/ / “Wall Street International” jurnalının oxucuları Azərbaycan həqiqətləri barədə məlumatlandırılıb
“Wall Street International” jurnalının oxucuları Azərbaycan həqiqətləri barədə məlumatlandırılıb
05.01.2018 [10:09]
Jurnalın italyan dilindəki buraxılışı Azərbaycan səfirinin müsahibəsini dərc edib
Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadənin “Wall Street International” jurnalının italyan dilindəki buraxılışında müsahibəsi dərc olunub. “Qara qızıl və insan kapitalı” adı ilə dərc olunmuş müsahibədə səfir jurnalist Romolo Martelloninin Azərbaycan-İtaliya münasibətləri və ölkəmizin inkişaf strategiyası, o cümlədən xarici siyasət istiqamətləri, enerji təhlükəsizliyinin təminində, nəqliyyat dəhlizlərinin, mədəniyyətlərarası dialoqun inkişafında rolu, regional təhlükəsizlik, Ermənistan-Azərbaycan münaqişəsi, Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı kimi mövzularda suallarını cavablandırıb.
2017-ci ildə Azərbaycan ilə İtaliya arasında diplomatik münasibətlərin 25 illiyinin qeyd olunduğunu, ötən illər ərzində iki ölkə arasında müxtəlif sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdiyini, strateji tərəfdaşlığa nail olunduğunu vurğulayan M.Əhmədzadə 25 illik çərçivəsində keçən il təşkil edilmiş tədbirlərin əhəmiyyəti barədə danışıb.
Ölkəmizin enerji strategiyası barədə məlumat verən səfir ötən illər ərzində Azərbaycanın neft və qaz yataqlarının istismarı, neft və qazın müxtəlif istiqamətlər üzrə dünya bazarına daşınması üzrə qurulmuş çoxşaxəli infrastruktur, Azərbaycanın istər enerji təchizatçısı, istərsə də enerji nəqliyyatı dəhlizinin yaradılmasına töhfə verən ölkə kimi qlobal enerji təhlükəsizliyindəki rolundan, “Cənub Qaz Dəhlizi” layihəsinin əhəmiyyətindən bəhs edib.
Azərbaycanın xarici siyasət prioritetlərindən birinin Avropa İttifaqı (Aİ) ilə əməkdaşlıq olduğunu bildirən diplomat ölkəmizin Aİ-nin üzvü olan bir çox dövlətlərlə strateji tərəfdaşlıq haqqında birgə bəyanatlar qəbul etdiyini və ya imzaladığını, bu gün Azərbaycanın xarici iqtisadi əlaqələrində Aİ-nin önəmli paya malik olduğunu, hazırda müzakirə olunan strateji tərəfdaşlıq haqqında yeni sazişin əməkdaşlıqda yeni üfüqlər açacağını deyib. O, Aİ-nin Şərq Tərəfdaşlığının sonuncu Sammitindən və bu Sammit çərçivəsində qəbul olunmuş Bəyannamədə ölkələrin ərazi bütövlüyünə və suverenliyinə dəstəyin əhəmiyyətindən danışıb.
Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün nəticələri barədə danışan diplomat Ermənistanın uzun illərdir ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə əməl etmədiyini, mövcud status-kvonun saxlanılmasına çalışdığını, Azərbaycanın isə bu vəziyyətlə heç vaxt barışmayacağını və öz ərazi bütövlüyünü bərpa etmək üçün bütün vasitələrdən istifadə edəcəyini deyib. Ermənistanı sülhə məcbur etmək üçün beynəlxalq ictimaiyyətin bu ölkəyə təzyiqinin də önəmli olduğunu vurğulayan diplomat münaqişənin həlli ilə bağlı 2018-ci ildə İtaliyanın ATƏT-ə sədrliyindən gözləntilərimizi də diqqətə çatdırıb.
