/ / Azərbaycan hökuməti ilə Beynəlxalq Qızıl Xaç Komitəsi arasında əməkdaşlıq məsələləri müzakirə olunub
Azərbaycan hökuməti ilə Beynəlxalq Qızıl Xaç Komitəsi arasında əməkdaşlıq məsələləri müzakirə olunub
02.11.2017 [10:12]
Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov noyabrın 1-də Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyinin rəhbəri xanım Elena Aymone Sessera ilə görüşüb.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyinin fəaliyyəti ilə bağlı cari və perspektiv məsələlərin müzakirə olunduğu görüşdə BQXK ilə Azərbaycan hökuməti, eləcə də digər tərəfdaşlar arasındakı qarşılıqlı əməkdaşlıq əlaqələrindən danışılıb, bu qurumun cəbhəyanı ərazilərdə həyata keçirdiyi fəaliyyətlər, göstərdiyi dəstək barədə, onların icra mexanizmi və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
Hazırda bütün dünyanın diqqət mərkəzində olan, Şərqdən Qərbə uzanan inkişaf, əməkdaşlıq, sülh körpüsü kimi dəyərləndirilən Bakı-Tbilisi-Qars dəmir yolunun açılışının Avrasiyada iqtisadi inkişafa və əməkdaşlığa böyük təkan verəcəyini diqqətə çatdıran Baş nazirin müavini bu layihənin reallığa çevrilməsini çox böyük tarixi hadisə kimi qiymətləndirib. Bu baxımdan Azərbaycan dövlətinin öz vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsini özünün ali məqsədi olaraq müəyyənləşdirdiyini və bu istiqamətdə əməli tədbirlər həyata keçirdiyini bildirən Ə.Həsənov son illər ərsəyə gələn Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri və Bakı-Tbilisi-Qars dəmir yolu kimi qlobal tarixi əhəmiyyət daşıyan layihələrin uğurla həyata keçirilməsini ölkəmizin iqtisadi imkanlarının artmasına, son nəticədə ölkə vətəndaşlarının sosial şəraitinin yaxşılaşdırılmasına yönələn və buna hərtərəfli imkan yaradan layihələr kimi dəyərləndirib.
Azərbaycan Respublikası Prezidentinin siyasi iradəsi, müstəqil siyasəti və qətiyyəti ilə Bakı-Tbilisi-Qars dəymir yolu layihəsinin reallaşmasının ölkəmizin beynəlxalq nüfuzunun daha da artmasına səbəb olduğunu vurğulayan Baş nazirin müavini deyib: “Bu layihənin reallaşması dünyaya həm də onu göstərdi ki, Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən bütün layihələr öz təsdiqini tapır və qlobal əhəmiyyət daşıyır”.
Baş nazirin müavini münaqişə nəticəsində doğma torpaqlarından didərgin düşmüş məcburi köçkünlər üçün Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən həyata keçirilmiş müxtəlif humanitar layihələri, xüsusilə Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinə səfərlərini, kənd sakinləri ilə görüşlərini və aparılan müzakirələri yüksək qiymətləndirib, Azərbaycan dövləti tərəfindən ölkəmizdə olan bütün beynəlxalq təşkilatların azad və şəffaf fəaliyyət göstərməsi üçün hər cür şəraitin yaradıldığını diqqətə çatdırıb. Baş nazirin müavini müharibə şəraitində olan Azərbaycanda Beynəlxalq Qızıl Xaç Komitəsinin rolunun mühüm önəm kəsb etdiyini və bu xüsusda təşkilatın Bakı ofisinin fəaliyyətinin təqdirəlayiq olduğunu qeyd edib.
Sonda xanım Elena Aymone Sessera Azərbaycan hökumətinin qaçqın və məcburi köçkünlərlə bağlı gördüyü işləri yüksək qiymətləndirib, ölkəmizdə baş verən inkişaf və tərəqqinin göz qabağında olduğunu diqqətə çatdırıb. O, həmçinin ölkəmizdəki fəaliyyətlərinə verdiyi dəstəyə görə Azərbaycan hökumətinə minnətdarlığını bildirməklə yanaşı, bunun BQXK-nın dünyanın müxtəlif ölkələrindəki humanitar fəaliyyətinin dəstəklənməsi üçün də mühüm önəm daşıdığını vurğulayıb.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
29 İyun 23:49
İqtisadiyyat
29 İyun 23:34
Dünya
29 İyun 23:17
İqtisadiyyat
29 İyun 22:50
Dünya
29 İyun 22:28
Dünya
29 İyun 22:10
Sosial
29 İyun 21:45
Dünya
29 İyun 21:32
Dünya
29 İyun 21:19
Sosial
29 İyun 20:43
Dünya
29 İyun 20:30
Dünya
29 İyun 20:16
Siyasət
29 İyun 20:09
Siyasət
29 İyun 19:58
Xəbər lenti
29 İyun 19:57
Gündəm
29 İyun 19:24
Sosial
29 İyun 19:21
Müsahibə
29 İyun 19:05
İqtisadiyyat
29 İyun 18:34
Xəbər lenti
29 İyun 18:03
Siyasət
29 İyun 17:59
Sosial
29 İyun 17:29
Dünya
29 İyun 17:20
Dünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
Mədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40

