/ / Bakıda “Qafqazda dini tolerantlıq ənənələri və Azərbaycanın multikulturalizm modeli” mövzusunda beynəlxalq konfrans keçirilib
Bakıda “Qafqazda dini tolerantlıq ənənələri və Azərbaycanın multikulturalizm modeli” mövzusunda beynəlxalq konfrans keçirilib
02.12.2016 [09:34]
Dekabrın 1-də Bakıda Qafqaz Xalqları Ali Dini Şurasının təşkilatçılığı ilə “Qafqazda dini tolerantlıq ənənələri və Azərbaycanın multikulturalizm modeli” mövzusunda beynəlxalq konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadənin sədrliyi ilə keçirilən konfransda Qafqaz Xalqları Ali Dini Şurasının üzvləri, dövlət, din xadimləri, Rus Pravoslav və Gürcüstan Pravoslav kilsələrinin nümayəndələri, bir sıra ölkələrin səfirləri iştirak ediblər.
Qafqaz Xalqları Ali Dini Şurasının sədri şeyxülislam Allahşükür Paşazadə konfransda son dövrlərdə görülmüş tədbirlər barədə hesabat məruzəsi ilə çıxış edib.
Şeyxülislam bildirib ki, bu konfrans dünyada irqi, milli, etnik və digər zəmində baş verən qarşıdurmalar fonunda Qafqazda sülhə və onun qorunmasına xidmət edir. O, ölkəmizdə müxtəlif dinlərə mənsub insanların sərbəst, rahat yaşamaları üçün Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən işlərdən danışıb. QMİ-nin sədri bu baxımdan Azərbaycanın tolerantlıq modelini nümunə göstərib.
Allahşükür Paşazadə deyib ki, bu gün çoxmillətli və çoxkonfessiyalı Azərbaycanda Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu din-dövlət münasibətləri yüksək səviyyədədir və gündən-günə inkişaf edir. Azərbaycanda sabitlik mövcuddur. Milli və dini tolerantlıq dövlət səviyyəsində dəstəklənir. Burada siyasi iradə böyük önəm daşıyır.
Şeyxülislam vurğulayıb ki, son zamanlarda dünyada faciəvi hadisələrin, dini və milli zəmində radikallaşmanın, ekstremizmin, mənəvi dəyərlər böhranının, miqrant probleminin yaşandığı bir dövrdə Azərbaycanın multikultural həyat tərzi nadir mədəniyyət nümunəsidir. “Bu, bizim həyat tərzimizdir. Biz bunu örnək olaraq dünyaya təqdim edirik və fəxr edirik ki, bu ideyanın müəllifi Azərbaycan Prezidenti İlham Əliyevdir. Eyni zamanda, milli-mənəvi mədəniyyətimizin təbliğində müstəsna xidmətləri olan Heydər Əliyev Fonduna və Fondun prezidenti Mehriban Əliyevaya dərin minnətdarlığımızı bildiririk”, - deyə Allahşükür Paşazadə qeyd edib.
Sonra Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev Prezident İlham Əliyevin konfrans iştirakçılarına təbrik məktubunu oxuyub.
“Azərbaycanda multikulturalizm dəyərləri” adlı videoçarx nümayiş etdirildikdən sonra Moskvanın və bütün Rusiyanın Patriarxı Kirillin və Gürcüstanın Katolikos-Patriarxı II İliyanın konfrans iştirakçılarına müraciəti oxunub.
Patriarx Kirillin müraciətində Azərbaycanda bütün xalqların və dinlərin nümayəndələrinin sülh şəraitində mehriban yaşadıqları vurğulanır. Rusiya və Azərbaycanın bir-biri ilə sıx bağlı olduğu bildirilən müraciətdə sülhün təmin edilməsinin, terrorizmə qarşı mübarizədə səylərin birləşdirilməsinin vacibliyi diqqətə çatdırılır. Patriarx Kirill vurğulayır ki, dini liderlər insanların həyatını qorumaq üçün çağırışlar etməlidirlər. O, Allahşükür Paşazadənin sülh səylərini yüksək qiymətləndirdiklərini vurğulayır.
Katolikos-Patriarxı II İliyanın müraciətində isə Azərbaycanın və Gürcüstanın multikultural, çoxmillətli, bütün etnik və dinləri əhatə edən ölkələr olduğu qeyd edilir. O bildirir ki, bu gün dünyanın müxtəlif yerlərində dini və etnik münaqişələrin getdiyini nəzərə alaraq, hər kəs sülh və qarşılıqlı anlaşma ab-havasında səylərini davam etdirməlidir.
