Siyavuş Novruzov: 2017-ci ilin dövlət büdcəsi hazırlanarkən bütün imkanlar nəzərə alınıb
08.12.2016 [10:14]
“2017-ci ilin dövlət büdcəsi hazırlanarkən bütün imkanlar nəzərə alınıb. Büdcə layihəsi qanunvericiliyin tələblərinə uyğun olaraq təqdim olunub. Bu, Prezidentin ölkədə apardığı iqtisadi siyasətin nəticəsidir”. Bu fikirləri Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov Milli Məclisin plenar iclasında 2017-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı çıxış edərkən deyib.
S.Novruzov bildirib ki, bu sahədə ölkə parlamentinin də rolu az deyil. Onun sözlərinə görə, 2016-cı ilin ötən dövründə Milli Məclisin qəbul etdiyi qanunlar və qanunlara dəyişikliklər iqtisadiyyatın inkişafına, vergi, maliyyə-kredit sisteminin formalaşmasına, o cümlədən sosial sahələrə həsr olunub: “Bu müddət ərzində biz yüzlərlə qanun qəbul etmişik ki, bunun nəticəsində Azərbaycan iqtisadiyyatı daha da inkişaf edəcək”.
S.Novruzov qeyd edib ki, gələn ilin dövlət büdcəsində aztəminatlı ailələr nəzərə alınmalı və onlara ayrılan vəsait azaldılmamalıdır. Onun sözlərinə görə, xüsusilə, şəhid ailələri, müharibə veteranları və digər sosial kateqoriyalar nəzərə alınmalıdır: “Büdcədə sosial sahəyə ayrılan vəsaitin dəyişməməsi çox yaxşı haldır. Azərbaycan sosial dövlət olduğu üçün bu sahə ilə bağlı gedən proseslər davamlı şəkildə həyata keçirilir. Hesab edirəm ki, müəyyən sahələrdə islahatlar aparılmalıdır. İlk növbədə kiçik və orta sahibkarlığa yaşıl işıq yandırılmalı, bəzi hallarda kiçik sahibkarlar ümumiyyətlə, vergidən azad edilməli, orta sahibkarlıqda isə vergi dərəcələri aşağı salınmalıdır ki, inkişaf etsinlər. Bu da növbəti il üçün yeni gəlirlərin gətirilməsinə imkan yarada bilər”.
YAP İcra katibinin müavini qeyd edib ki, Azərbaycan neft strategiyasından ən uğurlu istifadə edən ölkələrdən biri olub: “Neftin qiyməti yüksək olan zaman bir qrup insan hesab edirdi ki, neft gələcək nəsillərə saxlanmalı, digərləri isə düşünürdü ki, gəlirlər Dövlət Neft Fondunda yığılmalıdır. Lakin Azərbaycan dövləti ölkə başçısının rəhbərliyi ilə neft strategiyasını düzgün həyata keçirərək sosial sahəyə diqqət etdi və nəticə etibarı ilə ölkədə 3 mindən artıq məktəb, 600 xəstəxana və diaqnostika mərkəzi, 100-ə yaxın idman obyektləri tikildi, yollar, körpülər salındı. Milli Məclisdə oturan insanlar həmişə bunu uğurlu siyasət kimi tərif edirdilər, lakin indi görürəm ki, bəziləri tənqidi hissəyə keçiblər. Misal üçün dünən həmkarlarımızdan biri çıxışında 7 il bundan öncə olan məsələyə toxunaraq idman obyekləri və tədbirləri ilə bağlı fikirlər səsləndirməyə başlayıb. İdman Azərbaycanın təbliğidir. Olimpiya Oyunlarında Azərbaycan bayrağının qaldırılması ölkəmizin maraqlarına xidmət edir. Bu təmsilçiliyə də maliyyə ayrılmalıdır. Maliyyə ayrılmadıqda hansı işləri görə bilərik? Olimpiya Oyunlarında Tacikistandan cəmi 1 nəfər medal aldı, az qaldılar ona Milli Qəhrəman adı versinlər. Lakin Azərbaycanda kifayət qədər idmançılar ölkəmizi təbliğ edirlər. Hesab edirəm ki, indiyə qədər olduğu kimi ölkəmiz idman tədbirlərinə xüsusi diqqət yetirməlidir. Bu baxımdan, ölkəmizdə keçiriləcək Formula-1, IV İslam Həmrəylik Oyunlarını yüksək səviyyədə başa vurmalıyıq”.
Millət vəkili çıxışı zamanı diplomatik korpusların bağlanması ilə bağlı məsələyə də münasibətini bildirib. Onun sözlərinə görə, diplomatik korpusların açılışı Milli Məclisin qərarı ilə həyata keçirilir: “Onların bağlanması məsələsinə diqqət yetirilməlidir. Çünki səfirliyin fəaliyyət göstərdiyi ölkəyə onun bağlanmasını necə izah edəcəyimizi düşünməliyik. Bu yaxınlarda biz Özbəkistanda səfərdə olduq və bu ölkədə keçirilən prezident seçkilərini müşahidə etdik. Özbəkistan Azərbaycanın strateji tərəfdaşıdır və çox az ölkələrdəndir ki, Ermənistanda səfirliyini açmayıb. Lakin Özbəkistandakı səfirliyimizdə hərbi attaşə vəzifəsi ixtisara salınıb. Onlar bu ixtisarı heç cür anlaya bilmirlər. Biz indi deməliyik ki, vəsaitimiz çatmadığına görə onu ixtisara salmışıq? Bunu Müdafiə Nazirliyi ölçüb-biçməli, kimi ixtisar etdiyinə diqqət etməlidir. O cümlədən Xarici İşlər Nazirliyi də bu məsələyə diqqət etməlidir”.
Parlamentin komitə sədri təklif edib ki, dövlət strukturlarında islahatlar aparılmalı və artıq strukturlar ləğv olunmalıdır. Əmək və Əhalinin Sosial Müdafiəsi və Təhsil nazirliklərindəki islahatları xatırladan S.Novruzov bildirib ki, bunun nəticəsində büdcə vəsaitinə xeyli qənaət olunur.
“Bizim sosial qanunvericiliyimizdə belə bir müddəa var ki, müharibə veteranları, şəhid ailələri və qaçqın-köçkünlər işlədikləri strukturlarda ən sonda ixtisara salına bilərlər. Amma təəssüflər olsun ki, harda ixtisar olursa, birinci onlardan başlayırlar. Bu da qanunvericiliyin pozulmasına gətirib çıxarar. Ona görə də bu məsələyə diqqət yetirilməlidir”, - deyə S.Novruzov çıxışının sonunda vurğulayıb.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34

