Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Nikolay Ontsyanu: Biz hər zaman dost Azərbaycan xalqını dəstəkləyəcəyik

Nikolay Ontsyanu: Biz hər zaman dost Azərbaycan xalqını dəstəkləyəcəyik

07.08.2009 [02:46]

Azərbaycan xalqı rumın xalqının dostudur. Biz hər zaman dost Azərbaycan xalqını dəstəkləyəcəyik. Bu sözləri ölkəmizdə işgüzar səfərdə olan Buxarest şəhərinin II sektorunun meri Nikolay Ontsyanu dünən Heydər Əliyev Fondu ilə tanışlıqdan sonra bildirib. Nikolay Ontsyanu daha sonra deyib: “Heydər Əliyev müasir Azərbaycan dövlətinin banisidir. Azərbaycanın dünya birliyinə sürətlə inteqrasiyasında və inkişafında onun rolu əvəzedilməzidir”. Ulu öndərin həyata keçirdiyi siyasi xəttin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini söyləyən qonaq deyib ki, Azərbaycan məhz bu siyasətin nəticəsində nailiyyətlər əldə edib və belə yüksəklərə qalxıb.
Heydər Əliyev Fondunun fəaliyyəti haqqında da danışan Nikolay Ontsyanu elm, mədəniyyət, təhsil və digər sahələrdə həyata keçirilən böyük layihələrə görə Fondun prezidenti Mehriban xanım Əliyevaya dərin təşəkkürünü bildirib. “Biz fondun həyata keçirdiyi layihələrlə yaxından tanışıq. Fond nəinki Buxarestdə, eyni zamanda ABŞ, Rusiya və başqa ölkələrdə də layihələr həyata keçirir”, - deyən mer Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyinin rəhbəri olduğu II sektorun ərazisində yerləşdiyini iftixar hissi ilə diqqətə çatdırıb.
Nikolay Ontsyanu tərkibində Buxarest Şəhər Şurasının, rəhbərlik etdiyi II sektorun üzvlərinin, Rumıniya Yazıçılar Assosiasiyasının rəhbərinin olduğu nümayəndə heyətinin adından deyib: “Biz Fondla tanışlıqdan zəngin təəssürat aldıq”.

Paylaş:
Baxılıb: 1083 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31