“The Jewish Journal” nəşri Azərbaycanda və ABŞ-da birinci xanımların nümunəvi rolundan yazır
12.01.2017 [09:37]
Amerikada çıxan “The Jewish Journal” nəşrində Xocalı qırğınının canlı şahidi Dürdanə Ağayevanın məqaləsi dərc edilib. Materialda Azərbaycanda və ABŞ-da birinci xanımların nümunəvi rolunun əhəmiyyətindən bəhs olunur.
Müəllif yazır ki, aparıcı vəzifələr tutan qadınlar Azərbaycan cəmiyyətinin güclü və mühüm tərkib hissəsidir. Azərbaycanda qadınlara seçki hüququ 1919-cu ildə, yəni ABŞ-da qadınların analoji hüquq əldə etməsindən bir il əvvəl verilib. Hazırda sağlam cəmiyyət geniş əhatəliliyi və milli birliyi dəstəkləyən liderlərin fəaliyyətinə arxalanır. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva bu fəaliyyətdə xüsusi rol oynayır. Birinci xanım 2004-cü ildən Heydər Əliyev Fondunun prezidenti vəzifəsində çalışır. Azərbaycan xalqının Ümummilli lideri, müasir Azərbaycanın banisi Heydər Əliyevin adını daşıyan Fondun fəaliyyəti ölkənin iqtisadi, mədəni və sosial inkişafının təmin edilməsinə yönəlib. Fəaliyyətin əsas istiqamətlərindən biri uşaqların həyat şəraitini yaxşılaşdırmaqdır.
Son səkkiz ildə Birləşmiş Ştatların birinci xanımı olmuş, artıq bu vəzifəni tərk etməyə hazırlaşan Mişel Obama da analoji fəaliyyətlə məşğul olub. Mişel Obamanın proqramının hədəflərindən biri yaşından asılı olmayaraq bütün uşaqlar üçün bədən tərbiyəsi məşğələləri və səmərəli qidalanma imkanını təşviq etmək idi.
Heydər Əliyev Fondu ölkənin birinci xanımı Mehriban Əliyevanın rəhbərliyi ilə məktəblər, uşaq bağçaları, xəstəxanalar, klinika və muzeylər üçün binalar tikib və ya bərpa edib. Birinci xanım həm də qadınların və əlil uşaqların problemlərinin həllinə yönəlmiş proqramlar üzərində işləyib. UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri kimi Mehriban Əliyeva Fondun Azərbaycan hüdudlarından kənarda, xüsusən təhsil sahəsində fəaliyyətini genişləndirib. Gürcüstan, Misir, Rumıniya, Rusiya, Hollandiya və Pakistanda məktəblər inşa edilib və bərpa olunub.
Müəllif yazır ki, Heydər Əliyev Fondu görmə qabiliyyəti zədələnmiş uşaqlar üçün Sarayevoda yerləşən, Balkanlarda müharibədən sonra dağıdılmış mərkəzi də bərpa edib. Azərbaycanda yəhudi məktəbinin tikilməsi, Vatikanda katakombaların, Azərbaycan, Bolqarıstan, Fransa, Rusiya və digər ölkələrdə çoxsaylı kilsələrin bərpası qədim dinlərarası tolerantlıq ənənələrinin nümunəsidir.
Xəbər lenti
Hamısına baxMaraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54

