Azərbaycan ilə Türkiyə arasında əlaqələrin inkişaf perspektivləri müzakirə edilib
25.10.2016 [10:13]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Türkiyədə səfərdədir.
Prezidentin köməkçisi Əli Həsənov oktyabrın 24-də Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb.
Görüşdə Azərbaycan ilə Türkiyə arasında bir sıra məsələlər, o cümlədən qardaş ölkələrimizdə ictimai-siyasi sabitliyin qorunması sahəsində əməkdaşlığın gücləndirilməsi, Azərbaycanın və Türkiyənin diaspor təşkilatlarının birgə mütəşəkkil fəaliyyətinin qurulması, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
Söhbət zamanı Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin yeni müstəviyə qaldırılması, əlaqələrin inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
Türkiyə Nazirlər Kabinetinin Mətbuat və İnformasiya Baş İdarəsinin baş direktoru Mehmet Akarca ilə görüşdə Azərbaycan-Türkiyə münasibətlərinin daha da inkişaf etdirilməsində kütləvi informasiya vasitələrinin rolunun artırılması, hər iki ölkənin mətbuat orqanları arasında informasiya mübadiləsinin genişləndirilməsi, bəzi KİV-lərdə ümummilli və dövlətçilik maraqlarımıza zərər vuran xəbərlərin yayılmasının qarşısının alınması üçün zəruri addımların atılmasının vacibliyi vurğulanıb. Söhbət zamanı beynəlxalq arenada qarşılıqlı faydalı əməkdaşlığın uğurlu nəticələrinin birgə təbliği, dünya informasiya məkanına dinamik inteqrasiyanın təmin olunması istiqamətində səylərin gücləndirilməsinin əhəmiyyəti qeyd edilib.
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sədr müavini Yasin Aktayla görüşdə isə qardaş dövlətlərimiz arasında münasibətlərin daha da dərinləşdirilməsinin geosiyasi və geostrateji aspektlərindən söhbət açılıb, regionda baş verən proseslərdən danışılıb, xaricdən idarə olunan təhlükəli meyillərin, o cümlədən gənclərin qeyri-sağlam ideologiyalara cəlb olunmasının qarşısının alınması yollarına dair müzakirələr aparılıb.
Görüşdə Azərbaycanın və Türkiyənin sürətli inkişafı yüksək qiymətləndirilib.
Azərbaycanın Türkiyə üçün xüsusi əhəmiyyət daşıdığını diqqətə çatdıran Yasin Aktay bildirib ki, Türkiyə dövləti Azərbaycanda həyata keçirilən sosial-iqtisadi islahatları yüksək dəyərləndirir və ölkəmizdə əldə olunan bütün uğurlara önəm verir.
Azərbaycanın həmişə Türkiyənin yanında olduğunu vurğulayan Əli Həsənov bildirib ki, dövlətimiz bundan sonra da qardaş ölkənin qarşılaşa biləcəyi bütün çətinliklərin aradan qaldırılmasına öz dəstəyini verməyə hazırdır.
Xəbər lenti
Hamısına baxMaraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44

