Azərbaycan “Ekspo 2025” sərgisinə ev sahibliyi üçün ideal məkandır
09.02.2018 [10:12]
İtaliya mətbuatı Bakının “Ekspo 2025”ə ev sahibliyi üçün namizədliyindən yazır
İtaliyanın “Notizie Geopolitiche” analitik portalında tədqiqatçı Corciya Piların müəllifi olduğu “Azərbaycan. Bakının “Ekspo 2025” sərgisi üçün namizədliyi” adlı məqalə dərc olunub.
AZƏRTAC xəbər verir ki, məqalədə ötən il noyabrın 14-də Parisdə, Royal Pavilyonda Bakının Beynəlxalq Sərgilər Bürosunun 2025-ci ildə keçiriləcək Ümumdünya Sərgisinə namizəd şəhər olması münasibətilə qəbulun təşkil olunduğu və tədbirdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın Bakının “Ekspo” sərgisinə namizədliyinin əhəmiyyəti haqqında danışdığı bildirilir. Qeyd olunur ki, “Ekspo 2025”i bütün mədəniyyətlərə bərabərlik və hörmət prinsipinə əsaslanan müxtəliflik sərgiləyən, qlobal müzakirələr və əməkdaşlıq üçün bütün beynəlxalq ictimaiyyəti nadir bir məkanda bir araya gətirən platforma adlandıran Mehriban Əliyeva Azərbaycanı bu universal platformaya ev sahibliyi etmək üçün ən ideal məkan kimi səciyyələndirib, ölkəmizin beynəlxalq səviyyədə mədəniyyətlərarası və dinlərarası mərkəz kimi tanındığını, bilik və bacarıqların mübadiləsi üçün əhəmiyyətli məkan olan “Ekspo 2025”in özü kimi Şərq ilə Qərb, Şimal ilə Cənub arasında ticari, siyasi və mədəni körpü rolunu oynadığını vurğulayıb.
Məqalədə yanvarın 23-də Dünya İqtisadi Forumu vaxtı Davos şəhərindəki “InterContinental” otelində “Ekspo 2025” Ümumdünya Sərgisinə Bakının namizədliyi ilə bağlı keçirilmiş təqdimat mərasiminə və Beynəlxalq Sərgilər Bürosunda Azərbaycan nümayəndə heyətinin rəhbəri, səfir Elçin Əmirbəyovun mərasimdə çıxışına da toxunulur.
Bakının “Ekspo 2025” ilə bağlı təklif etdiyi layihədə təhsil sahəsindən başqa, BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri ilə üst-üstə düşən səhiyyə və məşğulluq sahələrində də məqsədlərin öz əksini tapdığı qeyd olunaraq, bu məqsədlərin üç mövzuda: “İstedad, Sağlamlıq və Nailiyyət” kimi cəmləşdirildiyi vurğulanır.
Məqalədə “Ekspo 2025” üçün ayrılması nəzərdə tutulan sahə haqqında da məlumat verilərək, sərgi ilə bağlı ölkəmizin müvafiq qurumları tərəfindən Bakı şəhərində möhtəşəm bir parkın salınmasının nəzərdə tutulduğu bildirilir.
Yazıda Avropa və Asiya qitələrinin kəsişməsində yerləşən Azərbaycanın coğrafi və geosiyasi üstünlüyünə görə qədim zamanlardan həm beynəlxalq iqtisadi, həm də mədəni münasibətlərdə strateji rol oynadığı bildirilir. Ölkəmizdə müxtəlif etnik və dini qrupların dinc birgə yaşama mədəniyyətinin mövcudluğunun Bakı şəhərini beynəlxalq tədbirlərə ev sahibliyi üçün ideal məkana çevirdiyi vurğulanır və Bakıda “Eurovision 2012”, birinci Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, 2016-cı ildən başlayaraq Formula-1 yarışlarının keçirildiyi diqqətə çatdırılır. Bundan əlavə, öz zəngin tarixi irsi, möhtəşəm memarlıq üslubuna görə Bakı şəhərinin dünyanın ən gözəl şəhərlərindən biri kimi şöhrət qazandığı qeyd olunur.
Sonda müəllif Azərbaycanın təbii gözəlliyə, qonaqpərvərliyə, multikultural və tolerant dəyərlərə malik olan, həmçinin beynəlxalq tədbirlər üçün daha çox seçilən ölkə olduğuna görə “Ekspo 2025” sərgisinə ev sahibliyi üçün ideal məkan olduğunu vurğulayır.
Xəbər lenti
Hamısına baxDünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36

