/ / Azərbaycan-Özbəkistan münasibətləri qlobal əməkdaşlığın və təhlükəsizliyin möhkəmlənməsinə böyük töhfə verir
Azərbaycan-Özbəkistan münasibətləri qlobal əməkdaşlığın və təhlükəsizliyin möhkəmlənməsinə böyük töhfə verir
10.06.2009 [10:35]
Azərbaycan və özbəkistanın qədim köklərə malik tarixi əlaqələri çoxplanlı xarakter daşıyır. Azərbaycan və özbək xalqlarının etnik köklərinin eyniliyi ilk növbədə çoxsaylı tarixi faktların da sübut etdiyi dil birliyini şərtləndirir. VII əsrdən başlayaraq Azərbaycan və özbəkistanda yayılmağa başlayan İslam dini tezliklə əsas dinə çevrilir. Din birliyi memarlıq, ədəbiyyat, miniatür sənətinin inkişafında, ən əsası isə hər iki xalqın mentalitet və dünyagörüşünün oxşarlığında özünü göstərib. Beləliklə də baş verən siyasi proseslərdən asılı olmayaraq Azərbaycan və özbək xalqlarının mənşə, dil, din və folklor baxımından eyniliyi üzə çıxıb.
İyunun 5-də özbəkistan Xarici İşlər Nazirliyi Dünya İqtisadiyyatı və Diplomatiya Universitetində Azərbaycan-özbəkistan əlaqələrinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə iştirak edən Azərbaycanın özbəkistandakı səfiri Namiq Abbasov iki ölkə arasındakı münasibətlərin tarixi və bugünkü vəziyyətinə dair məruzə ilə çıxış edib. Universitetin rəhbərliyi, professor-müəllim heyəti və tələbələrin iştirak etdiyi tədbirdə çıxış edən səfir əsrlər boyu eyni siyasi və iqtisadi maraqların Azərbaycan və özbəkistanı birləşdirdiyini qeyd edib: “Eyni zamanda, Qafqaz və Mərkəzi Asiya regionlarının mühüm mərkəzi olan Azərbaycan və özbəkistanın coğrafi mövqeyi də iki dövləti yaxınlaşdıran amillərdən biri olub. Eramızdan əvvəl II əsrdən etibarən çindən başlayan Böyük İpək yolunun marşrutlarından biri Orta Asiyada özbəkistandan, Cənubi Qafqazda isə Azərbaycandan keçib. Mühüm qlobal kommunikasiya xətlərinin kəsişməsində yerləşən dövlətlərimiz bunun fasiləsiz fəaliyyətində maraqlı olublar. Bununla da iki dövlət arasında yeni amil - regionlarda stabilliyin təmin edilməsində siyasi mövqelərin oxşarlığı ortaya çıxıb”.
Səfir diqqətə çatdırıb ki, əsas coğrafi mövqelərə nəzarət, siyasi stabillik və ölkələrimizin ərazisindən keçən qlobal ticarət marşrutlarının təhlükəsizliyi Azərbaycan və özbəkistanın bir-birinə olan siyasi-iqtisadi marağının əsasını təşkil edir: “Konseptual planda bu siyasi-iqtisadi maraqlar müasir mərhələdə ölkələrimizi yaxınlaşdıraraq qlobal inkişaf prosesinə əvəzedilməz töhfə verməyə imkan yaradır. XX əsrin sonlarında müstəqillik əldə etdikdən sonra ölkələrimiz arasındakı münasibətlər yeni mərhələyə qədəm qoydu. 1995-ci il oktyabrın 2-də Azərbaycan Respublikası ilə özbəkistan Respublikası arasında diplomatik əlaqələr yaradıldı. 1996-cı ilin mayında özbəkistanın prezidenti İslam Kərimovun ölkəmizə ilk rəsmi səfəri zamanı 17 hökumətlərarası müqavilə və “Azərbaycan Respublikası ilə özbəkistan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında müqavilə” imzalandı. Əməkdaşlıq üzrə ikitərəfli Hökumətlərarası Birgə Komissiya yaradıldı. 1998-ci ilin əvvəllərində ümummilli lider Heydər Əliyev Böyük İpək Yolunun nəqliyyat dəhlizi kimi bərpası təşəbbüsü ilə çıxış etdi, həmin ilin sentyabrında isə özbəkistan prezidenti İslam Kərimov TRACECA proqramı çərçivəsində Bakıda keçirilən “Tarixi Böyük İpək yolu” beynəlxalq konfransında iştirak etdi, bununla da Avropa-Qafqaz-Asiya nəqliyyat marşrutunun yaradılmasında maraqlı olduğunu nümayiş etdirdi”.
