Milli Məclisin İnsan hüquqları komitəsinin iclası keçirilib
28.09.2017 [10:20]
Sentyabrın 27-də Milli Məclisin İnsan hüquqları komitəsinin iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, Milli Məclis sədrinin müavini, İnsan hüquqları komitəsinin sədri Bahar Muradova gündəliyə 2017-ci ilin yaz və növbədənkənar sessiyaları ərzində komitədə görülən işlər barədə hesabatın və komitənin 2017-ci il payız sessiyası üçün iş planının layihəsi haqqında məsələlərin daxil olduğunu bildirib.
Milli Məclisin 2017-ci il yaz və növbədənkənar sessiyaları ərzində komitədə görülən işlər barədə danışan Bahar Muradova deyib ki, komitəyə daxil olan müraciətlər, vətəndaşların qəbulu, komitədə baxılan qanun layihələri ilə bağlı təhlil aparılıb. Komitəyə daxil olan qanun layihələri müzakirə edilib və həmin layihələr plenar sessiyaya tövsiyə olunub.
Diqqətə çatdırılıb ki, 2017-ci ilin yaz və növbədənkənar sessiyaları dövründə komitənin 10 iclası keçirilib və həmin iclaslarda 11 məsələ müzakirə edilib. Bu məsələlərdən yeddisi qanun layihəsi, biri isə ombudsmanın illik məruzəsi olub. Bunlar “İnformasiya əldə etmək haqqında”, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, “Siyasi partiyalar haqqında”, “Siyasi repressiya qurbanlarına bəraət verilməsi haqqında” qanunlara dəyişikliklər və “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında”, “Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” və “Məişət zorakılığının qarşısının alınması haqqında” qanun layihələridir. Komitə bu müddət ərzində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin əsgəri Çingiz Qurbanovun nəşinin verilməməsi ilə bağlı bəyanat qəbul edib.
Ötən müddətdə komitəyə 827 sənəd daxil olub, komitə rəhbərliyi tərəfindən isə 168 vətəndaş fərdi şəkildə qəbul edilib. Aidiyyəti təşkilatlara göndərilən 181 müraciətdən 175-nə, yəni 97 faizinə cavab alınıb.
Bundan başqa, komitə üzvləri İslam həmrəyliyinə, soyqırımı cinayətlərinə, media-parlament əlaqələrinə, uşaq hüquqlarına, gənclərin problemlərinə, gender məsələlərinə həsr olunmuş bir sıra tədbirlərdə iştirak edib, cəbhənin təmas xəttində keçirilmiş tədbirlərə qatılıblar. Bu tədbirlərin bir çoxu Milli Məclisin təşkilatçılığı ilə keçirilib. Komitə üzvləri Füzuli rayonunun Alxanlı kəndində ermənilər tərəfindən 2 yaşlı Zəhranın və onun nənəsinin qətlə yetirildiyi hadisə yerində olub, ATƏT-in yay sessiyasında bu hadisə qurum üzvlərinin diqqətinə çatdırılıb.
Sonra iclasda komitənin 2017-ci il payız sessiyası üçün iş planının layihəsi müzakirə edilib. Bildirilib ki, bu sessiyada komitənin iş planı səkkiz istiqamətdə həyata keçiriləcək. Bunlar Azərbaycan Respublikası qanunlarında dəyişikliklər və əlavələr edilməsi haqqında qanun layihələri, insan hüquqları sahəsində maarifləndirmə tədbirlərinin keçirilməsi, soyqırımı, təcavüz, etnik təmizləmə və digər beynəlxalq cinayətlərin cəzalandırılmasına nail olunması istiqamətində tədbirlərin təşkili, müvafiq təşkilatlarla bağlanmış anlaşma memorandumlarından irəli gələn məsələlərlə bağlı tədbirlərin keçirilməsi və digər məsələlərdir.
Çıxış edən komitə üzvləri Hikmət Babaoğlu, Fazil Mustafa, Əflatun Amaşov, Tahir Kərimli, Flora Qasımova, Elman Nəsirov və Yevda Abramov 2017-ci ilin yaz və növbədənkənar sessiyaları ərzində komitədə görülən işlər barədə hesabatı yüksək qiymətləndiriblər, payız sessiyasının iş planı ilə bağlı fikirlərini bölüşüblər.
Xəbər lenti
Hamısına baxMaraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44

