Monteneqro “ASAN xidmət” təcrübəsinə müraciət edib
06.12.2017 [10:20]
Azərbaycanın Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Monteneqronun Dövlət İdarəçiliyi Nazirliyi arasında Anlaşma Memorandumu imzalanıb
Dekabrın 3-4-də Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndə heyəti Monteneqroda səfərdə olub.
AZƏRTAC xəbər verir ki, səfərin məqsədi Azərbaycan Respublikasının Prezidenti Yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Monteneqronun Dövlət İdarəçiliyi Nazirliyi arasında dövlət xidmətlərinin göstərilməsinin mütərəqqi mexanizminin yaradılmasına dair əməkdaşlıq haqqında Anlaşma Memorandumunun imzalanması və müvafiq sahədə qarşılıqlı fəaliyyətin təfsilatlarının müzakirə edilməsi idi.
Monteneqroda dövlət xidmətlərinin göstərilməsi sahəsinin təkmilləşdirilməsi məqsədini daşıyan Memorandum dekabrın 4-də Dövlət Agentliyinin sədri İnam Kərimov və Monteneqronun dövlət idarəçiliyi naziri Suzana Pribiloviç tərəfindən imzalanıb.
Memorandumda “ASAN xidmət” modeli əsasında Monteneqroda dövlət və özəl xidmətlər göstərən mərkəzlərin yaradılması, bu məqsədlə qurumlararası təcrübə proqramlarının və təlimlərin təşkil olunması, tanışlıq səfərlərinin həyata keçirilməsi nəzərdə tutulur.
İmzalanma mərasimindən sonra mətbuat konfransı keçirilib, Suzana Pribiloviç və İnam Kərimov jurnalistlərin suallarını cavablandırıblar.
Daha sonra Dövlət Agentliyinin sədri İnam Kərimov Monteneqronun Baş nazirinin müavini Zoran Pajinlə görüşüb.
Görüşdə son illər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən dövlət idarəetməsi sahəsindəki islahatlar və bu islahatların tərkib hissəsi olan “ASAN xidmət”in uğurlu təcrübəsi, dövlət xidmətləri sahəsində innovasiyaların tətbiqi müzakirə edilib. Həmçinin dövlət xidmətlərinin göstərilməsi və bu sahənin təkmilləşdirilməsi haqqında fikir mübadiləsi aparılıb.
Zoran Pajin Monteneqro ilə Azərbaycan arasında bütün sahələrdə inkişaf edən əlaqələrdən məmnunluğunu bildirib. O, iki dost ölkə arasında yeni sahədə əməkdaşlığın qurulmasından razılığını ifadə edib və bu sahədə əməkdaşlığın genişlənməsinə Monteneqro hökuməti tərəfindən hərtərəfli dəstəyin veriləcəyini qeyd edib.
Nümayəndə həyəti səfərin sonunda Podqoritsa şəhərindəki Kral Parkında görkəmli Azərbaycan ədibi Hüseyn Cavidin büstünü ziyarət edib, önünə tər çiçəklər qoyublar.
Səfər çərçivəsində təşkil olunmuş görüşlərdə Azərbaycanın Monteneqrodakı diplomatik nümayəndəliyinin müşaviri Anar Əcəmov iştirak edib.
Xəbər lenti
Hamısına baxMaraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44

