Sudan Respublikasının KİV-ləri AZƏRTAC ilə əməkdaşlığa can atır
19.12.2017 [10:07]
AZƏRTAC Sudan Respublikasının media qurumları ilə təcrübəsini bölüşməyə və əməkdaşlıq əlaqələri qurmağa hazırdır.
Bu fikir Sudanın bir sıra telekanallarının və qəzetlərinin, həmçinin turizm şirkətinin nümayəndələri ilə AZƏRTAC-da keçirilən görüşdə səslənib.
Sudanın Milli Televiziyası, “Əl-Şruq”, “Sudania24”, “Blue Nil” telekanalları, “Əl-Michər”, “İctimai rəy” qəzetləri jurnalistlərinin, “Abnos Co” turizm şirkəti təmsilçilərinin iştirak etdiyi görüşdə iki ölkənin daha da yaxınlaşması üçün mətbuatın sıx əlaqələr qurmasına ehtiyac olduğu vurğulanıb. Baş direktor Aslan Aslanov qeyd edib ki, Dünya Xəbər Agentlikləri Konqresi, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri təşkilatının sədri, həmçinin Avropa Xəbər Agentlikləri Alyansının üzvü kimi AZƏRTAC 100-dən çox agentliklə əlaqələr qurmağa müvəffəq olub. “Agentliyimiz, eyni zamanda, müxtəlif ölkələrin televiziya və qəzetləri ilə də əməkdaşlıq edir. Bu baxımdan AZƏRTAC Sudanın həm milli informasiya agentliyi, həm də televiziya və qəzetləri ilə əlaqələr yaratmağa, birgə layihələr həyata keçirməyə hazırdır. Bu, xalqlarımızın bir-birini daha yaxından tanımasına yol aça bilər”, - deyə baş direktor bildirib.
Qonaqlara Azərbaycanın dövlət müstəqilliyini bərpa etdikdən sonra keçdiyi inkişaf yolu barədə məlumat verilib. Qeyd olunub ki, müasir Azərbaycan dövlətinin banisi olan Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyası bu gün Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilir. Bakı hazırda dünyanı narahat edən bir çox qlobal problemlərin müzakirə olunduğu məkana çevrilib. Burada keçirilən mötəbər beynəlxalq forumlarda Nobel mükafatçıları, dövlət xadimləri, diplomatlar fəal iştirak edirlər. Ötən ilin noyabrında Dünya Xəbər Agentliklərinin Bakı Konqresində 80-dən çox ölkənin 200-dək təmsilçisi və media ekspertləri səmərəli müzakirələr aparıblar.
“Əl-Şruq” telekanalının əməkdaşı xanım İkram Məhəmməd Abdulla qeyd edib ki, Sudan hazırda dünyaya çıxış üçün mətbuatın imkanlarından geniş istifadə etməyə çalışır. “Bu istiqamətdə böyük təcrübəsi olan və dünyanın nüfuzlu media təşkilatlarına sədrlik edən AZƏRTAC ilə əlaqələrin qurulmasını çox istəyirik. Düşünürəm ki, təcrübə mübadiləsində də bizə çox kömək edə bilərsiniz”, - deyə o qeyd edib.
Görüşdə qonaqların Azərbaycandakı tolerantlıq mühiti, sağlamlıq turizmi ilə bağlı sualları cavablandırılıb. Onlar, həmçinin ölkənin turizm infrastrukturu barədə məlumatlandırılıb.
Müzakirələrdə müasir medianın inkişaf tendensiyaları, birgə layihələrin reallaşdırılması imkanları, qarşılıqlı səfərlərin təşkili məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Sudanlı jurnalistlər AZƏRTAC-ın fotoinformasiya baş redaksiyası və videoxəbər xidmətinin fəaliyyəti ilə də tanış olublar.
Xəbər lenti
Hamısına baxMaraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44

