/ / Heydər Əliyev Fondunun Azərbaycan haqqında nəşrləri Braziliya Senatının kitabxanasına hədiyyə olunub
Heydər Əliyev Fondunun Azərbaycan haqqında nəşrləri Braziliya Senatının kitabxanasına hədiyyə olunub
26.11.2016 [09:42]
Braziliya Federal Senatının binasında Heydər Əliyev Fondu və Azərbaycanın Braziliyadakı səfirliyinin təşəbbüsü, Braziliya Senatında Braziliya-Azərbaycan dostluq qrupunun prezidenti, senator Kristovam Buarkenin dəstəyi ilə Senatın akademik Luiz Viana Filyo adına kitabxanasına Fondun Azərbaycan haqqında nəşrləri hədiyyə olunub.
Braziliya parlamentinin üzvləri, xarici ölkələrin səfirləri və yerli ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən təqdimatda Heydər Əliyev Fondunun Azərbaycanda və dünyada elm, təhsil, mədəniyyət, idman, sosial, ətraf mühit və digər sahələrdə həyata keçirdiyi layihələr barədə məlumat verilib.
Azərbaycanın Braziliyadakı səfiri Elnur Sultanov Heydər Əliyev Fondunun Braziliya Senatının kitabxanasına təqdim edilən Azərbaycan haqqında nəşrlərindən bəhs edərək bu tədbirin Azərbaycan və Braziliya arasında əlaqələrə töhfə verdiyini qeyd edib. O, müasir Azərbaycan dövlətinin qurucusu, xalqımızın Ümummilli lideri Heydər Əliyevin tarixi xidmətlərini və Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin uğurla inkişaf etdiyini vurğulayıb. Səfir E.Sultanov Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə Fondun müxtəlif sahələrdə, o cümlədən Azərbaycan mədəniyyətinin dünyada tanıdılması, mədəniyyətlər və dinlərarası dialoqun təşviq edilməsi istiqamətində əhəmiyyətli layihələr həyata keçirdiyini vurğulayıb.
Təhsil sahəsinin Azərbaycanda əsas prioritetlərindən biri olduğunu qeyd edən E.Sultanov ölkəmizdə savadlılığın 100 faiz səviyyəsində olduğunu və son illərdə üç mindən artıq yeni məktəbin inşa edildiyini diqqətə çatdırıb. O, senator K.Buarkeyə tədbirin təşkilində göstərdiyi dəstəyə və ikitərəfli münasibətlərin genişlənməsinə verdiyi töhfəyə görə təşəkkür edib. Braziliya Konqresi ilə əməkdaşlığa toxunan səfir E.Sultanov Braziliya Deputatlar Palatasının prezidenti Rodriqo Mayanın rəhbərlik etdiyi nümayəndə heyətinin bu ilin 30 oktyabr - 2 noyabr tarixlərində Azərbaycana rəsmi səfərinin əhəmiyyətini vurğulayıb.
Senator Kristovam Buarke Heydər Əliyev Fondunun Azərbaycan haqqında nəşrlərinin hədiyyə edilməsinə görə Fonda və səfirliyə minnətdarlığını bildirib. O, Azərbaycanın qədim tarixi və zəngin mədəniyyətindən bəhs edərək Azərbaycanın müxtəlif sahələrdə inkişafından, o cümlədən təhsil sahəsində əldə edilən nailiyyətlərdən danışıb.
Senator Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin zəngin ədəbi yaradıcılığına və mütərəqqi ideyalarına valeh olduğunu bildirərək onun səkkiz əsr əvvəl yaratdığı əsərlərlə tanış olmağı vacib sayıb və Heydər Əliyev Fondunun “Nizami Gəncəvi. Aforizmlər” kitabını özünün portuqal dilinə tərcümə etdiyini qonaqların diqqətinə çatdırıb. K.Buarke Heydər Əliyev Fondunun hədiyyə etdiyi nəşrlərin Azərbaycan haqqında məlumatların Braziliya oxucusuna çatdırılmasında əvəzsiz rol oynayacağına əminliyini ifadə edib.
Daha sonra səfir E.Sultanov Azərbaycan haqqında nəşrlərin Heydər Əliyev Fondu tərəfindən Braziliya Senatının kitabxanasına hədiyyə olunmasına dair sertifikatı kitabxananın direktoru Helena Vyeyraya təqdim edib.
Xəbər lenti
Hamısına baxMaraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44