M.Əhmədzadə, həmçinin Azərbaycanda davamlı inkişafın təmin edilməsi üçün atılan addımlar, iqtisadiyyatın diversifikasiyası, qeyri-neft sektorunun inkişafı, ölkəmizin transmilli nəqliyyat dəhlizlərinin qurulmasında rolu, “qara qızıl”ın insan kapitalına çevrilməsi istiqamətində atılan addımlar, ölkəmizin “Ekspo 2025”ə ev sahibliyi üçün namizədliyini irəli sürməsi, Azərbaycanın multikulturalizm ənənələri, İslam həmrəyliyinə və mədəniyyətlərarası dialoqa verdiyi töhfələr barədə də danışıb.
Xəbər lenti
Hamısına baxDünya
22 Sentyabr 14:25
Gündəm
22 Sentyabr 13:59
Dünya
22 Sentyabr 13:46
Dünya
22 Sentyabr 13:19
Xəbər lenti
22 Sentyabr 12:53
Gündəm
22 Sentyabr 12:47
Sosial
22 Sentyabr 12:40
Elm
22 Sentyabr 12:31
Dünya
22 Sentyabr 12:29
Gündəm
22 Sentyabr 12:28
Dünya
22 Sentyabr 12:27
Dünya
22 Sentyabr 12:26
Sosial
22 Sentyabr 12:24
Dünya
22 Sentyabr 12:23
İdman
22 Sentyabr 12:21
İqtisadiyyat
22 Sentyabr 12:17
İdman
22 Sentyabr 11:56
Mədəniyyət
22 Sentyabr 11:53
Elm
22 Sentyabr 11:51
Sosial
22 Sentyabr 11:49
Hadisə
22 Sentyabr 11:42
Daxili siyasət
22 Sentyabr 11:26
Sosial
22 Sentyabr 11:23
Sosial
22 Sentyabr 11:22
İqtisadiyyat
22 Sentyabr 11:22
İdman
22 Sentyabr 11:20
Sosial
22 Sentyabr 11:17
Analitik
22 Sentyabr 10:59
YAP xəbərləri
22 Sentyabr 10:56
YAP xəbərləri
22 Sentyabr 10:51
Elm
22 Sentyabr 10:35
Dünya
22 Sentyabr 10:32
YAP xəbərləri
22 Sentyabr 10:31
İqtisadiyyat
22 Sentyabr 10:23
Dünya
22 Sentyabr 10:15
Dünya
22 Sentyabr 10:13
Sosial
22 Sentyabr 10:11
Xəbər lenti
22 Sentyabr 09:46
İqtisadiyyat
22 Sentyabr 09:40
Siyasət
22 Sentyabr 09:16
Gündəm
22 Sentyabr 08:54
Gündəm
22 Sentyabr 08:30
Hadisə
22 Sentyabr 07:52
Sosial
22 Sentyabr 07:23
Dünya
21 Sentyabr 23:34
İqtisadiyyat
21 Sentyabr 23:19
Sosial
21 Sentyabr 22:56
Dünya
21 Sentyabr 22:20
Dünya
21 Sentyabr 21:43
Dünya
21 Sentyabr 21:15
Dünya
21 Sentyabr 20:58
Dünya
21 Sentyabr 20:26
Dünya
21 Sentyabr 19:41
Sosial
21 Sentyabr 19:34
Dünya
21 Sentyabr 19:14
YAP xəbərləri
21 Sentyabr 19:00
İqtisadiyyat
21 Sentyabr 18:41
Sosial
21 Sentyabr 18:15
YAP xəbərləri
21 Sentyabr 18:10
Sosial
21 Sentyabr 18:10
YAP xəbərləri
21 Sentyabr 18:06
Sosial
21 Sentyabr 18:05
YAP xəbərləri
21 Sentyabr 17:53
Dünya
21 Sentyabr 17:47
İdman
21 Sentyabr 17:31
Dünya
21 Sentyabr 17:25
İdman
21 Sentyabr 16:46
YAP xəbərləri
21 Sentyabr 16:41
Elm
21 Sentyabr 16:19
Elm
21 Sentyabr 15:48

