Əli Əhmədov: Qeyri-rəsmi məşğulluq əhalinin sosial hüquqlarının pozulmasına yol açır
01.12.2017 [10:13]
Baş nazirin müavini, Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının sədri Əli Əhmədov qeyri-rəsmi məşğulluqla bağlı brifinq keçirib
Qeyri-rəsmi məşğulluq əhalinin sosial hüquqlarının pozulmasına yol açır və bu halların aradan qaldırılması üçün prioritetlər müəyyənləşdirilib.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikası Baş nazirinin müavini, Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının sədri Əli Əhmədov qeyri-rəsmi məşğulluqla bağlı Nazirlər Kabinetində keçirdiyi brifinqdə deyib.
Qeyri-rəsmi məşğulluğun aradan qaldırılması istiqamətində bir sıra tədbirlər həyata keçirildiyini bildirən Əli Əhmədov qeyd edib ki, bununla bağlı müvafiq layihələr hazırlanıb, sahibkarlarla görüşlər təşkil edilib və onlar arasında əmək münasibətlərinin tənzimlənməsinə dair maarifləndirmə işləri aparılıb.
Məlumat verilib ki, 2003-cü ildən indiyədək təxminən 1,9 milyon iş yeri yaradılıb. 2000-ci ildə yoxsulluq səviyyəsi təqribən 50 faiz təşkil edirdisə, hazırda bu rəqəm 4-5 faizədək azalıb. Bu, çox böyük nailiyyətdir. Yeni iş yerlərinin yaradılması rəsmi məşğulluğun daha da artmasında mühüm rol oynayır.
Baş nazirin müavini diqqətə çatdırıb ki, Azərbaycanda iş qabiliyyəti olan əhalinin sayı təxminən 5 milyon nəfər təşkil edir, bunun da təxminən 4,7 milyon nəfəri hazırda məşğul əhalidir. Onların təxminən 1,5 milyon nəfəri muzdla işləyir, 1,7 milyon nəfəri isə kənd təsərrüfatı sahəsində fəaliyyət göstərir. Yerdə qalan əhali isə əmək fəaliyyəti ilə qeyri-rəsmi formada məşğuldur.
“Rəsmi məşğul olan, vaxtlı-vaxtında vergisini ödəyən, Dövlət Sosial Müdafiə Fonduna ödənişləri həyata keçirən təxminən 1,5 milyon əhalinin 800 mindən çox hissəsi dövlət sektorunda, qalanları isə qeyri-dövlət sektorunda çalışır. Qeyri-rəsmi əmək fəaliyyəti ilə məşğul olanların böyük bir hissəsi vergidən yayınır, Dövlət Sosial Müdafiə Fonduna ödənişlərini etmir. Bu da gələcəkdə onların pensiya almalarına ciddi əngəl törədir. Həmçinin “qara mühasibatlıq” deyilən bir anlayışın da mövcudluğuna şərait yaranır”, - deyə Ə.Əhmədov vurğulayıb.
Baş nazirin müavini bildirib ki, qeyri-rəsmi məşğulluğun aradan qaldırılması ilə bağlı qarşıda üç prioritet məsələ dayanır. Bunlardan birincisi əhalinin məşğulluğunu təmin etmək, ikincisi, onların hüquqlarının müdafiəsi, üçüncü prioritet məsələ isə qeyri-rəsmi məşğulluqdan rəsmi məşğulluğa keçid etməkdir. “Azərbaycan Respublikasında əmək münasibətlərinin tənzimlənməsinin təkmilləşdirilməsi ilə bağlı rəylər əsasında yenilənmiş Tədbirlər Planı” layihəsinin təsdiqlənməsi ilə qanunvericiliyin təkmilləşdirilməsi, hüquqi bazanın yaradılması məsələləri ortaya çıxır. Əgər qanunverici aktlarda boşluqlar varsa, bunlar aradan qaldırılmalıdır. İşəgötürən şəxslər məhz bu boşluqlardan istifadə edərək qeyri-məşğulluq yaradır. Bunun qarşısını almaq üçün inzibati və cərimə mexanizmləri mövcuddur.
Dünyanın bir çox ölkələrində, o cümlədən Avropa ölkələrində qeyri-rəsmi məşğulluqla ciddi mübarizə aparılır. Bu barədə danışan Ə.Əhmədov deyib: “Biz onların təcrübəsindən yararlanırıq. Bununla bağlı hüquqi aktlar təkmilləşdirilməli, normativ baza yaradılmalı, təbliğat və nəzarət mexanizmləri işə salınmalıdır. Artıq bu istiqamətdə işlər görülür. 2021-ci ilədək sahibkarlıq sahəsində yoxlamalar aparılması dayandırılıb. Buna görə də bir çox iş yerlərində qeyri-rəsmi məşğulluqla bağlı araşdırmaların həyata keçirilməsi çətinləşib. Ancaq bütün bunlara baxmayaraq, biz monitorinqlər və digər nəzarət mexanizmləri vasitəsilə qeyri-rəsmi məşğulluq fəaliyyəti göstərən iş yerlərini araşdırıb üzə çıxarır, bu barədə müvafiq tədbirlər həyata keçirir, təbliğat aparırıq. Bu işdə mətbuat orqanlarının köməyi də xüsusi rol oynayır”.
Əli Əhmədov vurğulayıb ki, hazırda ticarət və xidmət sahələrində qeyri-rəsmi məşğulluğa daha çox rast gəlinir. Bu da əhalinin sosial hüquqlarının qorunmasını çətinləşdirir, vergidən yayınma hallarına yol açır, əmək münasibətlərinin tənzimlənməsinə maneçilik törədir.
Brifinq zamanı AZƏRTAC-ın mövzu ilə bağlı sualını cavablandıran Əli Əhmədov bildirib ki, Azərbaycan Hökuməti qeyri-rəsmi məşğulluqla bağlı bir sıra ölkələrin, o cümlədən Türkiyənin təcrübəsindən yararlanır, onlarla qarşılıqlı fikir mübadiləsi aparılır. Bu istiqamətdə Beynəlxalq Əmək Təşkilatı ilə əməkdaşlıq da mövcuddur.
Xəbər lenti
Hamısına baxMaraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44

