Azərbaycan multikulturalizmi Avropada qəbul edilir və tədqiq olunur
06.04.2017 [09:52]
Məlum olduğu kimi, Bern şəhərindəki İsveçrə Dinlər Evində Azərbaycanın İsveçrədəki səfirliyinin təşəbbüsü və “Dinlər Evi - Mədəniyyətlərin Dialoqu” qurumunun birgə təşkilatçılığı ilə “Multikulturalizm və mədəniyyətlərarası dialoq: İsveçrə və Azərbaycan modelləri” mövzusunda konfrans keçirilib. Konfransda Azərbaycan Respublikasının Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlının rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) şöbə müdiri Rəşad İlyasov da təmsil olunub.
Rəşad İlyasov BBMM-in mətbuat xidmətinə konfransla bağlı təəsüratlarını bölüşüb: “Multikultural mühit baxımından İsveçrə multikulturalizmi dünyada aparıcı modellərdən hesab olunur. Məhz Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi təsis olunduğu gündən etibarən ölkəmizin multikulturalizm modelini müqayisəli şəkildə təbliğ və təşviq etmək üçün İsveçrəylə də əməkdaşlıq edir. İsveçrənin Friburq Universitetində “Azərbaycan multikulturalizmi” fənninin tədrisi, 2015-ci ildə Çenevrədə “Azərbaycan və İsveçrədə multikulturalizm və dünyəviliyin ortaq dəyərləri” adlı kitabın təqdimatında Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Azad Məmmədovun fəal iştirakı və çıxışı qısa vaxtda yaranan münasibətlərin bariz nümunəsidir. Məhz bu istiqamətdə yeni bir addım olaraq Bern şəhərindəki İsveçrə Dinlər Evində Azərbaycanın İsveçrədəki səfirliyinin təşəbbüsü və “Dinlər Evi - Mədəniyyətlərin Dialoqu” qurumunun birgə təşkilatçılığı ilə “Multikulturalizm və mədəniyyətlərarası dialoq: İsveçrə və Azərbaycan modelləri” mövzusunda konfrans keçirildi”.
Şöbə müdiri vurğulayıb ki, sözügedən konfrans Dinlər Evində keçirilən ilk böyük tədbir idi: “Tədbirdə Multikulturalizm Mərkəzinin yarandığı gündən etibarən uğurlu işləri, ölkə daxilində və xaricindəki fəaliyyəti, o cümlədən Azərbaycan, ingilis və rus dillərində nəşr olunan “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabı, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən həyata keçirilən yay və qış məktəblərinin də yer aldığı virtual “dəyirmi masa”lar haqqında məlumat verdim. Yay və qış məktəbi iştirakçıları tərəfindən yeni yaradılan “Azərbaycanın Gənc Dostları” Beynəlxalq Klubu haqqında ətraflı danışdım. Məhz bu məqamlar tədbir iştirakçıları tərəfindən alqışlandı və ciddi suallar ünvanlanmasına səbəb oldu.
2016-cı ildə Azərbaycanda olub Prezident İlham Əliyevlə də görüşən İsveçrə Yəhudi İcmaları Federasiyasının prezidenti Herbert Vinterin Azərbaycanda multikulturalizm və sosial-iqtisadi münasibətlərin necə qurulması ilə bağlı ünvanladığı suala cavab olaraq Multikulturalizm Mərkəzinin nəşr etdiyi I virtual “dəyirmi masa” olaraq “Müasir dövrdə Azərbaycanda sosial-iqtisadi və mənəvi inkişafın harmoniyası” adlı üç dildə nəşr olunan broşürdən danışdım və kitabçanı cənab Vinterə təqdim etdim. “Dinlər Evi - Mədəniyyətlərin Dialoqu” təşkilatının rəhbəri Qerda Hauk da bu broşürdən istədi və mən ona da Multikulturalizm Mərkəzi adından kitabçanı hədiyyə etdim.
Bern Şulkrays Betlehem kollecinin müəllimi Rut Bielmann BBMM-in həyata keçirdiyi yay və qış məktəbləri barəsində sual verərək bu istiqamətdə Azərbaycandakı məktəblərlə əməkdaşlıq perspektivləri ilə bağlı suallar verdi. Xanım Rut Bielmanna yay və qış məktəblərinin fəaliyyəti haqda BBMM tərəfindən nəşr olunan virtual “dəyirmi masa” materiallarını təqdim etdim.
