Böyük qayıdışa doğru ilk addım
26.01.2017 [10:03]
İşğaldan azad edilmiş kəndlərimizdə həyat canlanır, yaşayış bərpa olunur
Artıq 25 ilə yaxındır ki, Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarının azad edilməsi bu gün dövlətimizin əsas prioritetidir. Məlumdur ki, təcavüzkar Ermənistan Azərbaycan torpaqlarını işğal altında saxlamaqla beynəlxalq hüquq normalarını pozur, dünyanın mühüm beynəlxalq subyektlərinin - BMT Təhlükəsizlik Şurası, ATƏT, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı və digər aparıcı beynəlxalq təşkilatların işğal edilmiş Dağlıq Qarabağ və ətrafındakı rayonların qeyd-şərtsiz azad edilməsi ilə bağlı qətnamələrini yerinə yetirmir və işğalçı siyasətini davam etdirir.
Lakin Azərbaycanın münaqişə ilə bağlı mövqeyi qəti və dəyişməzdir. Ölkə Prezidenti İlham Əliyev hər zaman bildirib ki, münaqişənin yeganə həlli Azərbaycanın ərazi bütövlüyü çərçivəsində mümkündür. Ölkəmiz hər zaman münaqişənin sülh yolu ilə həlli prinsipinə sadiq olduğunu nümayiş etdirib. Bununla yanaşı fərqli həll yollarını da istisna etməyən Azərbaycan bir qarış torpağını belə güzəşt etməyəcəyini qəti surətdə bildirib. Prezident İlham Əliyev bəyan edib ki, Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı azad etməyə qadirdir və bu fakt ötən ilin aprel ayında ermənilərin cəbhə xəttində törətdikləri təxribatların qarşısı alınan zaman bir daha təsdiqləndi. Belə ki, Azərbaycan Silahlı Qüvvələrinin qısa zaman kəsiyində erməni təxribatlarına layiqli cavab verməsi, işğalçı ordunu geri oturtması, işğal altında olan mühüm yüksəkliklərin və bir sıra torpaqlarımızın işğaldan azad edilməsi Azərbaycan dövlətinin və Ordusunun gücünü bir daha düşmənə və dünya ictimaiyyətinə nümayiş etdirdi. Bütün bunlar, yəni ordumuzun qəhrəmanlığı, eləcə də Azərbaycan Prezidenti İlham Əliyevin işğal altında olan torpaqlarımızın azad edilməsi istiqamətində apardığı qətiyyətli hücum diplomatiyası Qarabağa yenidən qayıdacağımıza olan inamı daha da artırır.
Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında” Sərəncam “Böyük qayıdış” proqramının ilkin mərhələsi sayılmalıdır
Bu məqamda vurğulamaq yerinə düşər ki, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyev hər zaman bildirir ki, biz ərazi bütövlüyümüzü bərpa edəcəyik: “Biz mütləq o torpaqlara qayıdacağıq, ərazi bütövlüyümüzü bərpa edəcəyik və yenidən bütün şəhərləri quracağıq, tikəcəyik. Əminəm ki, “Böyük qayıdış” proqramı qısa müddət ərzində icra ediləcək və bütün infrastruktur, binalar, xəstəxanalar, məktəblər, iş yerləri açılacaqdır”.
Bəli, bu gün Azərbaycan xalqı “Böyük qayıdış” proqramının ilkin mərhələsinin həyata keçirildiyinin şahidi olur. Artıq işğaldan azad edilmiş torpaqlarımızda həyat bərpa olunur. Xəbər verildiyi kimi yanvarın 24-də ölkə Prezidenti İlham Əliyev “İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncamda bildirilir ki, ötən ilin aprel ayında Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-hücum hərbi əməliyyatı nəticəsində erməni işğalından azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində insanların təhlükəsiz yaşaması mümkün olub. Bununla da, tarixən burada yaşamış dinc əhalinin öz doğma yurdlarına qayıtması üçün Azərbaycan Silahlı Qüvvələrinin tam nəzarətinə keçmiş həmin ərazilərdə əsaslı yenidənqurma işlərinin başlanmasına şərait yaranıb. Prezidentin Sərəncamı ilə kəndin bərpası ilə bağlı görüləcək işlər çərçivəsində birinci mərhələdə 50 fərdi yaşayış evinin, məktəb binasının və müvafiq infrastrukturun tikintisi üçün Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 4 milyon manat ayrılıb.
