Buxara şəhəri ilə tanışlıq azərbaycanlı qonaqlarda xoş təəssüratlar yaradıb
24.10.2017 [10:15]
Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti Buxara şəhərində olub.
AZƏRTAC xəbər verir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik Akif Əlizadənin, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzovun, Aqrar siyasət komitəsinin sədri, Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Eldar İbrahimovun, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, deputat Hikmət Babaoğlunun, deputat Cavanşir Paşazadənin və digərlərinin daxil olduğu nümayəndə heyəti şəhərlə yaxından tanış olub və silsilə görüşlər keçirib.
Qonaqlar Buxara ilə tanışlığa Bahauddin Naqşibəndi məqbərəsini ziyarətlə başlayıblar. Onlara Bahauddin Naqşibəndi və məqbərənin tarixi haqqında məlumat verilib. Şeyxülislam kompleksin nəzdindəki Ali Mədrəsəsinin tələbələri ilə görüşüb, onlara xeyir-dua verib.
Mədrəsənin direktoru Xayderxan Yuldaşxujaev mədrəsə haqqında məlumat verib. Sonra qonaqlar kompleksin məscidində namaz qılıblar.
Qonaqlar Buxaranın mərkəzindəki Mir Ərəb Mədrəsəsində də tələbə və müəllimlərlə görüşüblər.
Mədrəsənin direktoru Elov Jabir bildirib ki, şeyxülislam Allahşükür Paşazadə bu mədrəsədə təhsil alıb. O qeyd edib ki, Çeçenistanın birinci Prezidenti, mərhum Əhməd Kadırov, Rusiya Müftilər Şurasının sədri Ravil Qaynutdin və digərləri də bu mədrəsənin yetirmələridir.
Şeyxülislam deyib: “Hər dəfə buraya gələndə həm sevinir, həm də kədərlənirəm. Bunu izah etməyə ehtiyac yoxdur. Buranın hər daşı, hər kərpici mənə əzizdir”.
Şeyx tələbələrə müraciətlə deyib: “Siz gələcəyin alimləri və ilahiyyatçılarısınız, Allahın kəlamlarını insanlara çatdıracaqsınız. Yaxşı təhsil almaq, dini dəyərlərə dərindən yiyələnmək sizin borcunuzdur”.
Qonaqlar IX-X əsrə aid İsmayıl Samani məqbərəsini, Samanilər bağını və digər tarixi yerləri gəzərək Buxarada keçirilən “Şəhər Günü” bayramına qatılıblar.
Sonra şeyxülislam Allahşükür Paşazadə Mir Ərəb Mədrəsəsində təhsil aldığı illərdə ona dərs deyən müəllimi, şair və alim, azərbaycanlı İbrahim Qasımovun məzarını da ziyarət edib, ruhuna dua oxuyub.
Bununla da şeyxülislam Allahşükür Paşazadənin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyətinin Özbəkistana səfəri başa çatıb.
Xatırladaq ki, nümayəndə heyəti “İslam həmrəyliyi Özbəkistan-Azərbaycan dostluğu timsalında” mövzusunda beynəlxalq konfransda iştirak etmək üçün Özbəkistanda səfərdə idi.
Xəbər lenti
Hamısına baxDünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52

