Azərbaycan-Fransa münasibətlərinin inkişafında parlamentlərarası əlaqələr mühüm rol oynayır
04.11.2017 [01:13]
Noyabrın 3-də Milli Məclisin sədri Oqtay Əsədov Fransa Milli Assambleyasının Fransa-Azərbaycan dostluq qrupunun rəhbəri Pyer Alen Rafan ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Oqtay Əsədov Pyer Alen Rafanı Fransa-Azərbaycan dostluq qrupunun rəhbəri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb. Sədr belə bir inamı ifadə edib ki, bu təyinat ölkələrimiz arasında istər parlamentlər səviyyəsində, istərsə də digər qurumlar arasında münasibətlərin daha da irəli aparılmasına yeni töhfələr verəcək.
Bildirilib ki, Azərbaycan Fransa ilə əlaqələrin dərinləşməsinə böyük önəm verir. Bu ölkə müstəqil Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. Dövlət başçılarının qarşılıqlı səfərləri zamanı aparılan danışıqlar münasibətlərimizin möhkəmlənməsi üçün yaxşı zəmin yaradıb. Bugünədək ölkələrimiz arasında 52 sənəd imzalanıb, 5 sənəd üzərində iş aparılır. Bunlar əlaqələrimizin etibarlı hüquqi bazasını təşkil edir.
Sədr qeyd edib ki, əlaqələrimizin çox zəngin tarixi var. Hələ XVI-XVII əsrlərdə Fransa ilə siyasi və iqtisadi müstəvidə münasibətlərimiz formalaşıb, dostluq əlaqələri yaranıb. XIX əsrin ortalarında böyük fransız yazıçısı Aleksandr Düma Azərbaycana səfər etdikdən sonra ölkəmiz və xalqımız haqqında səmimi duyğularını özünün “Qafqaz” əsərində qələmə alıb. Bu münasibətlər Azərbaycan müstəqillik əldə etdikdən sonra keyfiyyətcə yeni səviyyədə davam etdirilməkdədir. Bu gün Azərbaycanda Fransız Liseyi, Azərbaycan-Fransız Universiteti müvəffəqiyyətlə fəaliyyət göstərir. Ümumiyyətlə, bu sahədə son dövrdə böyük uğurlar əldə edilməkdədir. Hər il fransalı müəllimlərin Şəki şəhərinə səfərləri və burada təhsil prosesində iştirakları deyilənlərin əyani sübutudur.
Azərbaycan-Fransa münasibətlərinin inkişafında parlamentlərarası əlaqələrin mühüm rol oynadığını deyən Milli Məclisin sədri diqqətə çatdırıb ki, qanunvericilik orqanları arasında əlaqələrimiz də yüksək səviyyədədir. Vaxtilə Fransa ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupuna Milli Məclisin deputatı olmuş, ölkənin birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etməsi Azərbaycan tərəfindən Fransa ilə əməkdaşlığın dərinləşməsinə verilən dəyərin bariz nümunəsidir. Milli Məclisdəki bu qrup bu gün də təqdirəlayiq fəaliyyət göstərməkdədir.
Pyer Alen Rafan Azərbaycan ilə dostluq qrupunun rəhbəri vəzifəsində ilk səfərini ölkəmizə etdiyini və bunun simvolik bir məna daşıdığını diqqətə çatdırıb. Bildirilib ki, onun təmsil etdiyi ölkə Azərbaycan ilə siyasi, iqtisadi, mədəni sahələrdə əməkdaşlığı genişləndirmək və münasibətlərimizin daha da dərinləşməsi məqsədi ilə yeni-yeni layihələri reallaşdırmaq niyyətindədir.
Qonaq Azərbaycan parlamentində olmağından məmnunluq duyduğunu söyləyərək, Milli Məclisin göz oxşayan binasını ölkənin inkişafı ilə əlaqələndirib. Bildirilib ki, gələn il 100 illiyini qeyd edəcək Azərbaycan parlamentinin yubiley tədbirlərində fransalı deputatlar məmnuniyyətlə iştirak edəcəklər.
Dağlıq Qarabağ münaqişəsindən söz açan Pyer Alen Rafan bu məsələdə BMT-nin qəbul etdiyi qərarlara və problemin həllinə öz tərəfindən dəstək verəcəyini dilə gətirib.
Söhbət zamanı tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə Fransa ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Cavanşir Feyziyev, ölkəmizin Fransadakı səfiri Rəhman Mustafayev və digər rəsmi şəxslər iştirak ediblər.
Xəbər lenti
Hamısına baxMaraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44

