Madrid prinsiplərindəki yeniliklər nəyə xidmət edir?
01.08.2009 [10:12]
Təbii ki, yeni variantın işlənib hazırlanması tərəflərin hansısa dəqiqləşmələr üzərində işləməsindən xəbər verir. Bundan başqa, Azərbaycan hər zaman münaqişənin həllində ərazi bütövlüyü faktorunun əsas rol oynadığını önə çəkir. Ermənistan isə min bir yolla tənzimlənmə prosesinə mane olmağa çalışır.
Politoloq Rasim Musabəyov yeni variant dedikdə heç də ümumi yeniliyin nəzərdə tutulmadığını açıqladı. Onun sözlərinə görə, burada söhbət mövcud olan prinsiplərin yenilənməsindən gedir: “İnanmıram ki, ortaya yeni prinsiplər gətirilsin. Bu isə əvvəlki prinsiplərin tərəfləri ortaq məxrəcə gətirməyə bəs etmədiyindən xəbər verir. Ola bilsin ki, ümumilikdə prinsiplərlə razılaşma əldə olunub, amma dəqiqləşmələr başlayanda tərəflərin məsələlərə baxışının daban-dabana ziddiyyət təşkil etməsi meydana çıxıb. Belə olan halda tərəfləri bir araya gətirmək üçün müəyyən korrektələrə ehtiyac yaranır. Hətta dəqiqləşmələr zamanı Azərbaycanın milli maraqlarına uyğun gəlmədiyi üçün də hansısa məsələyə etiraz bildirilə bilər. Axı Azərbaycan hər təqdim olunan şərtlərlə razılaşa bilməz. Həm biz, həm də Ermənistan məsələyə öz yanaşmasını, mövqeyini təqdim edib. Əksər hallarda fərqli mövqeləri ortaq məxrəcə gətirmək çox çətin olur. Dəqiqləşmələrin aparılması isə hətta köhnə şərtlərin dəyişməsinə gətirib çıxara bilər”.
Danışıqlar prosesinin olduqca gərgin, uzun və çətin bir proses olduğunu dilə gətirən R.Musabəyov istənilən halda danışıqların Azərbaycan və Ermənistan arasında aparılacağını deyib. Yeni variant məsələsinin ortaya çıxması ilə Ermənistanda guya qondarma Dağlıq Qarabağ rejiminin də müzakirələrdə tərəf kimi iştirak edəcəyi ilə bağlı fikirlər yaranıb. Politoloq bunun səhv olduğunu dilə gətirib: “Hətta yenilənmiş variantda olsa belə danışıqlar Madrid prinsipləri ilə yanaşı Moskva Bəyannaməsinə uyğun şəkildə aparılacaq. Həmsədrlər də bildirirlər ki, qondarma Dağlıq Qarabağ rejiminin danışıqlarda iştirakı məsələsi indiki mərhələdə heç müzakirə obyekti də deyil. Bunu erməni rəsmiləri də təsdiqləyir. Amma burada əsas olanı tərəflərin razılığa gəlməsidir. Digər məsələlər məhz bu amildən asılıdır”.
Politoloq Vəfa Quluzadə isə ATƏT-in Minsk Qrupu həmsədrlərinin münaqişənin həllindəki rolunu zəif hesab edir. Onun sözlərinə görə, hər üç həmsədr sadəcə illüzializmlə məşğuldurlar: “Onlar əslində heç bir iş görmürlər. Sadəcə, hansısa işi gördükləri ilə bağlı təsəvvür yaradırlar, hay-küy qaldırırlar ki, irəliləyiş var, tərəflər bir-biri ilə razılaşır. Mən qəti şəkildə bildirirəm ki, onlar Azərbaycanın öz mövqeyindən geri çəkilmədiyini görüb bəzi frazalarda dəyişikliyə əl atmaq istəyirlər. Amma onları da qınamaq olmaz, məcburdurlar, başqa nə edə bilərlər?”
V.Quluzadə münaqişənin həllinin Ermə
nistandan deyil, onu forpost qismində əlində saxlayan ölkədən asılı olduğunu söylədi: “Hər üç dövlət münaqişənin həllində açar rolu oynayacaq ölkəni tanıyır. çünki Azərbaycan torpaqlarının işğalında yaxından iştirakçı olan Rusiya regionda nə hərb, nə də sülh şəraitinin olmasında maraqlıdır. Sadəcə, bu proses analoji şəkildə uzadılmalıdır. Belə olan vəziyyət isə həm Azərbaycanın, həm də Ermənistanın NATO-ya daxil olması yolunda maneələr yaradacaq. Rusiya bunu istəmir. Dağlıq Qarabağ münaqişəsi həll edilərsə Qərbin maraqları regionda daha çox təmsil olunacaq, Rusiya isə öz çökmüş iqtisadiyyatını heç kimə sata bilməyəcək. Ona görə də ruslar son nəfəslərinə qədər buna mane olmağa çalışır. Hesab edirəm ki, bu maneolma prosesi də çox çəkməyəcək. Haradasa 5-6 ildən sonra Rusiya NATO-nun üzvü olacaq və öz nüvə silahlarının açarlarını quruma təhvil verəcək”.
