/ / Vüqar Rəhimzadə: Prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifələr Azərbaycanın inkişaf strategiyasının prioritetləridir
Vüqar Rəhimzadə: Prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifələr Azərbaycanın inkişaf strategiyasının prioritetləridir
22.04.2017 [11:30]
Ümummilli lider Heydər Əliyevin xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə gəlişindən sonra gənc, müstəqil Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoydu. Sabitlik təmin edildi, iqtisadiyyat, xüsusilə də neft-qaz sektoru inkişaf etməyə başladı. Qısa zamanda ölkəmiz qlobal enerji layihələrinin iştirakçısı və təşəbbüsçüsünə çevrildi. Bununla Azərbaycan dünya miqyasında neft ölkəsi olaraq böyük nüfuz qazandı, Avropanın enerji təhlükəsizliyi üzrə etibarlı tərəfdaşına çevrildi. Bu gün isə Azərbaycan iqtisadiyyatı qeyri-neft sahəsi üzrə şaxələndirilir, “Made in Azerbaijan” brendi dünya bazarlarına daxil olur. “Made in Azerbaijan” brendini dünyada tanıtdırmaq üçün praktiki addımlar atılır. Artıq bu brend bu gün dünyada şöhrət qazanır.
Bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib.
V.Rəhimzadə qeyd edib ki, bu gün iqtisadi inkişaf statistik rəqəmlərdə də özünü aydın şəkildə göstərir. Belə ki, yanvar-mart aylarında iqtisadiyyatın qeyri-neft sektoru 2,4 faiz artıb. Qeyri-neft sənayesi 2, kənd təsərrüfatı isə 3,5 faiz artıb. Ticarət dövriyyəsi 15, ixrac 50 faizə yaxın artıb, idxal isə 17 faiz azalıb. Bununla yanaşı, kənd təsərrüfatı məhsullarının ixracı 44 faiz artıb. Göründüyü kimi, ölkəmiz demək olar ki, iqtisadiyyatın bütün sahələrində öz inkişaf tempini qoruyub saxlayıb.
YAP Siyasi Şurasının üzvü vurğulayıb ki, iqtisadiyyatın inkişafına təkan verən əsas amillərdən biri münbit investisiya mühitinin yaradılmasıdır. Bu gün ölkəmizdə kifayət qədər əlverişli investisiya mühiti yaradılıb. Hazırda istər yerli, istərsə də xarici sərmayədarlar iqtisadiyyatın müxtəlif sahələrinə böyük həcmdə investisiyalar yatırırlar. Prezident İlham Əliyev qeyri-neft ixracatçılarının respublika müşavirəsində vurğulayıb ki, Azərbaycanda gözəl investisiya mühiti mövcuddur. Son illər ərzində 200 milyard dollardan çox sərmayə cəlb edilib. Təbii ki, bu və digər müsbət işlər beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir, ölkəmizin dünyadakı imicini daha da möhkəmləndirir. Təsadüfi deyil ki, Davos Dünya İqtisadi Forumu iqtisadiyyatımızı rəqabətqabiliyyətliliyinə görə dünya dövlətləri arasında 37-ci yerə layiq görüb.
“İki sahil” qəzetinin baş redaktoru bildirib ki, dövlət başçısı ölkəmizə daha çox sərmayənin cəlb edilməsinin əhəmiyyətini xüsusi vurğulayıb və bu istiqamətdə məmurlar, yerli icra orqanları qarşısında mühüm vəzifələr qoyub. Azərbaycan Prezidentinin tapşırığı ilə həyata keçirilən mühüm tədbirlər nəticəsində ölkəmiz öz iqtisadi potensialını şaxələndirib. Artıq qeyri-neft sektoru iqtisadiyyatın 65 faizini təşkil edir. Buna baxmayaraq qarşıda duran əsas vəzifələrdən biri ixracda şaxələndirmənin təmin edilməsidir. Yerli icra orqanları da bu məsələni daim diqqətdə saxlamalıdırlar. Gələcəkdə yerli icra orqanlarının fəaliyyətinə veriləcək qiymət, eyni zamanda, bu amilə də əsaslanacaq: bu və ya digər rayona nə qədər sərmayə gətirilib. “Yerli icra orqanları mərkəzi icra orqanları ilə birlikdə bu işləri təşkil etməlidirlər” deyən dövlətimizin başçısı bununla yerli icra orqanları qarşısında mühüm vəzifələr qoydu. Yerli icra orqanları bu işdə daha məsuliyyətli olmalı və qarşıya qoyulan vəzifələrin icrasını yüksək səviyyədə həyata keçirməlidirlər. Çünki Prezident İlham Əliyevin vurğuladığı bu tezislər gələcək inkişaf strategiyasının prioritetləridir.