Konfransda Azərbaycan Dağ Yəhudiləri İcmasının rəhbəri Milix Yevdayevin Fransada yaşayan yəhudilər ilə Azərbaycanda yaşayan yəhudilər arasında sosial müqayisə aparması tədbir iştirakçıları tərəfindən rəğbətlə qarşılandı. Belə ki, Milix Yevdayev Fransa yəhudilərinin “Biz Fransada küçədə fransız, evdə yəhudiyik” sözlərinə qarşılıq olaraq “Biz Azərbaycanda həm küçədə, həm də evdə yəhudiyik” deməsinin reallığı əks etdirdiyini qeyd etdi.
Qeyd etməliyəm ki, İsveçrədəki səfirimiz Əkrəm Zeynallı və səfirlik əməkdaşları bu tədbirin yüksək səviyyədə keçirilməsi, Azərbaycan multikulturalizminin İsveçrədə təbliği və təşviqi istiqamətində əllərindən gələni etdilər.
İsveçrədəki bu tədbir bir daha göstərdi ki, Azərbaycan multikulturalizm modeli elmi-ədəbi, siyasi və hüquqi cəhətdən Avropada və beynəlxalq ictimaiyyət tərəfindən ciddi şəkildə qəbul edilir və tədqiq olunur”.
Xəbər lenti
Hamısına baxGündəm
26 Sentyabr 17:44
Dünya
26 Sentyabr 17:24
Gündəm
26 Sentyabr 16:20
Dünya
26 Sentyabr 16:19
Dünya
26 Sentyabr 15:32
Dünya
26 Sentyabr 15:10
Dünya
26 Sentyabr 14:45
Dünya
26 Sentyabr 14:17
Dünya
26 Sentyabr 13:59
Dünya
26 Sentyabr 13:25
Sosial
26 Sentyabr 12:44
Siyasət
26 Sentyabr 12:42
İqtisadiyyat
26 Sentyabr 12:40
Gündəm
26 Sentyabr 12:35
Gündəm
26 Sentyabr 12:13
Gündəm
26 Sentyabr 12:11
İqtisadiyyat
26 Sentyabr 11:45
Gündəm
26 Sentyabr 11:19
Analitik
26 Sentyabr 10:57
Xəbər lenti
26 Sentyabr 10:49
Xəbər lenti
26 Sentyabr 10:44
Siyasət
26 Sentyabr 10:22
Analitik
26 Sentyabr 09:41
Analitik
26 Sentyabr 09:17
Gündəm
26 Sentyabr 09:03
Ədəbiyyat
26 Sentyabr 08:51
Ədəbiyyat
26 Sentyabr 08:33
Gündəm
26 Sentyabr 08:14
Sosial
26 Sentyabr 07:45
Siyasət
26 Sentyabr 07:24
Siyasət
26 Sentyabr 07:23
Siyasət
25 Sentyabr 23:26
Siyasət
25 Sentyabr 23:25
Dünya
25 Sentyabr 23:18
Siyasət
25 Sentyabr 22:24
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Siyasət
25 Sentyabr 21:25
Dünya
25 Sentyabr 20:17
Siyasət
25 Sentyabr 19:47
YAP xəbərləri
25 Sentyabr 19:37
Dünya
25 Sentyabr 19:20
Siyasət
25 Sentyabr 18:57
YAP xəbərləri
25 Sentyabr 18:30
YAP xəbərləri
25 Sentyabr 17:26
YAP xəbərləri
25 Sentyabr 16:24
YAP xəbərləri
25 Sentyabr 16:20
Siyasət
25 Sentyabr 15:29
YAP xəbərləri
25 Sentyabr 15:23
YAP xəbərləri
25 Sentyabr 15:13
YAP xəbərləri
25 Sentyabr 15:12
YAP xəbərləri
25 Sentyabr 15:07
YAP xəbərləri
25 Sentyabr 14:58
YAP xəbərləri
25 Sentyabr 14:44
YAP xəbərləri
25 Sentyabr 14:26
YAP xəbərləri
25 Sentyabr 13:24
İqtisadiyyat
25 Sentyabr 13:12
YAP xəbərləri
25 Sentyabr 13:08
Gündəm
25 Sentyabr 12:53
YAP xəbərləri
25 Sentyabr 12:36
Gündəm
25 Sentyabr 12:35
Gündəm
25 Sentyabr 12:18
Siyasət
25 Sentyabr 12:09
Gündəm
25 Sentyabr 12:09
Gündəm
25 Sentyabr 12:07
Gündəm
25 Sentyabr 12:05
Gündəm
25 Sentyabr 12:03
İqtisadiyyat
25 Sentyabr 12:03
Siyasət
25 Sentyabr 11:42
Gündəm
25 Sentyabr 11:36

