə nasizm ideologiyası və Holokost faciəsinin tədqiqatçılarından olan professor Efraim Zuroffdur.
“Ermənistanda nasist Njdeyə abidə ucaldılması faktı bizim üçün təhqirdir. Biz nasistlərlə işbirliyində olan, eləcə də Hitlerin hərbi birləşmələrinə yardım edənlərin xatirəsinin belə əbədiləşdirilməsinə imkan verməməliyik”, - deyə professor məqalədə vurğulayır. Tədqiqatçını hiddətləndirən digər fakt isə ondan ibarətdir ki, Ermənistan rəhbərliyi nasist Njdeyə abidə qoymaqla kifayətlənməyərək, paytaxt Yerevanın ən böyük prospektlərindən birinə, yaxınlıqdakı metro stansiyası, eləcə də Suyun rayonunda bir kəndə də onun adını verib. “Bu isə o deməkdir ki, Ermənistan faşistlərə qarşı mübarizə aparan bütün xalqların nümayəndələrinin xatirəsini təhqir etməkdədir”, - deyə Efraim Zuroff vurğulayıb.
Məhz elə bu səbəbdən də nasist Njdeyə Ermənistanda abidə ucaldılması mövzusunu davam etdirən “The Jerusalem Post” qəzeti bu dəfə keçmiş SSRİ-nin varisi sayılan ölkə - Rusiyanın Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovaya istinad edir. Abidənin açılışından sonra KİV nümayəndələri ilə görüşündə XİN rəsmisi bildirib ki, Rusiyanın nasizmə olan münasibəti dəyişilməz olaraq qalmaqdadır: “Rusiyanın nasizm ideologiyası daşıyıcılarının qəhrəmanlaşdırılmasının əleyhinə olduğunu hamı bilir. Odur ki, bu heykəlin qoyulması bizim üçün bir qədər anlaşılmazdır”.
Göründüyü kimi, Böyük Vətən müharibəsi illərində faşizmdən ən çox zərər görən ölkə - Rusiya hələlik bu mövzuda Ermənistana qarşı bir qədər loyallıq nümayiş etdirir.
Amma tarix sübut edir ki, şovinizm ideyasının güclənməsi həmin ölkənin xalqlarını məhvə doğru aparır, dövlət ideologiyasının böhran keçirməsinə zəmin yaradır. Bu isə gələcəkdə xalqın milli kimliyinin formalaşmasına, dövlətçiliyin möhkəmlənməsinə mənfi təsir göstərir. Bu elmi nəzəriyyənin praktikada tətbiqi isə onu göstərdi ki, şovinizm ideyasının güclənməsi, monoetnik dövlət yaratmaq istəyi Ermənistanın deqradasiyasına, onun dövlət müstəqilliyinin itirilməsi təhlükəsi ilə üz-üzə dayanmasına səbəb oldu. Başqa sözlə, nasist generalları Njde və Dro kimi canilərin xatirəsini əbədiləşdirməklə Serj Sarkisyan onlarla bir sırada dayandığını bütün dünyaya bir daha nümayiş etdirdi. Bunun Ermənistan üçün nə qədər təhlükəli bir addım olduğunu görmək istəməsə belə...
Səlim LOĞMANOĞLU
Xəbər lenti
Hamısına baxDünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46

