/ / Multikulturalizm Mərkəzinin daimi elmi seminarının ilk iclası akademik Ramiz Mehdiyevin məqaləsinin müzakirəsinə həsr olunub
Multikulturalizm Mərkəzinin daimi elmi seminarının ilk iclası akademik Ramiz Mehdiyevin məqaləsinin müzakirəsinə həsr olunub
05.11.2016 [09:25]
Noyabrın 4-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) Elmi-Metodik Şurasının nəzdində fəaliyyətə başlayan daimi elmi seminarın ilk iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, BBMM-in müşaviri Aytən Qəhrəman daimi elmi seminarın yaradılmasının əsas məqsədini açıqlayaraq deyib: “Seminarın əsas məqsədi müasir dövrdə Azərbaycanda olan multikultural mühitin davamlılığını təmin etmək, Azərbaycan xalqının minilliklər boyu formalaşdırdığı multikultural və tolerant dəyərlər sistemini bu gün yaşatmaqla bərabər, bu dəyərləri gələcək nəsillərə ötürməkdir”.
Millətlərarası multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin baş məsləhətçisi, BBMM-in Elmi-Metodik Şurasının və daimi elmi seminarın sədri Etibar Nəcəfov yeni müstəvidə yeni bir qurumun formalaşması ilə bağlı qarşıda duran vəzifələrdən söz açaraq deyib: “Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Elmi-Metodik Şurasının nəzdində fəaliyyətə başlayan daimi elmi seminarın yaradılması ideyası Dövlət müşaviri, akademik Kamal Abdullayevə məxsusdur. Akademikin çıxışlarının birində vurğuladığı kimi, “bu seminar faktiki olaraq Azərbaycan multikulturalizminin “Multikulturalizm ili”ndə və ondan əvvəl əsrlər boyu əldə etdiyi nailiyyətlərin təhlili, qiymətləndirilməsi və perspektivlərə uyğunlaşdırılması, əldə etdiyimiz uğurların işığında yeni hədəflər müəyyənləşdirib onları gerçəkləşdirməyin yolları məsələləri ilə məşğul olacaq”. Daimi elmi seminarın tərkibində indiyədək Azərbaycan multikulturalizmi haqqında dəyərli fikirlərlə ardıcıl çıxış edən müəlliflər, Azərbaycan multikulturalizmi fənnini ölkə universitetlərində tədris edən mütəxəssislər, Azərbaycan multikulturalizminin dostları təmsil olunacaqlar.
Seminarın qarşısında ölkədə və xaricdə maraq doğuran müəlliflərin multikulturalizm və tolerantlıqla bağlı elmi, publisistik və digər janrlarda nəşr olunmuş əsərlərinin müzakirəsini təşkil etmək və əldə olunan ideyaların ictimaiyyətə çatdırılması, bu istiqamətdə multikulturalizmlə əlaqəli tədqiqatları olan müəlliflərin, müəllimlərin, mərkəz nümayəndələrinin, eyni zamanda, ölkədə və ya dünyada multikultural mühitin formalaşdırılmasında töhfələri olan dini konfessiya və etnik qrup rəhbərlərinin, yaxud nümayəndələrinin görüşlərinin təşkil olunması, elmi-metodiki seminarın tərkibində fəaliyyət göstərən komissiyalar tərəfindən multikulturalizm mövzusunda nəşr olunmuş əsərlərin müzakirəsinin təşkili, multikulturalizm haqqında yazılmış elmi əsərin dəyərləndirilərək müəllifin təltif olunması kimi vəzifələr dayanır.
Etibar Nəcəfov bildirib ki, Azərbaycanda multikultural dəyərlərin təbliği və təşviqinə töhfə vermək və eyni zamanda, elmi-metodiki seminarın həm də praktiki əhəmiyyətini artırmaq məqsədilə milli-etnik, dini baxımdan əhəmiyyət kəsb edən tarixi abidələrin yerləşdiyi yerlərdə elmi-metodiki və praktiki seminarların təşkili nəzərdə tutulur: “Azərbaycan multikulturalizm modelinin təbliğ və təşviqini gücləndirmək məqsədilə müxtəlif ölkələrdə fəaliyyət göstərən beynəlxalq elmi konfrans və seminarlarla əməkdaşlıq yaratmaq istiqamətdə elmi və praktiki mübadilələrin aparılması üçün lazımi şəraitin yaradılması, multikulturalizm və tolerantlıq mədəniyyəti sahəsində respublika və ya müxtəlif ölkələrdən dəvət olunmuş alim, din xadimi və etnik qrup nümayəndələrinin ildə bir dəfə olmaqla yay məktəbini təşkil etmək də daimi elmi seminarın vəzifələri sırasına aiddir”.
