Rusiyanın Dağlıq Qarabağ probleminin həlli ilə bağlı səyləri nə dərəcədə səmimidir?
08.08.2009 [15:23]
Məlum olduğu kimi, Rusiyanın baş naziri Vladimir Putin Türkiyəyə səfəri zamanı Dağlıq Qarabağ problemi haqqında da fikirlərini bildirib. O, deyib ki, Rusiya bu problemin həll olunmasını istəyir. Qafqazda münaqişələrin tərəfdarı olmadıqlarını deyən V.Putinin sözlərinə görə, belə münaqişələr Rusiyanın bölgə ölkələri ilə əlaqələrinə mənfi təsir edir.
Ekspertlər də münaqişənin həlli istiqamətində Rusiyanın səylərini müsbət qiymətləndirirlər. Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlının sözlərinə görə, Rusiya ATƏT-in Minsk qrupunun həmsədridir və Qafqaz bölgəsindəki münaqişələrin həll edilməsində bu dövlətin çox böyük imkanı və təsiri var. Rusiyanın, xüsusilə, işğalçı Ermənistana təsir imkanının daha çox olduğunu deyən M.Qurbanlı qeyd edib ki, həm siyasi, həm iqtisadi, həm də hərbi nöqteyi-nəzərdən Ermənistan Rusiyadan asılı vəziyyətdədir. Ona görə də, Ermənistan -Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiyanın Ermənistana edəcəyi bu və ya digər təzyiq istənilən nəticəni verə bilər. Bu baxımdan Rusiyanın bir vasitəçi dövlət kimi prosesin irəliləməsinə təkan vermək istəyi, təbii ki, təqdir olunmalıdır. “Rusiyanın baş naziri Vladimir Putinin Türkiyəyə səfəri zamanı bu münaqişənin həlli ilə bağlı çox ümidverici fikirlər səsləndirməsi müsbət qiymətləndirilməlidir. Bu fikirlər həqiqətən Rusiyanın problemin həllində maraqlı olmasını göstərir. Bəllidir ki, münaqişənin həlli ilə əlaqədar Rusiya prezidenti Dmitri Medvedev böyük təşəbbüslərlə çıxış edib və şəxsən Azərbaycan və Ermənistan prezidentlərinin görüşlərində iştirak edib. O da faktdır ki, bu gün Rusiya Türkiyə ilə, İslam dünyası ölkələri ilə çox geniş iqtisadi-siyasi əlaqələr yaradıb. Xüsusilə, Türkiyə ilə son anlaşmalar onu göstərdi ki, Türkiyə ilə münasibətlərin bu formada inkişafı Cənubi Qafqazdakı proseslərə də müsbət təsir göstərəcək” deyə o, vurğulayıb.
YAP İcra katibinin müavini hesab edir ki, sözün həqiqi mənasında Rusiyanın rəhbərləri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll edilməsinin zamanının çatdığını görməkdədirlər. çünki bu tipli münaqişələr, V.Putinin də qeyd etdiyi kimi, bu və ya digər formada ətraf ölkələrə, o cümlədən, Rusiyanın özünə də mənfi təsir göstərir. M.Qurbanlının sözlərinə görə, Rusiya bizə qonşu dövlətdir, münasibətlərimiz çox yüksək səviyyədədir: “Azərbaycan Prezidenti İlham Əliyev Ulu öndər Heydər Əliyevin balans siyasətini praqmatik və çevik diplomatiya yolu ilə davam etdirir. Bu gün Rusiya ilə Azərbaycanın münasibətlərinin yüksək səviyyədə olması münaqişənin həlli prosesinə Rusiyanın daha səmimi və inandırıcı müdaxilə etməsinə şərait yaradır”.
Politoloq Rasim Musabəyov isə hesab edir ki, Rusiya prezidenti danışıqlar prosesində kifayət qədər səylər göstərir: “Tərəflər arasında Moskva Bəyannaməsi də bu dövlətin vasitəçiliyi ilə imzalanıb. Azərbaycan və Ermənistan dövlət başçılarının son görüşləri, demək olar ki, Rusiyanın təşəbbüsü ilə baş tutub. Bütün bunlar Rusiyanın təşəbbüslərinin göstəriciləridir”.
Amma R.Musabəyovun fikrincə, bu səylərin nəyə gətirib çıxaracağını indidən demək mümkün deyil. Amma nəzərə alınsa ki, V.Putin Rusiyada söz sahibidir və Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanla görüşündə Ermənistan - Azərbaycan münaqişəsinin həlli ilə bağlı səylərin artırılmasına qərar verilibsə, bu, həll prosesinə müsbət təsir göstərə bilər.
Münaqişələrin Rusiyanın bölgə ölkələri ilə əlaqələrinə mənfi təsir etməsinə gəlincə, politoloq deyib ki, həqiqətən belə fakt var: “Məsələn, Dağlıq Qarabağ problemi nəticəsində Rusiyanın Ermənistanla dəmiryol əlaqələri kəsilib. Eləcə də, digər məsələlər də var. Ermənistan Rusiyanın, Azərbaycan isə Türkiyənin müttəfiqidir. Əgər münaqişə yenidən alovlanarsa, bu, Rusiya ilə Türkiyənin münasibətlərinə xələl gətirən münaqişə ola bilər”.
Onun sözlərinə görə, Rusiya dövlət və hökumət rəsmilərinin Ermənistan - Azərbaycan münaqişəsinin həllinin tərəfdarı olduqlarını deməsi birinci dəfə deyil. R.Musabəyovun fikrincə, həqiqətən qonşu dövlətin belə arzusu ola bilər. Amma Rusiya bu münaqişədən Ermənistanın qazanc götürməsini istəyir.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36

