/ / Mübariz Əhmədoğlu: Erməni hüquq müdafiəçilərinin Bakıya səfərinə milli maraqlar baxımından qiymət verilməlidir
Mübariz Əhmədoğlu: Erməni hüquq müdafiəçilərinin Bakıya səfərinə milli maraqlar baxımından qiymət verilməlidir
15.12.2016 [10:18]
Son günlər ölkəmizin bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə bir qrup erməni hüquq müdafiəçisinin Bakıya səfərinə, burada onların iştirakı ilə keçirilən tədbirlərə və səsləndirdikləri bəyanatlara tənqidi mövqedən yanaşan yazılar yerləşdirilir. Bunu SİA-ya açıqlamasında Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bildirib.
Politoloq qeyd edib ki, Azərbaycan ictimaiyyətinə bəlli olduğu kimi, bu il noyabrın 8-də Bakıda “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində əsas maneələr və perspektivlər: Ermənistandan və Azərbaycandan baxış” mövzusunda beynəlxalq konfrans keçirildi: “Azərbaycan və Ermənistandan olan tanınmış QHT təmsilçilərinin, ictimai-siyasi xadimlərin və hüquq müdafiəçilərinin qatıldığı bu tədbirdə Dağlıq Qarabağ ətrafındakı 7 rayonun işğaldan azad edilməsi, münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində beynəlxalq hüquq normalarına uyğun şəkildə tənzimlənməsi, Dağlıq Qarabağda azərbaycanlılarla ermənilərin birgə yaşayışı, bölgənin sosial-iqtisadi inkişaf məsələləri barədə fikir mübadiləsi aparıldı, birləşdirici ideyalar səsləndirildi. Konfrans iştirakçıları Azərbaycan və Ermənistan prezidentlərinə müraciət edərək, onları tezliklə sülhə nail olmaq üçün səylərini artırmağa çağırdılar. Həmin müraciətdə münaqişənin ədalətli həlli ilə bağlı Azərbaycanın indiyə qədər irəli sürdüyü prinsip və təkliflərə birmənalı dəstək ifadə olundu. Təqdirəlayiq haldır ki, başlanmış proses davam etdirildi, dekabrın 6-da hər iki ölkədən olan QHT-lər “Ermənistan və Azərbaycan arasında Sülh naminə Platforma” adı altında birləşərək, problemin həlli yolunda yeni bir hərəkat yaratdıqlarını bəyan etdilər. Platformanın əsas missiyası Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə, ölkəmizin ərazi bütövlüyü çərçivəsində tənzimlənməsi prosesinə erməni və Azərbaycan xalqlarının dəstəyini təmin etmək, humanitar faciələrə, irimiqyaslı maddi və mənəvi itkilərə səbəb olan problemin aradan qaldırılmasına yardım göstərməkdir”.
M.Əhmədoğlu əlavə edib ki, Ermənistan cəmiyyətində belə təşəbbüslərə qoşulan Vahe Avetyan, Vaan Martirosyan, Suzan Caqinyan kimi ictimai fəallar və siyasətçilər hələ ki azdır: “Bu insanlar cəsarət və praqmatizm nümayiş etdirərək, heç nədən qorxmadan azərbaycanlı həmkarları ilə birlikdə nəcib bir məqsəd uğrunda mübarizəyə başlayıblar. Unutmaq olmaz ki, erməni hüquq müdafiəçiləri Bakıda olduqları müddətdə Xocalı soyqırımı qurbanlarına ucaldılan abidəni ziyarət etmiş, bu faciədə əli olan Ermənistanın indiki hakimiyyətini “kriminal rejim” adlandırmışlar. Lakin təəssüf ki, bəzi hallarda yalnız Ermənistanın deyil, Azərbaycanın da müəyyən kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə onlara inamsızlıq ifadə edən fikirlər səslənir, həyata keçirilən tədbirlərə adekvat münasibət nümayiş etdirilmir. Hesab edirəm ki, Ermənistanda və onun hüdudlarından kənarda yaşayan ermənilər içərisində belə realist düşüncəli şəxslər nə qədər çox olarsa, Dağlıq Qarabağ münaqişəsi də bir o qədər tez öz həllini tapar”.