Onu da xüsusi olaraq vurğulamaq yerinə düşər ki, “Böyük qayıdış”ımızın ilkin qaranquşu olan Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə qaytmaq üçün artıq 190 ailə müraciət edib. Bu fakt erməni təcavvüzü nəticəsində doğma yurd-yuvalarından didərgin düşmüş, məcburi köçkün həyatı yaşayan soydaşlarımızın doğma torpağa hər an qayıtmağa hazır olduğunun bariz göstəricisidir.
2016-cı ilin aprel döyüşləri “Böyük qayıdış”ı daha da yaxınlaşdırdı
Təbii ki, “Böyük qayıdış” proqramının başlanğıc nöqtəsi sayılan Cocuq Mərcanlını Azərbaycana qaytaran məhz ötən ilin aprel ayında rəşadətli Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıq oldu. Məhz aprel döyüşləri zamanı Azərbaycan Ordusu mühüm yüksəklikləri, o cümlədən Lələ Təpə yüksəkliyini düşməndən azad etməklə minlərlə hektar ərazinin qaytarılmasına nail oldu, eləcə də digər ərazilərimizə nəzarət etmək imkanı qazandı. Lələ Təpənin azad edilməsi Cocuq Mərcanlı kəndinin erməni təhdidindən azad edilməsinə, orada məskunlaşmaya imkan verdi. Belə demək mümkündürsə, aprel döyüşləri Azərbaycan xalqını “Böyük qayıdış”a daha da yaxınlaşdırdı. Azərbaycan xalqı o günün uzaqda olmadığına bir daha inandı. Uzun müddətdir ki, gedə bilmədiyimiz torpaqlarımız yenidən bizləri özünə çəkdi. Və Cocuq Mərcanlıda həyatın canlanması, orada yaşamın bərpası, məktəb, xəstəxana və digər vacib infrastrukturların yaradılması haqqında Sərəncam Azərbaycan dövlətinin qüdrətinin nümayişidir. Bu həm də bir daha təsdiqlədi ki, “Biz o torpaqlara qayıdacağıq” tezisinin yalnız sözdə deyil, əməldə də xalqımız və dövlətimiz üçün prioritet şüara çevrilməsi Dağlıq Qarabağın və digər işğal altında olan torpaqlarımızın azadlığının müjdəçisidir. Ölkə Prezidentinin bu istiqamətdə illərdir ki, apardığı uğurlu siyasət bir daha öz bəhrəsini verir. İstər xarici arenada Azərbaycanın haqq səsinin ucadan ifadə edilməsi, dünya birliyinə bu münaqişə ilə bağlı həqiqətlərin çatdırılması, istərsə də ölkəmizdə vətəndaş birliyinin formalaşdırılması, Qarabağ uğrunda prinsipial mövqenin nümayişi bizi qələbəyə daha da yaxınlaşdırır.
İşğaldan azad edilmiş torpaqlarımızda həyatın bərpası ciddi mənəvi-psixoloji üstünlük əldə etməyə imkan verir
Beləliklə, bu gün Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın ordusunun Ermənistan ordusundan qat-qat güclü olması faktdır. Ermənilər artıq təşvişdədir. İşğalçı Ermənistan sülh danışıqlarını pozacağı, torpaqları azad etməyəcəyi təqdirdə Azərbaycan Ordusunun güc yolu ilə ərazi bütövlüyümüzü təmin edəcəyinə onlar da əmindirlər. Uzun illərdir ki, işğal altında saxlasalar da bu torpaqların məhz Azərbaycana, azərbaycanlılara məxsus olduğunu dərk edən ermənilər məğlub olduqlarını anlayırlar. Azərbaycan xalqının işğaldan azad olan torpaqlarına qayıtması, kəndlərimizi canlandırması işğalçı ölkəni hər an gərginlikdə saxlayır. Bu, Azərbaycan xalqının Dağlıq Qarabağ uğrunda son damla qanına qədər mübarizə aparacağının əsas sübutlarından biri kimi çıxış edir. Bu isə düşmən üçün ağır psixaloji sarsıntıdır.
