Azərbaycan-Avstriya əlaqələrinin inkişafı üçün yaxşı hüquqi baza mövcuddur
19.07.2017 [09:00]
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə iyulun 18-də Avstriyanın federal ailə və gənclər naziri xanım Sofi Karmasinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, yüksək səviyyəli dövlət və hökumət rəsmilərinin qarşılıqlı səfərlərinin ölkələrarası münasibətlərə müsbət təsir göstərdiyini vurğulayan Baş nazir Artur Rasi-zadə Azərbaycan ilə Avstriya arasında mövcud əlaqələrin bundan sonra da inkişaf etdirilməsinin vacibliyini önə çəkib. Baş nazir iqtisadiyyatın müxtəlif istiqamətləri üzrə, xüsusən qeyri-neft sektorunda, turizm və humanitar sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi üçün zəruri hüquqi bazanın və hər cür şəraitin olduğunu diqqətə çatdırıb.
Azərbaycanda ailə institutunun qədim ənənələrinin olduğunu, müasir dövrdə də qadınların cəmiyyətdə statusunun yüksəldilməsi istiqamətində bir çox nailiyyətlərin əldə edildiyini deyən Baş nazir bildirib ki, Azərbaycan hökuməti gender bərabərliyinin təmin olunması üçün bütün vacib tədbirləri həyata keçirir.
Baş nazir Artur Rasi-zadə söhbət əsnasında qonaqlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verərək xatırladıb ki, işğal nəticəsində bir milyondan çox qaçqın və məcburi köçkünün olması, Xocalı soyqırımının törədilməsi, bu yaxınlarda təxribat nəticəsində iki yaşlı balaca Zəhranın və onun nənəsinin qətlə yetirilməsi və digər bu kimi vandalizm aktları Ermənistan hakimiyyətinin əsl təcavüzkar simasının göstəricisidir. Baş nazir təəssüf hissi ilə vurğulayıb ki, bütün bu aşkar faktlara baxmayaraq, bəzi dövlətlərin və beynəlxalq qurumların məsələyə hələ də ikili standartlarla yanaşması ucbatından münaqişənin həlli uzanır.
Xanım Sofi Karmasin ölkəsinin Azərbaycan ilə əməkdaşlıqda maraqlı olduğunu qeyd edərək, Bakıya səfəri müddətində azərbaycanlı həmkarları ilə geniş fikir mübadiləsi apardığını, ailə, qadın, uşaq problemlərinə dair birgə layihələr üzərində işləmək və qarşılıqlı təcrübə mübadiləsini mütəmadi davam etdirmək niyyətində olduqlarını söyləyib. Qonaq, eyni zamanda, Dağlıq Qarabağ münaqişəsinin yalnız beynəlxalq hüququn normaları çərçivəsində, Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həllinə dair Avstriya hökumətinin mövqeyini bir daha bəyan edib.
Görüşdə əməkdaşlığın möhkəmləndirilməsinə dair bir sıra məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
21 Avqust 09:45
Gündəm
21 Avqust 09:20
Gündəm
21 Avqust 09:05
Dünya
20 Avqust 23:58
Dünya
20 Avqust 23:38
Dünya
20 Avqust 23:05
Dünya
20 Avqust 22:50
Dünya
20 Avqust 22:37
Elanlar
20 Avqust 22:17
Dünya
20 Avqust 21:49
Dünya
20 Avqust 21:28
Dünya
20 Avqust 20:55
Dünya
20 Avqust 20:35
Dünya
20 Avqust 19:58
Dünya
20 Avqust 19:32
Elm
20 Avqust 18:55
İqtisadiyyat
20 Avqust 18:25
Sosial
20 Avqust 17:56
Elm
20 Avqust 17:23
Elm
20 Avqust 16:52
İdman
20 Avqust 16:25
Turizm
20 Avqust 16:13
Elm
20 Avqust 15:59
Sosial
20 Avqust 15:58
Sosial
20 Avqust 15:37
Elm
20 Avqust 15:28
Sosial
20 Avqust 14:56
İqtisadiyyat
20 Avqust 14:35
Dünya
20 Avqust 13:55
Mədəniyyət
20 Avqust 13:38
Siyasət
20 Avqust 12:57
Dünya
20 Avqust 12:55
Dünya
20 Avqust 12:25
Gündəm
20 Avqust 11:58
Gündəm
20 Avqust 11:38
Gündəm
20 Avqust 11:15
Gündəm
20 Avqust 10:45
Elm
20 Avqust 10:20
İqtisadiyyat
20 Avqust 09:55
Siyasət
20 Avqust 09:35
Analitik
20 Avqust 09:20
Mədəniyyət
20 Avqust 09:05
Mədəniyyət
20 Avqust 08:45
Dünya
19 Avqust 23:53
Dünya
19 Avqust 23:35
Dünya
19 Avqust 22:55
Dünya
19 Avqust 22:35
Dünya
19 Avqust 22:05
Dünya
19 Avqust 21:45
Dünya
19 Avqust 21:10
Dünya
19 Avqust 20:48
Dünya
19 Avqust 20:17
Dünya
19 Avqust 19:55
Siyasət
19 Avqust 19:33
Dünya
19 Avqust 19:25
Sosial
19 Avqust 18:59
Mədəniyyət
19 Avqust 18:48
İdman
19 Avqust 18:17
İdman
19 Avqust 17:49
Elm
19 Avqust 17:28
Mədəniyyət
19 Avqust 17:17
İqtisadiyyat
19 Avqust 16:53
İqtisadiyyat
19 Avqust 16:30
İqtisadiyyat
19 Avqust 16:18
Dünya
19 Avqust 15:53
Sosial
19 Avqust 15:30
Dünya
19 Avqust 15:25
İdman
19 Avqust 14:53
Dünya
19 Avqust 14:15
Elm
19 Avqust 13:56

