/ / Amerikalı jurnalist: Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlara qərəzli yanaşır
Amerikalı jurnalist: Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlara qərəzli yanaşır
10.10.2017 [10:00]
ABŞ-ın “News Blaze” nəşrində amerikalı jurnalist və publisist Nurit Qrinqerin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında məqaləsi dərc edilib.
AZƏRTAC xəbər verir ki, məqalədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin azad edilməsindən, məcburi köçkünlərin tarixi torpaqlarına qayıtmalarından bəhs edilir.
Münaqişənin tarixi və onun həlli istiqamətində davam edən danışıqlardan söz açan xanım Qrinqer yazır ki, ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılan müzakirələr hələ də sülh sazişinin bağlanmasına gətirib çıxarmayıb. Təəssüf ki, Ermənistan istənilən ağıllı danışığa qərəzli yanaşır və danışıqları qulaqardına vurur. Ermənistan silahlı birləşmələri işğal edilmiş Dağlıq Qarabağda hər gün qoşunların təmas xəttini atəşə tuturlar.
Müəllif qeyd edir ki, müsəlman əhalisinin üstünlük təşkil etdiyi Azərbaycan bir çox etnik və dini qrupların nümayəndələrinin dinc yanaşı yaşadığı sülhsevər ölkədir. Ermənistanda isə yanaşı yaşamağa başqa münasibət bəslənilir. Ermənistan münaqişəni uzatmağa çalışır və daim Azərbaycanı hərbi əməliyyatların gərginləşməsinə təhrik edir. Buna misal olaraq, 2016-cı ilin aprelində Ermənistan silahlı qüvvələrinin dördgünlük müharibəni qızışdırmasını, nəticədə Azərbaycan Ordusunun strateji yüksəkliyi azad etməsini və məcburi köçkünlərin Cocuq Mərcanlıya təhlükəsiz qayıdışını təmin etməsini göstərmək olar. Bu müharibə nəticəsində Azərbaycan qoşunları Lələtəpə yüksəkliyinə nəzarəti bərpa ediblər. Bu, cəbhə xəttini Cocuq Mərcanlıdan bilavasitə ayırmağa və kəndə təhlükəsiz yolu təmin etməyə imkan verib. Nəticədə məcburi köçkünlər 23 il əvvəl dağıdılmış evlərinə ilk dəfə gedə biliblər.
Bu il Azərbaycan Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı görüləcək işlər çərçivəsində birinci mərhələdə 50 fərdi yaşayış evinin, məktəb binasının və müvafiq infrastrukturun tikintisi üçün vəsait ayırıb. Hazırda 100 ailə üçün 100 ev tikilir.
Münaqişənin hüquqi aspektlərindən bəhs edən Qrinqer yazır ki, BMT Təhlükəsizlik Şurasının Ermənistanın öz qoşunlarını Azərbaycan ərazisindən qeyd-şərtsiz çıxarmasını tələb edən dörd qətnaməsi mövcuddur. O vurğulayır ki, Azərbaycan Ordusu 1993-cü ildə olduğundan xeyli güclüdür və öz torpaqlarının hər qarışını geri qaytara bilər.
Məqalənin sonunda Qrinqer münaqişənin tezliklə həllinə və Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxmasına ümidvar olduğunu bildirir.
Xəbər lenti
Hamısına baxDünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Dünya
21 İyun 15:39
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45

