Azərbaycanın ədliyyə naziri Avropa Məhkəməsinin sədri ilə görüşüb
14.12.2016 [10:23]
Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə insan hüquqlarının etibarlı təmin olunması istiqamətində məqsədyönlü iş aparılır. Bu sahədə qanunvericilik və institusional tədbirlər görülüb, ölkəmiz bütün mühüm konvensiyalara qoşulub, nüfuzlu beynəlxalq qurumlarla, o cümlədən BMT, Avropa İttifaqı, Avropa Şurası ilə səmərəli qarşılıqlı fəaliyyət həyata keçirilir. Həmçinin İnsan Hüquqları üzrə Avropa Konvensiyasının və Avropa Məhkəməsinin təcrübəsini ehtiva edən presedent hüququnun öyrənilməsi və tətbiqi ilə bağlı Avropa hakimləri ilə birbaşa təmasın böyük səmərəsi nəzərə alınaraq, bu Məhkəmə ilə fəal əməkdaşlıq edilir, mütəmadi olaraq birgə müxtəlif təlimlər keçirilir.
Avropa Məhkəməsi ilə əlaqələrin davamı olaraq, Azərbaycanın ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədovun Strasburqda İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin sədri Guido Raymondi ilə görüşü olub.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan ilə Avropa Məhkəməsi arasında səmərəli əməkdaşlığın olduğu vurğulanıb. Ədliyyə naziri bu qurumun fəaliyyətinin təkmilləşdirilməsinə dair qəbul olunmuş bəyannamələrin ölkəmizdə implementasiyası üzrə görülən işlər, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan məhkəmə islahatları, o cümlədən hakimlərin müstəqilliyinin gücləndirilməsi, məhkəmə infrastrukturunun müasirləşdirilməsi, elektron məhkəmənin tətbiqi, hakimlərin Avropada örnək kimi dəyərləndirilən ən şəffaf seçimi barədə məlumat verib.
Həmçinin Avropa Məhkəməsinin qərarlarının icrasına və presedentlərinin tətbiqinə böyük önəm verilərək, onların, habelə müvafiq metodiki vəsaitlərin Azərbaycan dilinə tərcümə olunaraq yayılması, hakimlərin tədrisində Məhkəmənin 20-dək hakiminin iştirakı, eləcə də Ədliyyə Akademiyası tərəfindən Avropa Şurası ilə birgə həyata keçirilən layihə çərçivəsində hüquqşünasların təliminin və Avropa Məhkəməsinə tədris səfərlərinin səmərəsi qeyd olunub. Artıq distant treninq formaları tətbiq olunmaqla videokonfrans vasitəsilə təlimlərin təşkilinə keçildiyi bildirilib.
G.Raymondi Azərbaycanda aparılan məhkəmə-hüquq islahatlarını maraqla qarşılayaraq təqdir edib. O, bu tədbirlərin Avropada aktual olan ədalət mühakiməsinin səmərəliliyi və məhkəmə hakimiyyətinin müstəqilliyi baxımından əhəmiyyətini xüsusi vurğulayıb. G.Raymondi Avropa Məhkəməsinin qərarlarının icrasına xüsusi diqqət yetirən ölkəmizin bu sahədə problemli dövlətlər sırasında olmadığını qeyd edib, Avropa Məhkəməsinin islahatından və iş yükünün ötən illərə nisbətən azalmasından danışıb.
Həmçinin Strasburq Məhkəməsinə Azərbaycan Hökuməti tərəfindən hakimin ezam olunması yüksək qiymətləndirilib və bu təcrübənin davam etdirilməsinin vacibliyi qeyd olunaraq bu barədə razılığa gəlinib.
Söhbət zamanı əməkdaşlığın prioritetləri, Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edən konkret işlər və digər maraq doğuran məsələlər müzakirə olunub.
