Bolqarıstan mətbuatı V Bakı Beynəlxalq Humanitar Forumunun uğurları barədə məqalələr yayıb
18.10.2016 [09:59]
Bolqarıstanın geniş oxucu kütləsinə malik “Standart” qəzetində Bakıda keçirilmiş V Beynəlxalq Humanitar Forum və bu ölkənin vitse-prezidenti Marqarita Popovanın rəhbərlik etdiyi nümayəndə heyətinin Forumda iştirakı barədə məqalə dərc edilib.
Qəzetə müsahibə verən Marqarita Popova Bolqarıstanın qədim paytaxtı olan Veliko Tırnovodan olan tələbələrin Bakı Slavyan Universitetində, azərbaycanlı tələbələrin isə bu şəhərdəki ixtisasartırma kurslarında təhsil ala biləcəklərini deyib. O, bu məsələnin səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə keçirilən görüşdə müzakirə olunduğunu bildirib. Vitse-prezident M.Popova Bakı Slavyan Universitetində fəaliyyət göstərən Bolqar Dili və Mədəniyyəti Mərkəzində olduğunu, universitetin rəhbərliyi, bolqar filologiyası kafedrasının müəllimləri və tələbələri ilə görüşdüyünü qeyd edib. O, Bakı Slavyan Universitetində bolqar filologiyası ixtisası üzrə 40 tələbənin təhsil aldığını bildirib, universitet rəhbərliyinin bu ixtisas üzrə mühazirəçilərə ehtiyac duyulduğunu və Azərbaycan tərəfinin bu ali təhsil ocağında bolqar professorlarını qəbul etməyə hazır olduqlarını söylədiklərini deyib.
M.Popova müsahibəsində V Bakı Beynəlxalq Humanitar Forumunda 12 nüfuzlu beynəlxalq təşkilatın nümayəndələrinin, 75 ölkəni təmsil edən siyasi və dini liderlərin, habelə 15 Nobel mükafatı laureatının iştirak etdiyini, Humanitar Forumun Azərbaycan və Rusiya prezidentlərinin himayəsi altında həyata keçirildiyini qeyd edib, əvvəlki forumlarda olduğu kimi, iki plenar və altı tematik sahəyə həsr olunmuş iclaslarda iştirakçıların bəşəri problemlərin humanitar aspektləri haqqında müzakirələr apardıqlarını bildirib. O, müsahibəsində Forumda çıxış edən Azərbaycan Prezidenti İlham Əliyevin regional münaqişələrin aktivləşməsinə, qaçqınların vəziyyətinə və radikal təmayüllərə diqqət yetirərək, burada sivilizasiyalararası dialoqun əhəmiyyətini vurğulamasını qeyd edib.
Məqalədə daha sonra Forum çərçivəsində təşkil edilmiş altı “dəyirmi masa”da iştirakçıların multikulturalizmin müxtəlif modellərini və praktiki cəhətdən onların həyata keçirilməsi yollarını müzakirə etdikləri vurğulanır.
M.Popova Forumda çıxışı zamanı insan kapitalının qorunması yolunda müharibəyə qarşı bütün təşəbbüslərin birləşdirilməsinin, insan alverinə qarşı mübarizənin gücləndirilməsinin, həmçinin mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsinin əsas amillər olduğunu qeyd edərək, mədəniyyətlərarası dialoqun yeni modelinin güclü sosial-iqtisadi tərəqqi sayəsində insanların həyat səviyyəsinin artmasına əsaslanmasının vacibliyini bildirib. Müzakirələrin sonunda qəbul edilmiş Bəyannamədə V Bakı Beynəlxalq Humanitar Forumunun beynəlxalq humanitar əlaqələrin inkişafı və genişləndirilməsi istiqamətində mühüm rol oynadığının vurğulandığını söyləyən M.Popova iştirakçıların siyasi və iqtisadi kataklizmlərlə müşayiət olunan humanitar problemlərin həllinin silahlı münaqişələr, terrorçuluq, kütləvi miqrasiya fonunda daha mühüm əhəmiyyət kəsb etdiyi ilə bağlı ümumi fikir ifadə etdiklərinə diqqət çəkib.
Məqalənin sonunda Bakının görməli yerlərə və qədim tarixi abidələrə malik olduğu vurğulanaraq, Beynəlxalq Humanitar Forumun keçirildiyi Heydər Əliyev Mərkəzinin memarlıq incisi olduğu qeyd edilib. Qeyri-adi formaya malik olan binanın imkanları haqqında məlumat verilərək, “Heydər Əliyev” mədəniyyət mərkəzinin Xəzər sahilində yerləşən gözəl Bakının dirçəliş rəmzi olduğu vurğulanır. 2012-ci ildə inşa edilən binanın “Architectural digest” jurnalı tərəfindən dünyanın ən əsrarəngiz binaları sırasında ilk beşlikdə yer aldığı qeyd olunur.
Bundan əlavə, Bolqarıstanın nüfuzlu regional nəşrlərindən olan “Borba” qəzetində ölkənin tanınmış rəssamı, V Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçısı Qanço Karabadjakovun tədbir haqqında fikirləri və Forum barədə məlumat dərc edilib.
Müəllif Forumda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin açılış nitqi ilə çıxış etdiyini, Rusiya Prezidenti Vladimir Putinin və BMT-nin baş katibi Pan Gi Munun Forum iştirakçılarına müraciətinin oxunduğunu, ISESCO və UNESCO-nun baş direktorlarının, tanınmış dövlət xadimləri, elmin müxtəlif sahələri üzrə 11 Nobel mükafatı qaliblərinin, o cümlədən dünyanın siyasi, elmi və mədəni elitasının görkəmli nümayəndələrinin tədbirdə iştirak etdiklərini diqqətə çatdırır.
Məqalədə, həmçinin multikulturalizmin müxtəlif modelləri, jurnalistikanın informasiya dövrünə transformasiyası, müasir tibb sahəsində son nailiyyətlər mövzusunda müzakirələrin keçirildiyi Forumda Bolqarıstanın vitse-prezidenti M.Popova və rəssam Q.Karabadjakovun insan amilini birləşdirən mədəniyyət və din sahəsindəki diskussiyalarda yaxından iştirak etdikləri bildirilir.
Müsahibəsində Q.Karabadjakov tədbirdə iştirak edən şəxslərin tarixin axarını dəyişdirə biləcək rola malik olduqlarını nəzərə alaraq, həmin insanlarla birgə müzakirələrdə iştirak etmək imkanı baxımından Foruma dəvət aldığına görə dərin təşəkkürünü ifadə edib.
Rəssam müxtəlif ölkələri, dinləri və insanları birləşdirən mədəniyyət, incəsənət və təhsil sahəsinə qayğının Azərbaycan rəhbərliyi tərəfindən prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirilməsini olduqca əhəmiyyətli hesab edib.
Xəbər lenti
Hamısına baxDünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46

