Bakıda Milad bayramı münasibətilə qəbul təşkil edilib
10.01.2018 [10:19]
Yanvarın 9-da Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası Milad bayramı münasibətilə qəbul təşkil edib.
AZƏRTAC xəbər verir ki, qəbulda çıxış edən Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr Milad bayramı münasibətilə təbriklərini çatdırıb. O, belə tədbirlərin artıq ənənəyə çevrildiyini, Azərbaycanda bu bayramın yüksək səviyyədə qeyd edildiyini deyib.
Aleksandr bildirib ki, 2017-ci il həm bütün dünya, həm də Azərbaycan üçün bir çox hadisələrlə yadda qalıb. Ötən il Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunmuşdu. Bununla əlaqədar həm ölkə daxilində, həm də xaricdə bir çox tədbirlər, görüşlər keçirildi. Sivilizasiyalararası, mədəniyyətlərarası, dinlərarası dialoq axtarışında olan insanlar bildilər ki, Azərbaycan bununla əlaqədar bəşəriyyət qarşısında duran sualların cavabını tapa bilib.
Arxiyepiskop qeyd edib ki, bu gün insanlar qarşısında bəşəriyyətə mənfi təsir göstərə bilən problemlər də mövcuddur. Belə problemlərdən biri terrorizmdir. Bundan başqa, dini öz siyasi məqsədləri üçün istifadə etməyə çalışan qüvvələr var. Din xadimləri olaraq biz dindən siyasi məqsədlər üçün istifadənin qarşısını almalıyıq.
Milad bayramının sevinc, barışıq bayramı olduğunu vurğulayan arxiyepiskop hər il olduğu kimi, bu il də Prezident İlham Əliyevin ölkəmizdə yaşayan xristianları təbrik etdiyini deyib. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın bundan sonra da sabitlik, tərəqqi, firavanlıq şəraitində inkişaf edəcəyinə əminliyini ifadə edib.
Qəbulda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Prezident İlham Əliyevin Milad bayramı münasibətilə Azərbaycanın pravoslav xristian icmasına təbrik məktubunu oxuyub.
Təbrik məktubunda Azərbaycanda tarixən sivilizasiyalararası və mədəniyyətlərarası dialoq mühitinin mövcudluğunun, etnik-mədəni müxtəlifliyin günümüzədək qorunub saxlanılmasının çoxmillətli və çoxkonfessiyalı cəmiyyətimizdə ümummilli mənəvi-ictimai dəyərlərin, zəngin multikulturalizm və dözümlülük ənənələrinin formalaşmasında, vətəndaş həmrəyliyinin bərqərar edilməsində müstəsna rol oynadığı bildirilib. “Biz bu tarixi nailiyyəti milli dövlətçiliyimizin mühüm uğuru kimi qiymətləndirir, dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, bütün ölkə vətəndaşlarının hüquq və azadlıqlarının, eyni zamanda, vicdan və dini etiqad azadlığının təminatını dövlət siyasətinin prioritet istiqamətlərindən biri hesab edirik”, - deyə dövlətimizin başçısı qeyd edib. Prezident İlham Əliyev vurğulayıb ki, ölkəmizin bütün milli azlıqları kimi, pravoslav xristian icması da millətlərarası və dinlərarası münasibətlərə öz layiqli töhfələrini verməklə, Azərbaycanda gedən böyük inkişaf prosesində və vətəndaş cəmiyyəti quruculuğunda yaxından iştirak edir. Dövlətimizin başçısı Milad bayramının yeniliyin, əmin-amanlığın, insanlar arasında mərhəmət və şəfqət duyğularının rəmzi kimi hər il Azərbaycanda təntənə ilə qeyd edildiyini bildirib.
Sonra Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə çıxış edərək Milad bayramı münasibətilə təbriklərini çatdırıb. O bildirib ki, Azərbaycanda müsəlmanlar, pravoslavlar, katoliklər, yəhudilər və digər din mənsubları dostluq, qardaşlıq şəraitində yaşayırlar.
