Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan xaosdan, anarxiyadan xilas oldu, inkişaf, tərəqqi yoluna çıxdı

Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan xaosdan, anarxiyadan xilas oldu, inkişaf, tərəqqi yoluna çıxdı

12.06.2009 [08:51]

YAP Qadınlar Şurası Qurtuluş Günü münasibətilə tədbir keçirib
15 İyun - Milli Qurtuluş Günü münasibətilə respublikamızın şəhər və rayonlarında silsilə tədbirlər keçirilir. Dünən Yeni Azərbaycan Partiyasının Qadınlar Şurasının keçirdiyi tədbir də bu qəbildəndir.
Tədbir iştirakçıları öncə Fəxri Xiyabana gələrək Ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad etdilər və görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı önünə qızıl gül dəstələri qoydular.
Sonra YAP Xətai rayon təşkilatının akt zalında davam etdirilən tədbiri giriş sözü ilə açan YAP Qadınlar Şurasının sədri, professor Nurlana Əliyeva “Heydər Əliyev epoxası” mövzusunda çıxış etdi. O, ilk olaraq Ulu öndər Heydər Əliyevin hakimiyyətinin birinci dövründə gördüyü işlərdən geniş bəhs etdi. Bildirdi ki, Azərbaycanın milli dövlətçilik tarixində görkəmli şəxsiyyətlər çox olub. Lakin Heydər Əliyev qədər öz torpağına, millətinə bu qədər ürəkdən bağlı olan, bütün ömrünü Vətəninə, xalqına həsr edən ikinci bir dövlət xadimi tanınmır.
“Ulu öndər Heydər Əliyevin 1969-1982-ci illərdə gördüyü işləri xarakterizə etsək, görərik ki, bugünkü uğurların təməli məhz həmin dövrdə qoyulub”, - deyən N.Əliyeva bildirdi ki, Azərbaycanı müstəqilliyə və azadlığa doğru aparmaq üçün o zaman qarşıda mühüm vəzifələr dayanırdı: “Birincisi, Azərbaycanın iqtisadiyyatını inkişaf etdirib müstəqil ölkə kimi yaşaya biləcək bir səviyyəyə qaldırmaq lazım idi. Ona görə də, 1969-1982-ci illəri dövlətin iqtisadi əsaslarını yaratmaq mərhələsi adlandırmaq olar. 1969-1982-ci illərdəki sürətli iqtisadi quruculuq xalqımızın azadlığa və müstəqilliyə nail olması yolunda böyük əhəmiyyət daşıyırdı. Güclü iqtisadiyyatı olmayan dövlət xarici düşmənlərin müqavimətinə tab gətirə bilməzdi. Uzaqgörən bir siyasətçi kimi Ulu öndər Heydər Əliyev Azərbaycanın müstəqilliyinə qarşı hansı beynəlxalq qüvvələrin və dairələrin müqavimət göstərəcəyini yaxşı bilirdi. Bu amillər 23 ay yaşamış Azərbaycan Demokratik Cümhuriyyətinin taleyi timsalında çox yaxşı məlum idi. 1918-1920-ci illərdə də ermənilər xarici qüvvələrin və dövlətlərin aləti kimi çıxış edərək gənc Respublikada talanlar törətmiş, çirkin niyətlərini həyata keçirmək istəmişlər”.
YAP Qadınlar Şurasının sədri onu da vurğuladı ki, bu gün respublikamızda Heydər Əliyev siyasəti davam edir: “Heydər Əliyevin 40 il əvvəl Azərbaycanda hakimiyyətə gəlməsi həm də xalqın tarixində Milli Qurtuluş epoxasının başlanğıcı idi. Onun 1993-cü ilin 15 iyununda Qayıdışı isə xalqın həqiqi milli qurtuluşu oldu. Ona görə də, xalqımız bu günü öz sevimli bayramı kimi qeyd edir. Hazırda ümummilli lider Heydər Əliyevin siyasi varisi Prezident İlham Əliyev Onun milli tərəqqi və quruculuq xəttinə sadiqdir. ölkəmizdə mühüm yeniliklər baş verir. İnsanların rifahı, yeni iş yerlərinin açılışı, yeni iqtisadi layihələrin gerçəkləşdirilməsi ölkə rəhbərinin daim diqqət mərkəzindədir. Dövlət başçısı dünya maliyyə böhranının ölkəmizdə hiss olunmaması üçün lazım olan bütün tədbirləri görür”.
Tədbirdə millət vəkili Elmira Axundova Ulu öndər Heydər Əliyevlə bağlı xatirələrindən, Onun Azərbaycan xalqı qarşısındakı xidmətlərindən danışdı. Bildirdi ki, ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan xaosdan, anarxiyadan xilas oldu, inkişaf, tərəqqi yoluna çıxdı: “İlk növbədə ölkədə sabitliyin yaradılmasının zəruriliyini bildirən ümummilli lider Heydər Əliyev bunu bütün inkişafın əsası kimi qeyd etmişdi. ölkə iqtisadiyyatı çox qısa zamanda tənəzzüldən tərəqqi yoluna çıxdı. Bütün sahələrdə inkişafın əsası qoyuldu”.