Səfər çərçivəsində ədliyyə naziri, həmçinin Avropa Məhkəməsinin Katibliyində çalışan azərbaycanlı hüquqşünaslarla görüşüb, onların fəaliyyəti ilə maraqlanıb, ölkəmizin məhkəmə-hüquq sistemindəki yeniliklərdən bəhs edib. Həmin hüquqşünasların xeyli müddət Məhkəmədə çalışmaları və müvafiq təcrübəyə malik olmaları nəzərə alınaraq, onların ölkəmizdə keçirilən treninqlərə cəlb olunmasının faydası qeyd edilib. Bu barədə Avropa Məhkəməsinin rəhbərliyi ilə razılıq əldə edilib.
Görüşlərdə Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi Emin Eyyubov və ölkəmizin İnsan Hüquqları üzrə Avropa Məhkəməsindəki səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov iştirak ediblər.
Xəbər lenti
Hamısına baxDünya
28 Sentyabr 19:24
Dünya
28 Sentyabr 19:09
Sosial
28 Sentyabr 18:37
Sosial
28 Sentyabr 18:35
Sosial
28 Sentyabr 18:34
Dünya
28 Sentyabr 18:16
İdman
28 Sentyabr 18:11
Siyasət
28 Sentyabr 17:39
Dünya
28 Sentyabr 17:31
Dünya
28 Sentyabr 17:22
YAP xəbərləri
28 Sentyabr 16:40
Dünya
28 Sentyabr 16:31
YAP xəbərləri
28 Sentyabr 16:23
Xəbər lenti
28 Sentyabr 16:12
Elanlar
28 Sentyabr 15:59
Sosial
28 Sentyabr 15:30
Dünya
28 Sentyabr 15:19
Elanlar
28 Sentyabr 15:16
Sosial
28 Sentyabr 14:31
Dünya
28 Sentyabr 14:25
Din
28 Sentyabr 14:03
İdman
28 Sentyabr 13:55
Sosial
28 Sentyabr 13:41
Dünya
28 Sentyabr 13:30
Sosial
28 Sentyabr 13:06
Sosial
28 Sentyabr 12:48
Siyasət
28 Sentyabr 12:44
Sosial
28 Sentyabr 12:34
Sosial
28 Sentyabr 12:33
Dünya
28 Sentyabr 12:14
YAP xəbərləri
28 Sentyabr 12:13
Hadisə
28 Sentyabr 12:12
Sosial
28 Sentyabr 12:12
İqtisadiyyat
28 Sentyabr 11:58
Dünya
28 Sentyabr 11:26
Xəbər lenti
28 Sentyabr 11:18
YAP xəbərləri
28 Sentyabr 11:17
Mədəniyyət
28 Sentyabr 11:05
Gündəm
28 Sentyabr 11:04
Sosial
28 Sentyabr 10:40
Sosial
28 Sentyabr 10:39
Dünya
28 Sentyabr 10:39
YAP xəbərləri
28 Sentyabr 10:17
YAP xəbərləri
28 Sentyabr 10:05
YAP xəbərləri
28 Sentyabr 10:02
YAP xəbərləri
28 Sentyabr 10:00
YAP xəbərləri
28 Sentyabr 09:55
Dünya
28 Sentyabr 09:45
Hadisə
28 Sentyabr 09:17
Dünya
28 Sentyabr 08:50
Dünya
28 Sentyabr 08:23
Siyasət
28 Sentyabr 07:24
Xəbər lenti
27 Sentyabr 23:33
Hərbi
27 Sentyabr 23:11
Siyasət
27 Sentyabr 22:25
İdman
27 Sentyabr 21:39
Dünya
27 Sentyabr 20:18
Siyasət
27 Sentyabr 20:00
Dünya
27 Sentyabr 19:21
Dünya
27 Sentyabr 18:35
YAP xəbərləri
27 Sentyabr 17:45
Dünya
27 Sentyabr 17:18
Dünya
27 Sentyabr 16:32
Sosial
27 Sentyabr 15:17
YAP xəbərləri
27 Sentyabr 14:06
Dünya
27 Sentyabr 13:19
Dünya
27 Sentyabr 12:38
Dünya
27 Sentyabr 11:20
Siyasət
27 Sentyabr 10:46
Gündəm
27 Sentyabr 10:36

