Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / ATƏT-in sədri Dora Bakoyanni iyulun 1-də Azərbaycana gələcək

ATƏT-in sədri Dora Bakoyanni iyulun 1-də Azərbaycana gələcək

26.06.2009 [12:10]

ATƏT-in fəaliyyətdə olan sədri, Yunanıstanın xarici işlər naziri Dora Bakoyanni iyulun 1-2-də Bakıda rəsmi səfərdə olacaq.
ATƏT-in Bakı ofisindən APA-ya verilən məlumata görə, xanım Bakoyannini Prezident İlham Əliyev qəbul edəcək. Onun Milli Məclisin sədri Oqtay Əsədov, xarici işlər naziri Elmar Məmmədyarov və digər rəsmilərlə görüşləri nəzərdə tutulub.
ATƏT rəsmisi siyasi partiya üzvləri ilə də görüşəcək.
D.Bakoyanni Azərbaycandan sonra Ermənistana səfər edəcək.



Paylaş:
Baxılıb: 1199 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

İqtisadiyyat

Dünya

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31