E.Axundova bu gün Heydər Əliyev siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, bunun nəticəsi olaraq ölkəmizin daha da qüdrətləndiyini, çiçəkləndiyini bildirdi.
Ulu öndər Heydər Əliyevin “Təhsil millətin gələcəyidir” fikrini önə çəkən millət vəkili Gülər Əhmədova isə ümummilli lider Heydər Əliyevin təhsilin, elmin, mədəniyyətimizin inkişafı, Azərbaycan xalqının bir ideya - Azərbaycançılıq ideyası ətrafında birləşməsi istiqamətində atdığı addımlardan geniş söhbət açdı. Qeyd etdi ki, Azərbaycanın bu günkü inkişaf, tərəqqi yoluna çıxması, dünya birliyində layiqli yer tutmasına səbəb Ulu öndər Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti və bu xəttin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsidir: “Bu gün harada yaşamasından asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşı ölkəmizin bu günkü uğurları ilə fəxr edir, böyük qürur hissi keçirir”.
Bildirildi ki, Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı xidmətlərindən günlərlə, aylarla danışmaq olar: “Onun ən böyük xidməti məhz, müasir Azərbaycan dövlətinin qurulmasıdır. Ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanı yenidən qurdu, dünyada tanıtdı, mövqeyini daha da möhkəmləndirdi”.
Millət vəkili çıxışını əsasən “Qurtuluş bizə nə verdi” sualı ətrafında quraraq bildirdi ki, Azərbaycan xalqı xaosdan, anarxiyadan qurtuldu: “Həmin dövrə bir anlıq da olsa, nəzər salsaq, ölkənin, xalqın hansı durumda olduğunu görərik. Xalqımız yalnız Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra müstəqilliyin, azadlığın nə olduğunu duydu, onun sevincini yaşadı. Müstəqil, azad yaşamaq, öz təbii sərvətlərinin əsil sahibi olmaq xalqımızın ən böyük arzusu olub. ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıdışı ilə bu sevinci xalqa bəxş etdi”.
YAP Nərimanov rayon təşkilatı Qadınlar Şurasının sədri Məhəbbət İbrahimova Azərbaycanın keçdiyi inkişaf yoluna nəzər saldı. M.İbrahimova qeyd etdi ki, Prezident İlham Əliyev 2003-cü ildə andiçmə mərasimində “Azərbaycanın daha qüdrətli dövlətə çevrilməsi üçün Heydər Əliyev siyasi kursu davam etdirilməlidir”, - deyə bəyan etmişdi. Son beş ildə görülən işlər, əldə olunan nəticələr Prezident İlham Əliyevin bu vədinə sadiqliyini, hər bir sözünün arxasında konkret əməli işin dayandığını təsdiqləyir: “Ən böyük siyasət təbii ki, reallıqdır. Bu günümüzün gerçəkliyi isə budur ki, Azərbaycan dinamik inkişaf yolundadır. Hər bir sahədə tərəqqi müşahidə olunur. Dünyanın ən nüfuzlu mətbuat orqanlarında ölkəmizin iqtisadi və siyasi uğurları geniş şərh olunur. Eyni zamanda, dünya siyasətçiləri bu fikri hər zaman bəyan edirlər ki, ölkəmizdə həyata keçirilən siyasətin alternativi yoxdur. Azərbaycan çox qısa zamanda daha da zənginləşəcək, dünyanın qabaqcıl ölkələri sırasında ön yerdə dayanacaq. Ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyası Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsində, iqtisadi və siyasi mövqeyinin artmasında mühüm rola malik oldu. Bu gün də müstəqil dövlətimiz həmin uğurları yaşamaqdadır. İqtisadi imkanların artması digər sahələrin inkişafına da öz müsbət təsirini göstərir”.
M.İbrahimova çıxışında səhiyyə sahəsində əldə olunan uğurlara xüsusi diqqət yönəldərək, Ulu öndər Heydər Əliyevin həkimlik peşəsinə verdiyi qiyməti bir daha diqqətə çatdırdı.
Sonda ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən film nümayiş olundu.
Ramil VƏLİBƏYOV

Paylaş:
Baxılıb: 1179 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Dünya

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

Laçına gedən yolda...

25 Oktyabr 11:30  

Siyasət

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Dünya

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Oktyabr 08:25  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31