Politoloq xatırladıb ki, Ermənistanın keçmiş prezidenti R.Koçaryan “ermənilərlə azərbaycanlıların genetik cəhətdən uyuşmazlığı” barədə nasist nəzəriyyə irəli sürmüşdü: “İndiki prezident S.Sarkisyan da onun nəzəriyyəsini başqa aranjemanda inkişaf etdirməyə çalışır. Belə bir şəraitdə erməni hüquq müdafiəçisinin, ziyalısının Azərbaycana gəlməsi “Qarabağ klanı” başçılarının faşist nəzəriyyəsinin iflasa uğradığını əyani şəkildə göstərir. Digər tərəfdən, Bakıya gələn ermənilər Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirsə, Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi adlandırırsa, Azərbaycanın torpaqlarının Ermənistan tərəfindən işğal olunduğunu etiraf edirsə, Xocalı abidəsini ziyarət edirsə, belə ermənilərin Bakıya gəlişinə tamamilə yeni gözlə baxmalıyıq. Ona görə də Azərbaycan cəmiyyətinin bütün təbəqələrini, xüsusilə də siyasətçiləri, jurnalistləri və öz həmkarlarım olan vətəndaş cəmiyyəti fəallarını prosesə həssaslıqla yanaşmağa, atılan addımlara milli maraqlar baxımından qiymət verməyə çağırıram”.
Xəbər lenti
Hamısına baxDünya
28 Sentyabr 19:24
Dünya
28 Sentyabr 19:09
Sosial
28 Sentyabr 18:37
Sosial
28 Sentyabr 18:35
Sosial
28 Sentyabr 18:34
Dünya
28 Sentyabr 18:16
İdman
28 Sentyabr 18:11
Siyasət
28 Sentyabr 17:39
Dünya
28 Sentyabr 17:31
Dünya
28 Sentyabr 17:22
YAP xəbərləri
28 Sentyabr 16:40
Dünya
28 Sentyabr 16:31
YAP xəbərləri
28 Sentyabr 16:23
Xəbər lenti
28 Sentyabr 16:12
Elanlar
28 Sentyabr 15:59
Sosial
28 Sentyabr 15:30
Dünya
28 Sentyabr 15:19
Elanlar
28 Sentyabr 15:16
Sosial
28 Sentyabr 14:31
Dünya
28 Sentyabr 14:25
Din
28 Sentyabr 14:03
İdman
28 Sentyabr 13:55
Sosial
28 Sentyabr 13:41
Dünya
28 Sentyabr 13:30
Sosial
28 Sentyabr 13:06
Sosial
28 Sentyabr 12:48
Siyasət
28 Sentyabr 12:44
Sosial
28 Sentyabr 12:34
Sosial
28 Sentyabr 12:33
Dünya
28 Sentyabr 12:14
YAP xəbərləri
28 Sentyabr 12:13
Hadisə
28 Sentyabr 12:12
Sosial
28 Sentyabr 12:12
İqtisadiyyat
28 Sentyabr 11:58
Dünya
28 Sentyabr 11:26
Xəbər lenti
28 Sentyabr 11:18
YAP xəbərləri
28 Sentyabr 11:17
Mədəniyyət
28 Sentyabr 11:05
Gündəm
28 Sentyabr 11:04
Sosial
28 Sentyabr 10:40
Sosial
28 Sentyabr 10:39
Dünya
28 Sentyabr 10:39
YAP xəbərləri
28 Sentyabr 10:17
YAP xəbərləri
28 Sentyabr 10:05
YAP xəbərləri
28 Sentyabr 10:02
YAP xəbərləri
28 Sentyabr 10:00
YAP xəbərləri
28 Sentyabr 09:55
Dünya
28 Sentyabr 09:45
Hadisə
28 Sentyabr 09:17
Dünya
28 Sentyabr 08:50
Dünya
28 Sentyabr 08:23
Siyasət
28 Sentyabr 07:24
Xəbər lenti
27 Sentyabr 23:33
Hərbi
27 Sentyabr 23:11
Siyasət
27 Sentyabr 22:25
İdman
27 Sentyabr 21:39
Dünya
27 Sentyabr 20:18
Siyasət
27 Sentyabr 20:00
Dünya
27 Sentyabr 19:21
Dünya
27 Sentyabr 18:35
YAP xəbərləri
27 Sentyabr 17:45
Dünya
27 Sentyabr 17:18
Dünya
27 Sentyabr 16:32
Sosial
27 Sentyabr 15:17
YAP xəbərləri
27 Sentyabr 14:06
Dünya
27 Sentyabr 13:19
Dünya
27 Sentyabr 12:38
Dünya
27 Sentyabr 11:20
Siyasət
27 Sentyabr 10:46
Gündəm
27 Sentyabr 10:36

