/ / Vüqar Rəhimzadə: Prezident İlham Əliyevin bu qərarı Azərbaycanın çoxəsrlik dövlətçilik tarixinin təbliğində misilsiz rol oynayacaq
Vüqar Rəhimzadə: Prezident İlham Əliyevin bu qərarı Azərbaycanın çoxəsrlik dövlətçilik tarixinin təbliğində misilsiz rol oynayacaq
11.01.2018 [10:06]
“Bu gün Azərbaycan dünya miqyasında nüfuzlu dövlət kimi tanınır. Bu müsbət imicin formalaşmasının kökündə uzun illərdir həyata keçirilən uğurlu daxili və xarici siyasət dayanır. Bütün bunlarla yanaşı, ölkəmizin çoxəsrlik dövlətçilik təcrübəsi var. Təbii ki, bu təcrübənin əsası Azərbaycan Xalq Cümhuriyyəti (AXC) ilə bağlıdır. Məhz 1918-ci ildə Şərqdə ilk demokratik respublika-Azərbaycan Xalq Cümhuriyyəti qurulub. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması 1918-ci il mayın 28-də Tbilisi şəhərində bəyan edilib. Təəssüf ki, Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci il aprelin 27-də Sovet Rusiyasının hərbi təcavüzü nəticəsində süqut etdi. Lakin çox qısa bir tarixi dövr-cəmi 23 ay ömür sürməsinə baxmayaraq, AXC ölkəmizin dövlətçilik tarixində mühüm mərhələ hesab edilir”.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib.
Vüqar Rəhimzadə deyib: “Bu il Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100 illiyi tamam olur. Bu böyük tarixi hadisəni daha da möhtəşəm edən qərar Prezident İlham Əliyev tərəfindən verildi. Belə ki, dövlətimizin başçısı Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında 2018-ci ili ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etdi. Prezident İlham Əliyev xüsusi vurğuladı ki, 2018-ci ildə bununla əlaqədar olaraq ölkəmizdə, eyni zamanda, xaricdə bir çox tədbirlər keçiriləcək. Hesab edirəm ki, möhtərəm Prezidentimizin bu qərarı Azərbaycanın çoxəsrlik dövlətçilik tarixinin təbliğində misilsiz rol oynayacaq”.
YAP Siyasi Şurasının üzvü vurğulayıb ki, hələ Ümummilli lider Heydər Əliyevin hakimiyyəti dövründə Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinin uca tutulması və dünyaya təbliği istiqamətində mühüm işlər görülüb: “Məhz Ulu öndər Heydər Əliyevin və dövlətimizin başçısı İlham Əliyevin diqqət və qayğısı nəticəsində Azərbaycan Xalq Cümhuriyyəti, onun qurucularının şəxsiyyəti daim uca tutulub, xatirələri yad edilib. Ötən illər ərzində orta məktəblərdə, ali məktəb auditoriyalarında, dövlət səviyyəli tədbirlərdə və s. platformalarda Azərbaycan Xalq Cümhuriyyətinin əhəmiyyəti xüsusi olaraq vurğulanıb, AXC-nin qurucuları böyük ehtiramla yad edilib. Hesab edirəm ki, Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın milli sərvətidir”.
Vüqar Rəhimzadə əlavə edib ki, ötən ilin may ayında dövlətimizin başçısı İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə bağlı imzaladığı Sərəncamı da xüsusi olaraq vurğulamaq lazımdır. “Sərəncamda qeyd edilir ki, qədim və zəngin dövlətçilik ənənələrinə malik Azərbaycan xalqı keçmişinin müəyyən dövrlərində tarixin hökmü ilə böyük imperiyalar tərkibinə qatılmaq məcburiyyətində qalıb. Azərbaycan Xalq Cümhuriyyəti məhz dünyanın siyasi nizamının yenidən qurulduğu bir vaxtda, XIX əsrin axırları və XX əsrin əvvəllərində Azərbaycanın yaşadığı parlaq mədəni yüksəliş mərhələsinin məntiqi yekunu kimi meydana çıxıb. Dünya birliyi tərəfindən tanınmış Xalq Cümhuriyyətinin fəaliyyəti sayəsində Azərbaycanın beynəlxalq hüququn subyekti olması 1920-ci ilin aprel ayındakı bolşevik işğalından sonra Azərbaycanın bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinməsinin qarşısını aldı.
Hesab edirəm ki, möhtərəm Prezidentimiz tərəfindən bu Sərəncamın imzalanması və 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi dövlətçilik tariximizdə mühüm mərhələ olan ilk demokratik respublikanın əhəmiyyətini bir daha ortaya qoyur”, - deyə Vüqar Rəhimzadə vurğulayıb.
Xəbər lenti
Hamısına baxDünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37