Bir sözlə, aprel döyüşləri həm də Azərbaycan Ordusunun işğal altında olan torpaqlarımızın azad edilməsi üçün hazır olduğunu ortaya qoydu. Məhz bunun fonunda Cocuq Mərcanlıya qayıdışımız istər xalqımızın, istərsə də ordumuzun düşmən üzərində mühüm mənəvi-psixoloji üstünlük qazanmasına yol açır.
Azərbaycan Prezidenti İlham Əliyev Öz çıxışında hər zaman qeyd edir ki, işğal edilmiş bütün torpaqlarda Azərbaycanın suverenliyi təmin edilməlidir və ediləcəkdir. Dövlət başçısı bildirir ki, bütün köçkünlər öz ata-baba torpağına qayıtmalıdırlar, o cümlədən Dağlıq Qarabağa. Deməli, Qarabağa qayıdacağımız gün uzaqda deyil!!!
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
28 Sentyabr 19:24
Dünya
28 Sentyabr 19:09
Sosial
28 Sentyabr 18:37
Sosial
28 Sentyabr 18:35
Sosial
28 Sentyabr 18:34
Dünya
28 Sentyabr 18:16
İdman
28 Sentyabr 18:11
Siyasət
28 Sentyabr 17:39
Dünya
28 Sentyabr 17:31
Dünya
28 Sentyabr 17:22
YAP xəbərləri
28 Sentyabr 16:40
Dünya
28 Sentyabr 16:31
YAP xəbərləri
28 Sentyabr 16:23
Xəbər lenti
28 Sentyabr 16:12
Elanlar
28 Sentyabr 15:59
Sosial
28 Sentyabr 15:30
Dünya
28 Sentyabr 15:19
Elanlar
28 Sentyabr 15:16
Sosial
28 Sentyabr 14:31
Dünya
28 Sentyabr 14:25
Din
28 Sentyabr 14:03
İdman
28 Sentyabr 13:55
Sosial
28 Sentyabr 13:41
Dünya
28 Sentyabr 13:30
Sosial
28 Sentyabr 13:06
Sosial
28 Sentyabr 12:48
Siyasət
28 Sentyabr 12:44
Sosial
28 Sentyabr 12:34
Sosial
28 Sentyabr 12:33
Dünya
28 Sentyabr 12:14
YAP xəbərləri
28 Sentyabr 12:13
Hadisə
28 Sentyabr 12:12
Sosial
28 Sentyabr 12:12
İqtisadiyyat
28 Sentyabr 11:58
Dünya
28 Sentyabr 11:26
Xəbər lenti
28 Sentyabr 11:18
YAP xəbərləri
28 Sentyabr 11:17
Mədəniyyət
28 Sentyabr 11:05
Gündəm
28 Sentyabr 11:04
Sosial
28 Sentyabr 10:40
Sosial
28 Sentyabr 10:39
Dünya
28 Sentyabr 10:39
YAP xəbərləri
28 Sentyabr 10:17
YAP xəbərləri
28 Sentyabr 10:05
YAP xəbərləri
28 Sentyabr 10:02
YAP xəbərləri
28 Sentyabr 10:00
YAP xəbərləri
28 Sentyabr 09:55
Dünya
28 Sentyabr 09:45
Hadisə
28 Sentyabr 09:17
Dünya
28 Sentyabr 08:50
Dünya
28 Sentyabr 08:23
Siyasət
28 Sentyabr 07:24
Xəbər lenti
27 Sentyabr 23:33
Hərbi
27 Sentyabr 23:11
Siyasət
27 Sentyabr 22:25
İdman
27 Sentyabr 21:39
Dünya
27 Sentyabr 20:18
Siyasət
27 Sentyabr 20:00
Dünya
27 Sentyabr 19:21
Dünya
27 Sentyabr 18:35
YAP xəbərləri
27 Sentyabr 17:45
Dünya
27 Sentyabr 17:18
Dünya
27 Sentyabr 16:32
Sosial
27 Sentyabr 15:17
YAP xəbərləri
27 Sentyabr 14:06
Dünya
27 Sentyabr 13:19
Dünya
27 Sentyabr 12:38
Dünya
27 Sentyabr 11:20
Siyasət
27 Sentyabr 10:46
Gündəm
27 Sentyabr 10:36

