Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Rusiya Prezidenti MDB Təhlükəsizlik Orqanları Müşavirəsinin üzvləri ilə görüşüb

Rusiya Prezidenti MDB Təhlükəsizlik Orqanları Müşavirəsinin üzvləri ilə görüşüb

06.04.2017 [09:57]

Rusiya Prezidenti Vladimir Putin MDB Təhlükəsizlik Orqanları və Kəşfiyyat Xidmətləri Rəhbərləri Müşavirəsinin aprelin 5-də Moskvada keçirilən XIV iclasının iştirakçıları ilə görüşüb.
Azərbaycanı iclasda təmsil edən Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-leytenant Mədət Quliyev və Xarici Kəşfiyyat Xidmətinin rəisi, general-mayor Orxan Sultanov görüşdə iştirak ediblər.
Rusiya Prezidenti bildirib ki, MDB-də təhlükəsizliyə başlıca hədə mütəşəkkil cinayətkarlıq, narkotrafik, korrupsiya və xarici qüvvələrin ölkələr daxilində vəziyyətə təsiridir. Dövlət başçısı qeyd edib ki, MDB xüsusi xidmət orqanları arasında əməkdaşlıq əlaqələri qurulub və səmərəli şəkildə inkişaf edir. Prezident əmin olduğunu bildirib ki, MDB xüsusi xidmət orqanları bu cür qarşılıqlı fəaliyyətin əhəmiyyətini düzgün qiymətləndirirlər və gələcəkdə əməkdaşlığı davam etdirəcəklər.
Müşavirənin XIV iclasının MDB-nin yubileyi ilində keçirildiyini deyən Vladimir Putin əlavə edib ki, MDB xüsusi xidmət orqanlarının əməkdaşlığı barədə saziş də 25 il əvvəl imzalanıb.

Paylaş:
Baxılıb: 638 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Analitik

Analitik

Ədəbiyyat

Mədəniyyət dronları

26 Sentyabr 08:51

Ədəbiyyat

Şənbə üçün nəzm

26 Sentyabr 08:33  

Gündəm

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30