Milli Məclisdə MDB PA Şurasının fərqlənmə nişanları təqdim edilib
06.01.2018 [10:48]
Yanvarın 5-də Milli Məclisdə MDB Parlamentlərarası Assambleya Şurasının fərqlənmə nişanlarının təqdimetmə mərasimi keçirilib.
Parlamentin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, tədbiri giriş sözü ilə açan Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev bildirib ki, Azərbaycanda sosial-iqtisadi uğurların sayı ilbəil artır. Ölkəmizin nüfuzlu beynəlxalq təşkilatlarda, eləcə də MDB-də özünəməxsus rolu var. Aparat rəhbəri onu da vurğulayıb ki, Azərbaycanda rus dili və mədəniyyəti bir sərvət kimi daim qorunur. Səfa Mirzəyev müasir dövrdə mətbuat və informasiyanın ictimai həyatımızdakı mühüm rolundan söz açıb. O, bu gün mədəniyyət, informasiya və idman sahələrində fəallığı ilə seçilən, qurumla qarşılıqlı münasibətlərin inkişafına layiqli töhfə verən insanların MDB Parlamentlərarası Assambleyası Şurasının fərqlənmə nişanları ilə təltif edilməsindən məmnunluğunu ifadə edib.
Sonra Səfa Mirzəyev nominant kimi fərqlənən 160 nömrəli Bakı Klassik Gimnaziyasının direktoru Faina Ələkbərovaya, həmin məktəbin müəllimi İradə Səfərovaya, Azərbaycan Dövlət Rus Dram Teatrının aktrisaları Aleksandra Nikuşinaya, Valentina Reznikovaya “Mədəniyyətin inkişafında xidmətlərə görə”, Bədən Tərbiyəsi və İdman Akademiyasının əməkdaşları Firat Hüseynova, Bəxtiyar Rüstəmova, Basketbol üzrə əməkdar məşqçi Elxan Əliyevə, “Dinamo” İdman Cəmiyyətinin rəhbəri Rafiq Hacıyevə “İdmanın inkişafında xidmətlərə görə”, “İnterfaks-Azərbaycan” agentliyinin baş redaktoru Anar Əzizova, “Kaspiy” qəzetinin baş redaktoru İlqar Hüseynova isə “Mətbuat və informasiyanın inkişafında xidmətlərə görə” fərqlənmə nişanlarını təqdim edib.
Deputat Elmira Axundova təltif olunanları təbrik edərək deyib ki, bu fərqlənmə nişanları ikinci dəfədir fəaliyyətinə görə fərqlənən insanlara təqdim edilir. Milli Məclisin deputatı Azərbaycanın informasiya, idman və mədəniyyət sahələrini təmsil edən fəal insanların sayının bundan sonra daha da artacağına ümid etdiyini vurğulayıb.
Təltif olunanlar zəhmətlərinə verilən yüksək qiymətə görə minnətdarlıqlarını bildiriblər.
Xəbər lenti
Hamısına baxDünya
04 Avqust 22:15
Dünya
04 Avqust 21:54
Dünya
04 Avqust 21:23
Dünya
04 Avqust 20:57
Dünya
04 Avqust 20:26
Dünya
04 Avqust 19:50
Dünya
04 Avqust 19:35
Dünya
04 Avqust 18:42
Dünya
04 Avqust 18:25
Dünya
04 Avqust 17:57
İdman
04 Avqust 17:40
Dünya
04 Avqust 17:35
Dünya
04 Avqust 17:10
Elm
04 Avqust 17:10
Dünya
04 Avqust 16:55
Dünya
04 Avqust 16:22
İqtisadiyyat
04 Avqust 16:10
Dünya
04 Avqust 15:45
İqtisadiyyat
04 Avqust 15:33
Elm
04 Avqust 15:28
Mədəniyyət
04 Avqust 15:28
İdman
04 Avqust 15:25
Dünya
04 Avqust 15:21
Dünya
04 Avqust 15:20
Dünya
04 Avqust 14:55
İqtisadiyyat
04 Avqust 14:37
Sosial
04 Avqust 14:32
Elm
04 Avqust 14:30
Dünya
04 Avqust 14:28
Dünya
04 Avqust 14:20
İdman
04 Avqust 14:19
Sosial
04 Avqust 14:05
Dünya
04 Avqust 13:50
İqtisadiyyat
04 Avqust 13:50
Sosial
04 Avqust 13:40
Siyasət
04 Avqust 13:30
Dünya
04 Avqust 13:30
Elm
04 Avqust 13:20
İqtisadiyyat
04 Avqust 13:15
Elm
04 Avqust 13:10
Siyasət
04 Avqust 12:59
Siyasət
04 Avqust 12:55
Siyasət
04 Avqust 12:54
Siyasət
04 Avqust 12:53
Dünya
04 Avqust 12:50
Mədəniyyət
04 Avqust 12:50
İqtisadiyyat
04 Avqust 12:25
Gündəm
04 Avqust 12:24
Dünya
04 Avqust 12:20
Sosial
04 Avqust 12:05
İqtisadiyyat
04 Avqust 11:50
Gündəm
04 Avqust 11:35
Gündəm
04 Avqust 11:12
YAP xəbərləri
04 Avqust 11:07
Gündəm
04 Avqust 10:54
Gündəm
04 Avqust 10:38
İqtisadiyyat
04 Avqust 10:16
Analitik
04 Avqust 09:55
İqtisadiyyat
04 Avqust 09:35
Elm
04 Avqust 09:13
Dünya
03 Avqust 23:17
Siyasət
03 Avqust 22:38
Dünya
03 Avqust 22:34
Dünya
03 Avqust 22:20
Sosial
03 Avqust 21:14
Dünya
03 Avqust 20:33
Dünya
03 Avqust 19:17
YAP xəbərləri
03 Avqust 18:40
Yeni texnologiyalar
03 Avqust 18:20
Dünya
03 Avqust 17:35

