“Əl-Əhram” qəzeti: Misir media nümayəndələrinin Bakıya səfəri səmərəli və yaddaqalan olub
19.12.2017 [10:08]
Misirin geniş oxucu auditoriyasına malik “Əl-Əhram” qəzeti ölkənin aparıcı media nümayəndələrinin bu yaxınlarda Azərbaycana səfərinin nəticələrinə dair məqalə dərc edib.
AZƏRTAC xəbər verir ki, “Əl-Əhram” qəzetinin aparıcı redaktoru Məhəmməd Həbib misirli jurnalistlərin ölkəmizə səfəri zamanı keçirdikləri görüşlərdən yazıb.
Nümayəndə heyətinin Bakıya səfərini səmərəli və yaddaqalan adlandıran müəllif qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovla görüşdə Misir nümayəndə heyətinin üzvləri Azərbaycanda gedən inkişaf prosesləri, ölkədə multikulturalizm və dini tolerantlıq mühitinin formalaşması və dərinləşməsi barədə məlumatlandırılıblar.
Görüşdə Əli Həsənov misirli qonaqlara dünyada İslam həmrəyliyinin gücləndirilməsi yolunda Azərbaycanın həyata keçirdiyi tədbirlərdən danışıb, müsəlman dünyasının üzləşdiyi problemlərin həlli üçün elmi biliklərin daha da artırılmasının önəmini vurğulayıb. Azərbaycanın da Misir kimi dünya sivilizasiyasının zənginləşməsinə töhfələr verdiyini qeyd edən Prezidentin köməkçisi bu uğurların təbliği üçün müsəlman ölkələrinin mətbuat nümayəndələri, o cümlədən Azərbaycan və Misir KİV-ləri arasında əməkdaşlığın vacibliyinə diqqəti cəlb edib.
Görüşdə Əli Həsənov misirli qonaqlara əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş, həmrəylik, tolerantlıq, multikulturalizm, mədəniyyətlərarası dialoqa əsaslanan siyasətin Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilməsindən danışıb, Azərbaycanın öz tolerantlıq modelini, mədəniyyətlər və sivilizasiyalararası dialoqu bütün dünyada fəal təbliğ və təşviq etməsindən söz açıb.
Əli Həsənovun Azərbaycanda mövcud olan tolerantlıq mühiti barədə fikirlərinə yer ayıran müəllif bildirir ki, burada təkcə müxtəlif məzhəblərin nümayəndələri deyil, həmçinin müxtəlif dinlərə mənsub insanların qarşılıqlı anlaşma və qardaşlıq şəraitində yaşaması bir çox ölkələr üçün nümunədir.
Jurnalist Məhəmməd Həbib misirli nümayəndələrlə Bakı Dövlət Universitetində (BDU) keçirilmiş görüşdən də bəhs edir. O yazır ki, BDU-nun rektoru, akademik Abel Məhərrəmov müsəlman alimlərin, o cümlədən misirli alimlərin dünya elminə verdikləri töhfələri diqqətə çatdırıb. Görüşdə dünyada nüfuz sahibi olan elm adamlarının yetişməsi üçün əlverişli elmi mühitin vacibliyi qeyd edilib.
Məqalədə Azərbaycana səfər etmiş misirli jurnalistlərin də qatıldığı “İslam həmrəyliyinin gücləndirilməsində medianın rolu” mövzusunda beynəlxalq konfransın əhəmiyyətindən söhbət açılır. Beynəlxalq Avrasiya Mətbuat Fondunun və İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilmiş konfransda səsləndirilmiş fikirlərin İslam aləmi üçün aktuallığını qeyd edən müəllif çıxışlardan sitatlar gətirir. Bildirilir ki, konfransda çıxış edən Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin məsul əməkdaşı Bəhruz Həsənov ölkəmizin İslam həmrəyliyinin, multikulturalizmin gücləndirilməsi istiqamətində mühüm işlər gördüyünü diqqətə çatdırıb, terror və belə mənfi halların qarşısının alınması üçün müsəlman aləminin birliyinin zəruriliyini qeyd edib. Çıxışlarda İslam həmrəyliyinin İslam ümməti üçün tarixi önəm daşıdığı, müsəlman ölkələri arasında həmrəyliyin gücləndirilməsinin hazırkı vəziyyətdə xüsusilə zəruri olduğu, bu istiqamətdə medianın da üzərinə mühüm vəzifələrin düşdüyü vurğulanıb.
“Əl-Əhram” qəzetinin aparıcı redaktoru nümayəndə heyətinin Misirin Azərbaycandakı səfiri xanım Suzan Cəmil Nuh və səfirliyin mədəniyyət attaşesi Əhməd Sami əl-Aydi ilə görüşündən də söhbət açır. Məlumat verir ki, səfir ölkələrimiz arasında əlaqələrin tarixindən danışıb. Misirlə Azərbaycan arasında təhsil və mədəniyyət əlaqələrindən bəhs edən Əhməd Sami əl-Aydi Azərbaycanın bir çox ali təhsil müəssisələrində, o cümlədən ADA Universitetində misirli tələbələr üçün təqaüdlər təqdim edildiyini, eləcə də Qahirə Universitetində kimya mühəndisliyi ixtisası üzrə təhsil alan tələbələrin AMEA-nın Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda təcrübə keçdiklərini diqqətə çatdırıb.
Xəbər lenti
Hamısına baxMaraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44