Etibar Nəcəfov seminarın ilk iclasının akademik Ramiz Mehdiyevin “V Bakı Beynəlxalq Humanitar Forumu cəmiyyətin hansı istiqamətdə hərəkət etdiyini anlamağa imkan verən dünya miqyaslı məkandır” adlı məqaləsinin müzakirəsinə həsr olunduğunu bildirib.
Daimi elmi seminarın sədr müavini, fəlsəfə üzrə fəlsəfə doktoru Elsevər Səmədov məruzəsində akademik Ramiz Mehdiyevin sözügedən məqaləsində bir-biri ilə məntiqi surətdə əlaqələndirilən müxtəlif mövzuların dövrümüz üçün son dərəcə aktual olduğunu vurğulayıb.
Məruzədən sonra akademik Ramiz Mehdiyevin məqaləsi ətrafında geniş fikir mübadiləsi aparılıb.
AMEA-nın Fəlsəfə İnstitutunun direktoru İlham Məmmədzadə, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov, Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun aparat rəhbəri İsaxan Vəliyev, professor, kulturoloq Fuad Məmmədov, professor Rəna Mirzəzadə, Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin direktoru Asif Usubəliyev, professor Həbib Zərbəliyev, AMEA-nın Milli Tarix Muzeyinin əməkdaşı Əli Fərhadov çıxışlarında məqalədə qeyd olunan müxtəlif istiqamətlər üzrə gələcək inkişaf yolunun, yeni hədəflərin müəyyənləşməsində böyük rol oynayacağına əminliklərini qeyd ediblər.
Çıxış edənlər məqalədə əksini tapan müxtəlif mövzuların aktuallığını önə çəkərək akademikin yazıda multikulturalizmlə bağlı qeyd etdiyi “Gənc müstəqil ölkəmiz Prezident İlham Əliyevin rəhbərliyi ilə keçid dövrünün çətinliklərini inamla dəf edərək ictimai-siyasi inkişafın, iqtisadiyyatın modernləşdirilməsinin, Azərbaycan xalqının milli mənlik şüurunun yüksəlməsinin yeni fazasına qədəm qoyub. Multikulturalizm həqiqətən Azərbaycan xalqının böyük sərvətidir. Bu qiymətli sosial hadisə Azərbaycan xalqının əsl keyfiyyətini və xarakteristikasını açıqlayır, onun hansı mənəvi yüksəkliklərə çatdığını göstərir. Müxtəlif xalqların elitasının nümayəndələri, beynəlxalq təşkilatların rəsmiləri ölkəmizdə həyata keçirilən multikulturalizm siyasətini yüksək qiymətləndirir, vurğulayırlar ki, Azərbaycan haqlı olaraq multikulturalizm ideyalarının bütün dünyada yayılmasının təşəbbüskarı kimi çıxış edir. Multikulturalizm çoxmillətli dövlətlərdə siyasi sabitlik yaradılması üçün ən səmərəli vasitədir. Prezident İlham Əliyevin yürütdüyü multikulturalizm siyasəti nəticə etibarilə Azərbaycanın hüdudlarından kənarda getdikcə daha çox sayda tərəfdarlar qazanır” kimi fikir və mülahizələrinin xüsusi sanbalı və mənəvi çəkisi haqqında öz düşüncələrini bölüşüblər.
Qeyd olunub ki, daimi elmi seminarın noyabrın sonlarında baş tutacaq növbəti iclası “Multikulturalizm” jurnalının müzakirəsinə həsr ediləcək.
Xəbər lenti
Hamısına baxMaraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44

