Gennadi Züqanov: Bakı Cənubi Qafqaz regionunun mədəni mərkəzinə çevrilib
08.02.2018 [10:04]
Çox rəmzi haldır ki, bu gözəl sərginin açılışı böyük Stalinqrad döyüşünün 75-ci ildönümünü qeyd etdiyimiz vaxta təsadüf edir. Azərbaycan və Bakı o dövrdə tarixi rol oynayıb. Bunu bütün ölkə, biz hamımız xatırlayırıq və buna görə minnətdarıq.
AZƏRTAC xəbər verir ki, Rusiya Federasiyası (RF) Kommunist Partiyasının lideri Gennadi Züqanov bu sözləri Azərbaycan ilə Rusiya arasında diplomatik münasibətlər yaradılmasının 25 illiyi münasibətilə Rusiya Dövlət Dumasında sərginin açılışı mərasimində söyləyib.
Azərbaycan ilə Rusiyanın həmişə çox sıx, səmimi və mehriban münasibətləri olduğunu vurğulayan RF KP lideri deyib: “Bu münasibətlər mənim üçün ikiqat əzizdir. Mənim atam Odessa uğrunda döyüşlərdə iştirak edib, Sevastopolu müdafiə edərkən ağır yaralanıb. Bakıda hospitalda müalicə olunub, oradakı həkimlər və şəfqət bacıları beş cərrahi əməliyyatdan sonra onu həyata qaytarıblar. Mən uşaq olarkən atam Azərbaycanda gördüyü xoş münasibət, insanların xoş xasiyyəti barədə danışır, deyirdi ki, bu respublikanın sakinləri rus dilini çox yaxşı bilirlər. Mənə Heydər Əliyevlə yaxından tanış olmaq xoşbəxtliyi nəsib olub. Heydər Əliyev bu gün Onun oğlu, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ləyaqətlə davam etdirdiyi müasir siyasətin memarı olub”.
G.Züqanov xüsusi qeyd edib ki, Azərbaycanda rusdilli əhalinin ölkəni tərk etməməsi üçün lazım olan bütün işlər görülüb. O deyib: “Azərbaycanda vətəndaş müharibəsi təhlükəsi yarananda Heydər Əliyev şəxsən Özü rus icmasına gəlib, orada insanlarla görüşüb və açıq bəyan edib ki, onların təhlükəsizliyinin qarantı olacaq. Həqiqətən O, sülhün bərqərar olması üçün nə mümkündürsə edib. Azərbaycanın bütün məktəblərində rus dili yaxşı səviyyədə tədris edilir. Mən Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın bitirdiyi məktəbdə oldum. Orada şagirdlər A.S.Puşkinin əsərlərinin motivləri əsasında hazırlanmış tamaşanı çox böyük ustalıqla təqdim etdilər. Gəlin bu münasibətlərin daha da möhkəmlənməsi üçün əlimizdən gələni edək, xüsusən ona görə ki, ali səviyyədə qarşılıqlı anlaşma və dəstək var”.
RF KP fraksiyasının rəhbəri vurğulayıb ki, Bakı Cənubi Qafqaz regionunun mədəni mərkəzinə çevrilib. O, sonda deyib: “Dünyada ən yaxşı dənizkənarı bulvar Bakıdadır. Orada dəniz, yaşıllıqlar, gözəl istirahət zonaları və insana xidmət edilməsi ilə bağlı hər cür şərait var. Bakı bütün regionun mədəni mərkəzinə çevrilib. Orada Asiya partiyalarının liderinin görüşü keçiriləndə tədbir iştirakçıları heyranlıqla gördülər ki, bütün əhalinin inamlı və davamlı inkişafı üçün mövcud sərvətlər ağlabatan şəkildə idarə edilsə, çox şeyə nail olmaq mümkündür”.
Xəbər lenti
Hamısına baxMaraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44

