/ / Azərbaycan hökuməti ilə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı arasında əməkdaşlığın perspektivləri müzakirə edilib
Azərbaycan hökuməti ilə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı arasında əməkdaşlığın perspektivləri müzakirə edilib
09.06.2017 [11:29]
Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov iyunun 8-də BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Cənubi Qafqaz üzrə regional nümayəndəliyinin rəhbəri Yohannes van der Klauv və BMT QAK-ın Azərbaycandakı nümayəndəliyinin rəhbəri Furio de Angelis ilə görüşüb.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüşdə Azərbaycan hökuməti ilə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı arasındakı əlaqələrin yaxşı əsaslar üzərində qurulduğu, bunun bariz nümunəsi kimi Azərbaycanın BMT QAK-ın İcraiyyə Komitəsinin üzvü seçildiyi vurğulanıb. Bildirilib ki, Azərbaycan dövləti ölkədəki qaçqın və məcburi köçkünlərin problemlərinin həlli istiqamətində böyük işlər görüb.
Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi ilə qazandığı uğurlardan, ölkəmizdəki qaçqın və məcburi köçkün problemlərinin həlli istiqamətində dövlətin həyata keçirdiyi tədbirlərdən danışan Baş nazirin müavini Əli Həsənov Azərbaycanın bütün ölkələrlə, beynəlxalq təşkilatlarla qarşılıqlı, ikitərəfli əməkdaşlığa xüsusi önəm verdiyini deyib. Əli Həsənov diqqətə çatdırıb ki, dünyada baş verən mövcud iqtisadi böhranlara baxmayaraq, Azərbaycan sürətlə inkişaf edən ölkələr sırasındadır.
Əli Həsənov vurğulayıb ki, dövlətimizin başçısının uğurlu xarici siyasəti nəticəsində Azərbaycan hökuməti ilə BMT QAK arasındakı əlaqələr daha da inkişaf edir. O, bunun məcburi köçkünlər öz doğma yurdlarına qayıdandan sonra da davam edəcəyinə ümidvar olduğunu diqqətə çatdırıb.
Görüşdə Yohannes van der Klauv Prezident İlham Əliyevin rəhbərliyi ilə məcburi köçkünlərlə bağlı görülmüş işlərlə tanış olduğunu bildirib və Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə Qaradağ rayonu ərazisində məcburi köçkünlər üçün yeni yaşayış kompleksinin təməlinin qoyulmasını və bu insanlara göstərilən diqqət və qayğını yüksək qiymətləndirib.
Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı Prezidentin imzaladığı Sərəncamın, məcburi köçkünlərin öz doğma yurdlarına geriyə qayıtmasının böyük tarixi əhəmiyyət kəsb etdiyini deyən qonaq kənd sakinlərinin geriyə qayıdışından sonra BMT QAK-ın bir sıra işlərdə yaxından iştirak etmək istədiyini bildirib.
Əli Həsənov deyib: “Bu gün dünyada bir çox problemlər var. Ancaq bunların içərisində ən həssası qaçqın və məcburi köçkün problemidir. Bu gün 650 milyon nəfər əhalisi olan Avropa 1 milyon miqrantın qarşısında çarəsiz qalıb. Bu insanların hər gün hüquqları pozulur. Bir tərəfdən insan hüquqlarının qorunmasından danışırlar, digər tərəfdən isə gündə minlərlə insan həlak olur.
1990-cı illərin əvvəllərində ölkəmizdə 1 milyon qaçqın və məcburi köçkün problemi yarandı. Ulu öndər Heydər Əliyev tərəfindən uğurlu idarəçilik mexanizmi yaradıldı. Bu sahədə indiyədək heç bir konflikt ortaya çıxmadı və bu gün də bu problemin həlli istiqamətində Prezident İlham Əliyev tərəfindən mühüm işlər görülür. Ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyeva ilk müşavirəsini məhz məcburi köçkünlərin problemlərinə həsr etdi və bundan dərhal sonra isə məcburi köçkünlər üçün yeni yaşayış kompleksinin təməli qoyuldu.
Bu gün ölkəmizə səfər edən nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri Azərbaycan Prezidentinin fəaliyyəti nəticəsində ölkəmizin bu sahədə əldə etdiyi nailiyyətləri bütün dünyaya nümunə göstərirlər”.
Ətraflı məlumata görə minnətdarlığını bildirən Yohannes van der Klauv Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə həll edilməsinin vacibliyini qeyd edib və bunun region üçün də mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Əli Həsənov onu da diqqətə çatdırıb ki, işğalçı Ermənistan Avropa Şurasına qəbul olunarkən üzərinə götürdüyü heç bir öhdəliyi yerinə yetirmir. Azərbaycan isə qoşulduğu bütün beynəlxalq konvensiyalara əməl edir. Ancaq buna baxmayaraq, Ermənistana heç bir sanksiya tətbiq edilmir. İşğalçı dövlət torpaqlarımızı hələ də işğal altında saxlamaqda davam edir.
Görüşdə, həmçinin 20 iyun Ümumdünya Qaçqınlar Gününün qeyd edilməsi ilə bağlı da müzakirələr aparılıb.
Xəbər lenti
Hamısına baxSosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59

