/ / Məcburi köçkünlər üçün salınmış yaşayış komplekslərinin internet xətti ilə təmin edilməsinə dair layihə müzakirə olunub
Məcburi köçkünlər üçün salınmış yaşayış komplekslərinin internet xətti ilə təmin edilməsinə dair layihə müzakirə olunub
18.10.2017 [10:17]
“Azercell Telekom” və onun törəmə müəssisəsi olan “Azeronline Ltd” birgə müəssisəsi tərəfindən məcburi köçkünlərin məskunlaşdığı qəsəbələrdə yeni sosial layihə reallaşdırılacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə oktyabrın 17-də Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun “Azercell Telekom” MMC-nin prezidenti Vahid Mürsəliyev və “Azeronline Ltd” birgə müəssisəsinin rəhbəri Yaşar Ələsgərovla görüşündə məlumat verilib.
“Azercell Telekom” MMC-nin prezidenti Vahid Mürsəliyev şirkətin Azərbaycanda fəaliyyəti, “Azercell Telekom”un mobil rabitə sektorunda qazandığı nailiyyətlər, həyata keçirdiyi xidmətlər, yeni nəsil telekommunikasiya texnologiyalarının tətbiqi və s. yeniliklər haqqında məlumat verib.
Görüşdə Əli Həsənov qeyd edib ki, Azərbaycan dövləti bir milyondan çox qaçqın və məcburi köçkününün bütün problemlərini özü həll edir. Həyata keçirilən tədbirlər nəticəsində 96 müasir qəsəbə salınıb, 250 min nəfər qaçqın və məcburi köçkünün mənzil şəraiti yaxşılaşdırılıb.
Əli Həsənov vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı həyata keçirilən tədbirlər beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir və oxşar problemlə üzləşən ölkələr üçün nümunə göstərilir. Azərbaycan dövlətinin bu sahədə əldə etdiyi təcrübə bu gün BMT tərəfindən bütün dünyaya yayılır.
“Azercell Telekom” MMC-nin prezidenti Vahid Mürsəliyev bildirib ki, “Azercell Telekom”un törəmə müəssisəsi olan “Azeronline Ltd” birgə müəssisəsi məcburi köçkünlərin məskunlaşdığı yeni salınmış qəsəbələrdə əhalinin dayanıqlı və keyfiyyətli FTTH standartlı (optik lifli kabel ilə) internet xidmətlərinə mövcud tariflərdən daha güzəştli şərtlərlə (15 faiz aşağı) çıxışını təmin etmək məqsədilə yeni layihə həyata keçirmək istəyir. Bunun nəticəsində isə həm yaşayış komplekslərində olan infrastruktur obyektlərində, həm də mənzillərdə insanlar sürətli internet xidmətindən istifadə edə biləcəklər.
Vahid Mürsəliyev, eyni zamanda, reallaşdırılacaq layihənin əhəmiyyətindən danışıb və bu istiqamətdə birgə əməkdaşlığın sosial layihənin həyata keçirilməsində mühüm rol oynayacağını qeyd edib.
“Azercell Telekom”un məcburi köçkünlərin məskunlaşdıqları qəsəbələrdə həyata keçirəcəyi layihəni yüksək qiymətləndirən Baş nazirin müavini Əli Həsənov bu layihənin səmərəli olacağını vurğulayıb, bu işdə onlara lazımi köməklik göstəriləcəyini deyib və Komitənin aidiyyəti qurumlarına lazımi göstərişlərini verib.
Xəbər lenti
Hamısına baxMaraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44