ATƏT-in Minsk Qrupu həmsədrlərinin yalnız görüntü yaratdığı fikrində olan politoloq Azərbaycanın öz mövqeyində qəti dayanmağının vacibliyini də vurğuladı: “ATƏT-in Minsk Qrupu hərdən elə bir görüntü yaratmaq istəyir ki, guya Azərbaycan onların absurd təkliflərilə razıdır. Amma bu, belə deyil. Düzdür, Azərbaycan hər zaman öz fikrini, mövqeyini qəti şəkildə ortaya qoymağı bacarıb, amma, fikrimcə, biz bir az da sərtləşməliyik. Mən Prezident İlham Əliyevin fikirləri ilə razıyam, Azərbaycanın ərazi bütövlüyündən kənarda bir həll tanımıram. Lazım gəldiyi zaman Azərbaycan əsgəri torpaqları işğaldan azad edəcək. Amma bu düzgün mövqeyimizin fonunda onlar guya bizim üçün həll metodları araşdırıb tapırlar. Sadəcə, onları ifşa etmək lazımdır. Mənim yadımdadır, Heydər Əliyev Köçəryanla görüşdən qayıdandan sonra ATƏT-in təklif etdiyi iki absurd məsələni mətbuatda çap etdirdi və xalq da buna güldü. İndi də onları ifşa edib gülmək vaxtıdır. Bu məsələnin həlli Rusiyanın Qafqazdan getməsinə bağlıdır. Ermənistan Rusiyanın bir quberniyasıdır və biz də bir quberniya ilə danışıq aparırıq”.
Politoloq Elşad Mirbəşiroğlu Bernar Fasyenin yeni variantla bağlı fikirlər bildirməsinə baxmayaraq, bu yeniliyin nədər ibarət olduğunun açıqlanmadığını önə çəkdi. Bir neçə il öncə müzakirə olunan Praqa prosesinin Madrid prinsipləri ilə müəyyən mənada oxşarlıq təşkil etdiyini deyən politoloq elə həmin Praqa prinsiplərinin bazasında aparılan dəyişikliklərin Madrid prinsiplərinin ortaya çıxmasında böyük rol oynadığını dedi: “Bu dəyişiklik Azərbaycanın maraqlarına xidmət etdi. Budəfəki yeniliklərdən xəbərdar olmasaq da, müəyyən fikirlər artıq söhbətin nələrdən getdiyini deməyə əsas verir. Belə ki, Ermənistanın Daşnaksütyun Partiyası iyulun 17-də Azərbaycan və Ermənistan prezidentlərinin arasında keçirilən görüşdə prosesin Azərbaycanın xeyrinə inkişaf etdiyinin müşahidə olunduğunu diqqətə çatdırıb. Hesab olunur ki, Ermənistan ictimaiyyəti birtərəfli qaydada güzəştlərə hazırlanır. Ermənistanda belə bir xof yaranıb. Hesab edirəm ki, istər Bernar Fasye, istərsə də Metyu Brayza məsələ ilə bağlı verdiyi açıqlamalarda yaxın zaman kəsiyində tərəfləri razı salacaq prinsiplərin gündəmə gətiriləcəyini vurğulayıblar. Proqnoz vermək olar ki, gündəmə gələcək məsələlər Azərbaycanın maraqlarını təmin edəcək. çünki bu, zamanın tələbidir və elə bir geosiyasi durum yaranıb ki, böyük dövlətlər Ermənistan faktorundan çox Azərbaycan faktorunu nəzərə alırlar. İstər ABŞ, istər Rusiya, istərsə də Fransa anlayır ki, regionda maraqlarının təmin olunması üçün Ermənistanın verə biləcək heç nəyi yoxdur. Yəqin ki, bəzi prinsiplərdə dəqiqləşmələrə ehtiyac var. Təbii ki, bütün dəqiqləşmələr Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapacaq. Digər tərəfdən, ATƏT-in Minsk Qrupunun həmsədrlərinə haqlı iradların bildirilməsi, onların fəaliyyətsizlikdə günahlandırılması, fikrimcə, məsələnin dinamikliyini artıracaq”.
Pərviz SADAYOÄžLU
Xəbər lenti
Hamısına baxMaraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44