Bu gün Azərbaycanın tolerantlıq modeli dünyanın 28 universitetində öyrənilir. Qafqaz xalqlarını birləşdirən dəyər tolerantlıqdan irəli gələn dəyərdir. Azərbaycan xalqının ənənəsində də tolerantlıq var. Bu gün Azərbaycanda tolerantlıq dövlət siyasəti səviyyəsinə qaldırılıb.
Bu fikirləri konfransda çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib.
Komitə sədri deyib ki, hazırda dünyada 169 ölkələrarası və daxili münaqişə var. Dünyanın 40 ölkəsində müxtəlif qanlı savaşlar gedir. Münaqişələr nəticəsində 60 milyon insan yurd-yuvasından didərgin düşüb. Son 15 ildə dünyada 57 min terror aktı törədilib. Bu terror aktlarının iki minini ermənilər azərbaycanlılara qarşı törədiblər. O bildirib ki, münaqişələrə qarşı ən yaxşı mübarizə fobiyaların aradan qaldırılmasıdır. Böyük müharibələrə yol verməmək üçün ilk növbədə kiçik münaqişələrin aradan qaldırılması lazımdır.
Qeyd edilib ki, Qafqazda ən qaynar münaqişələrdən biri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Bu münaqişə nəticəsində Ermənistan Azərbaycan ərazisinin bir hissəsini işğal edib, yüz minlərlə azərbaycanlını milli, dini zəmində zorakılığa məruz qoyub.
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə ölkəmizin multikulturalizm və tolerantlıq modelinin bütün dünyada rəğbətlə qarşılandığını bildirib. Azərbaycanda dövlət-din münasibətlərinin yüksək səviyyədə olduğunu vurğulayan A.Əlizadə Ulu öndər Heydər Əliyevin ölkəmizdə dini mədəniyyətin, tolerantlıq və dinlərarası dialoqun proqram əsaslarının təməlini qoyduğunu deyib. O bildirib ki məscid, kilsə və sinaqoqların böyük qayğı ilə tikilib bərpa olunduğu, bütün ənənəvi dini icmaların maddi-mənəvi cəhətdən dəstəkləndiyi Azərbaycanda multikultural həyat tərzinin dinlər və məzhəblərarası müstəvidə inkişafı üçün böyük işlər görülüb. Ulu öndər Heydər Əliyevin bu istiqamətdə siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Qafqaz Müsəlmanları İdarəsinin Elmi Dini Şurasının sədri, Bakı Dövlət Universitetinin ilahiyyat fakültəsinin dekanı Vasim Məmmədəliyev bildirib ki, Azərbaycanda dini zəmində heç vaxt qarşıdurma olmayıb. Tolerantlılıq, dözümlülük Azərbaycan xalqının qanında var. Bəzi qüvvələr Azərbaycanda müxtəlif dini mənsəbləri qarşı-qarşıya qoymağa çalışsalar da, heç bir nəticə əldə edə bilməyiblər.
V.Məmmədəliyev Azərbaycanda dini dözümlülük ənənələrindən danışaraq deyib ki, ölkəmizdə müxtəlif konfessiyaların və icmaların nümayəndələri uzun əsrlər boyu dinc yanaşı yaşayıblar. Heç vaxt ksenofobiya və dini zəmində münaqişələr müşahidə olunmayıb.
Konfransda digər çıxış edənlər Azərbaycanda bütün dinlərə mənsub insanların sərbəst şəkildə öz inanclarına etiqad etmələrinə, müxtəlif millətlərin nümayəndələrinin ölkənin bərabərhüquqlu vətəndaşları kimi yaşayıb çalışmalarına lazımi şərait yaradıldığını bildiriblər. Diqqətə çatdırılıb ki, Azərbaycanda dilindən, dinindən asılı olmayaraq bütün xalqların nümayəndələri dostluq şəraitində yaşayırlar. Tarixi-mədəniyyət abidələrinin, müsəlman məscid və ziyarətgahlarının, yəhudi və xristian məbədlərinin bərpası və təmiri - bütün bunlar Azərbaycan reallıqlarını əks etdirən sağlam dini-mənəvi vəziyyətin göstəricisidir.
Sonra Qafqaz Xalqları Ali Dini Şurasının Azərbaycan Prezidenti İlham Əliyevə müraciəti oxunub.
Xəbər lenti
Hamısına baxDünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52

