Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin yaranmasının 34-cü ildönümü qeyd olunub
17.11.2017 [10:11]
Bakıda “Boulevard Hotel”də Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) yaranmasının 34-cü ildönümü ilə bağlı qəbul təşkil edilib. Azərbaycan Respublikasının Milli Məclisinin deputatlarının, diplomatların, ziyalıların, KİV təmsilçilərinin, Diasporla iş üzrə Dövlət Komitəsinin rəhbərliyinin və digər qonaqların iştirak etdiyi tədbirdə öncə Əməkdar artist Tünzalə Ağayeva Azərbaycanın Dövlət Himnini və Türkiyənin İstiqlal Marşını oxuyub.
Sonra çıxış edən Şimali Kipr Türk Cümhuriyyətinin Bakıdakı nümayəndəliyinin rəhbəri Ufuk Turqaner öncə bu xoş gündə sevinclərini bölüşdükləri üçün gələn qonaqlara təşəkkür edib. ŞKTC-nin yaranma tarixi barədə ətraflı məlumat verən Ufuk Turqaner “Kiprli türklər olaraq, biz “Yurdda barış, dünyada barış” deyən ulu öndər Atatürkün göstərdiyi yolla yürüdük, bundan sonra da yürüməkdə davam edəcəyik” deyib.
O, eyni zamanda bildirib ki, Şimali Kipr Türk Cümhuriyyətinin Bakıdakı nümayəndəliyi 20 il əvvəl, 1997-ci ildə açılıb. Ötən 20 ildə əlaqələrin müxtəlif sahələr üzrə inkişaf etdiyini deyən Ufuk Turqaner “Azərbaycanlı qardaşlarımızla əlaqələrin daha da möhkəmlənməsini arzu edirik” sözlərini də əlavə edib. Onun sözlərinə görə, bu gün 500 azərbaycanlı tələbə Kiprdə təhsil alır və onlardan 20-si ŞKTC-nin təmin etdiyi təqaüdlə oxuyur: “Ən böyük hədəfimiz əlaqələri daha da möhkəmləndirmək və iki xalqın bir-birini daha da yaxından tanımasını təmin etməkdir”.
Tədbirdə çıxış edən Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib ki, Şimali Kipr uzun müddət Azərbaycan üçün “uzaq ada” olub. Ancaq 1997-ci ildə Azərbaycanda nümayəndəlik yaranandan sonra aramızda münasibətlər inkişaf etməyə başladı. Millət vəkili hazırda turizm, təhsil, mədəniyyət və incəsənət sahələrində əlaqələrin inkişaf etdiyini deyib.
Çıxışında Şimali Kiprin ali məktəblərində 50 mindən çox tələbənin, o cümlədən xarici tələbələrin, həmçinin azərbaycanlıların yüksək səviyyədə təhsil almasını xüsusi qeyd edən millət vəkili bunu yüksək nailiyyət adlandırıb.
Çıxışlardan sonra tədbir bədii hissə ilə davam edib.
NADİR
Xəbər lenti
Hamısına baxDünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52