Səfir Namiq Abbasov 2003-cü və 2008-ci illərdə keçirilən prezident seçkilərində qalib gəlmiş dövlət başçısı İlham Əliyevin Ulu öndər Heydər Əliyevin siyasi kursunu davam etdirməsini xüsusi olaraq qeyd edib: “2004-cü ilin mart ayında Prezident İlham Əliyevin özbəkistana rəsmi səfəri zamanı ikitərəfli əməkdaşlığın inkişafında perspektiv və mühüm istiqamətlər müəyyən edilmiş, aktual beynəlxalq və regional problemlər üzrə fikir mübadiləsi aparılmış, münasibətlərin hüquqi bazası genişləndirilmişdir. özbəkistan Respublikasının prezidenti İslam Kərimov özbəkistanın daim Azərbaycanın ərazi bütövlüyünü tanıması, BMT-nin Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini və ATƏT-in qərarlarını icra etməklə problemin sülh yolu ilə həll edilməsinə tərəfdar olması barədə bəyanat vermişdir. İslam Kərimov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı birmənalı olaraq demişdir: “Ermənistanın silahlı birləşmələri işğal olunmuş torpaqları tərk etməlidirlər, sonra isə danışıqlar aparılmalıdır”. 2008-ci ilin sentyabrında İslam Kərimovun Azərbaycana rəsmi dövlət səfəri zamanı iqtisadiyyat, elm, təhsil, mədəniyyət və digər sahələrdə hökumətlərarası müqavilələr imzalanmışdır”.
Məlumat üçün bildirək ki, səfirin çıxışı Azərbaycan və özbək xalqlarının tarixi əlaqələrini və müasir dövrdəki münasibətlərini əks etdirən slaydların nümayişi ilə müşayiət olunub. Səfirliyin adından universitetin kitabxanasına səfirin yazısının dərc olunduğu “özbəkistan” sosial-siyasi və elmi-kütləvi jurnalı, Azərbaycan Diplomatiya Akademiyasının fəaliyyətini əks etdirən broşür, Azərbaycanın turizm zonaları üzrə bələdçi, Azərbaycan Respbulikası Mədəniyyət və Turizm Nazirliyinin hazırladığı “Azərbaycana xoş gəlmişsiniz” SD-diski, “Azərbaycan musiqisi” SD-diski, o cümlədən, ümummilli lider Heydər Əliyev haqqında rus və ingilis dillərində nəşr olunan kitablar, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondunun fəaliyyətindən bəhs edən kitab, Heydər Əliyev Fondu tərəfindən dərc olunan “Qarabağ həqiqətləri” silsiləsindən bukletlər toplusu hədiyyə edilib, Bakı Dövlət Universitetinin Beynəlxalq əlaqələr fakültəsinin tələbələr qrupu tərəfindən hazırlanmış “31 mart-Azərbaycanlıların soyqırımı günü” SD-diski, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzrə BMT-nin çıxardığı qətnamələrin siyahısı təqdim edilib.
Xatırladaq ki, 1992-ci ildən fəaliyyət göstərən universitet beynəlxalq iqtisadi əlaqələr, dövlətlərarası və xarici iqtisadi əlaqələr, beynəlxalq hüquq sahəsində mütəxəssislər hazırlayır.
Xəbər lenti
Hamısına baxDünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36