Multikulturalizmin və tolerantlığın xalqımızın həyat tərzinə çevrildiyini söyləyən Allahşükür Paşazadə Azərbaycanın dini həmrəylik mühitinin və sivilizasiyalararası dialoqun təşəkkülündə, İslam mədəniyyətinin dünyada yayılmasında mühüm rol oynadığını qeyd edib. O, 2017-ci ilin Azərbaycanda Prezident İlham Əliyev tərəfindən “İslam Həmrəyliyi İli” elan edilməsinin əhəmiyyətini vurğulayıb. Şeyxülislam “İslam Həmrəyliyi İli” çərçivəsində dünyanın müxtəlif ölkələrində keçirilən beynəlxalq konfranslar barədə danışıb. O, həmin tədbirlərdə dövlətimizin başçısının irəli sürdüyü ideyaların həm müsəlmanlar, həm də qeyri-müsəlmanlar tərəfindən böyük ehtiram və dəstəklə qarşılandığını diqqətə çatdırıb.
Allahşükür Paşazadə multikulturalizm və dini həmrəyliyin bünövrəsinin Ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu, onun siyasətini Prezident İlham Əliyevin uğurla davam etdirdiyini söyləyib. O, həmçinin bu yaxınlarda Moskvanın və bütün Rusiyanın patriarxı Kirillin Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanı Rus Pravoslav Kilsəsinə göstərdiyi köməyə və Həştərxan şəhərinin abadlaşdırılmasına qayğısına görə II dərəcəli Müqəddəs Mələksima Knyaginya Olqa ordeni ilə təltif etdiyini xatırladıb.
Qəbulda rəsmi şəxslər, deputatlar, dini konfessiyaların rəhbərləri, diplomatlar, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Xəbər lenti
Hamısına baxDünya
03 Avqust 23:17
Siyasət
03 Avqust 22:38
Dünya
03 Avqust 22:34
Dünya
03 Avqust 22:20
Sosial
03 Avqust 21:14
Dünya
03 Avqust 20:33
Dünya
03 Avqust 19:17
YAP xəbərləri
03 Avqust 18:40
Yeni texnologiyalar
03 Avqust 18:20
Dünya
03 Avqust 17:35
Dünya
03 Avqust 16:18
Dünya
03 Avqust 15:40
Dünya
03 Avqust 14:22
Dünya
03 Avqust 13:38
YAP xəbərləri
03 Avqust 12:30
YAP xəbərləri
03 Avqust 12:28
Dünya
03 Avqust 12:24
Gündəm
03 Avqust 12:04
Dünya
03 Avqust 11:19
Dünya
03 Avqust 10:55
Dünya
03 Avqust 10:33
Dünya
03 Avqust 09:52
Dünya
03 Avqust 09:17
Dünya
03 Avqust 08:25
Mədəniyyət
03 Avqust 07:30
Diaspor
03 Avqust 07:04
Dünya
02 Avqust 23:37
Hadisə
02 Avqust 22:20
İdman
02 Avqust 21:32
Sosial
02 Avqust 20:19
Hadisə
02 Avqust 19:17
Dünya
02 Avqust 18:22
Dünya
02 Avqust 17:35
Hadisə
02 Avqust 16:19
Hadisə
02 Avqust 15:53
Dünya
02 Avqust 14:28
Dünya
02 Avqust 13:40
Ədəbiyyat
02 Avqust 12:36
Dünya
02 Avqust 12:16
Ədəbiyyat
02 Avqust 11:59
Siyasət
02 Avqust 11:46
Siyasət
02 Avqust 11:42
Dünya
02 Avqust 11:34
Dünya
02 Avqust 10:12
Dünya
02 Avqust 09:18
Dünya
02 Avqust 08:59
Dünya
01 Avqust 23:18
Dünya
01 Avqust 22:45
Xəbər lenti
01 Avqust 22:12
Ədəbiyyat
01 Avqust 21:31
Siyasət
01 Avqust 20:15
Maraqlı
01 Avqust 19:17
Dünya
01 Avqust 18:21
Dünya
01 Avqust 17:35
Dünya
01 Avqust 16:40
Dünya
01 Avqust 16:18
Hadisə
01 Avqust 15:59
Dünya
01 Avqust 15:23
İdman
01 Avqust 14:40
Ədəbiyyat
01 Avqust 14:32
Gündəm
01 Avqust 14:32
Dünya
01 Avqust 14:31
Siyasət
01 Avqust 14:12
Dünya
01 Avqust 13:19
Dünya
01 Avqust 12:50
Gündəm
01 Avqust 12:25
Sosial
01 Avqust 11:43
Sosial
01 Avqust 11:17
Siyasət
01 Avqust 10:59
Analitik
01 Avqust 10:21