Xəbər lenti
Hamısına baxHadisə
26 Sentyabr 23:29
MEDİA
26 Sentyabr 22:46
Sosial
26 Sentyabr 21:16
Maraqlı
26 Sentyabr 20:46
YAP xəbərləri
26 Sentyabr 20:25
Dünya
26 Sentyabr 19:20
Dünya
26 Sentyabr 18:35
Gündəm
26 Sentyabr 18:31
Gündəm
26 Sentyabr 17:44
Dünya
26 Sentyabr 17:24
Gündəm
26 Sentyabr 16:20
Dünya
26 Sentyabr 16:19
Dünya
26 Sentyabr 15:32
Dünya
26 Sentyabr 15:10
Dünya
26 Sentyabr 14:45
Dünya
26 Sentyabr 14:17
Dünya
26 Sentyabr 13:59
Dünya
26 Sentyabr 13:25
Sosial
26 Sentyabr 12:44
Siyasət
26 Sentyabr 12:42
İqtisadiyyat
26 Sentyabr 12:40
Gündəm
26 Sentyabr 12:35
Gündəm
26 Sentyabr 12:13
Gündəm
26 Sentyabr 12:11
İqtisadiyyat
26 Sentyabr 11:45
Gündəm
26 Sentyabr 11:19
Analitik
26 Sentyabr 10:57
Xəbər lenti
26 Sentyabr 10:49
Xəbər lenti
26 Sentyabr 10:44
Siyasət
26 Sentyabr 10:22
Analitik
26 Sentyabr 09:41
Analitik
26 Sentyabr 09:17
Gündəm
26 Sentyabr 09:03
Ədəbiyyat
26 Sentyabr 08:51
Ədəbiyyat
26 Sentyabr 08:33
Gündəm
26 Sentyabr 08:14
Sosial
26 Sentyabr 07:45
Siyasət
26 Sentyabr 07:24
Siyasət
26 Sentyabr 07:23
Siyasət
25 Sentyabr 23:26
Siyasət
25 Sentyabr 23:25
Dünya
25 Sentyabr 23:18
Siyasət
25 Sentyabr 22:24
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Siyasət
25 Sentyabr 21:25
Dünya
25 Sentyabr 20:17
Siyasət
25 Sentyabr 19:47
YAP xəbərləri
25 Sentyabr 19:37
Dünya
25 Sentyabr 19:20
Siyasət
25 Sentyabr 18:57
YAP xəbərləri
25 Sentyabr 18:30
YAP xəbərləri
25 Sentyabr 17:26
YAP xəbərləri
25 Sentyabr 16:24
YAP xəbərləri
25 Sentyabr 16:20
Siyasət
25 Sentyabr 15:29
YAP xəbərləri
25 Sentyabr 15:23
YAP xəbərləri
25 Sentyabr 15:13
YAP xəbərləri
25 Sentyabr 15:12
YAP xəbərləri
25 Sentyabr 15:07
YAP xəbərləri
25 Sentyabr 14:58
YAP xəbərləri
25 Sentyabr 14:44
YAP xəbərləri
25 Sentyabr 14:26
YAP xəbərləri
25 Sentyabr 13:24
İqtisadiyyat
25 Sentyabr 13:12
YAP xəbərləri
25 Sentyabr 13:08
Gündəm
25 Sentyabr 12:53
YAP xəbərləri
25 Sentyabr 12:36
Gündəm
25 Sentyabr 12:35
Gündəm
25 Sentyabr 12:18

