/ / Azərbaycan XİN Ermənistan prezidentinin qondarma Dağlıq Qarabağ rejiminə ünvanladığı təbrikə münasibət bildirib
Azərbaycan XİN Ermənistan prezidentinin qondarma Dağlıq Qarabağ rejiminə ünvanladığı təbrikə münasibət bildirib
21.02.2018 [10:19]
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistan prezidentinin Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimə ünvanladığı təbrikə münasibət bildirib.
AZƏRTAC xəbər verir ki, Hikmət Hacıyev Ermənistan prezidentinin sözügedən təbrikdə erməni terror təşkilatı ASALA üzvü və onlarla günahsız insanın terror yolu ilə qətlində iştirak etmiş beynəlxalq terrorçu Monte Melkonyandan fəxarətlə iqtibas gətirməsinin Ermənistan hakimiyyətinin və 80-ci illərin sonlarında Azərbaycanın Dağlıq Qarabağ regionunda başlamış aqressiv separatçı hərəkatın əsl mahiyyətini sübut etdiyini deyib. H.Hacıyev qeyd edib ki, terrorçu Monte Melkonyanla birlikdə səhra komandiri kimi fəaliyyətə başlayan və bu təfəkkürdən hələ də ayrılmayan Ermənistan rəhbərliyi Azərbaycana qarşı terror, hərbi işğal, qanlı etnik təmizləmə, müharibə cinayətləri və insanlıq əleyhinə cinayət əməllərinin nəticələrini nailiyyət kimi təqdim edir.
Mətbuat xidmətinin rəhbəri deyib: “Özü-özünü və erməni xalqını aldatmaq əvəzinə, Ermənistanın hərbi diktatura rejimi Azərbaycanın Dağlıq Qarabağ regionunda başlayan aqressiv erməni separatizmi və Azərbaycan ərazilərinin hərbi işğalının Ermənistanın bugünkü strateji uğursuzluğunu şərtləndirdiyini etiraf etməlidir. Belə ki, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən müvəqqəti və taktiki işğalı Ermənistanın geosiyasi və geoiqtisadi təcridini və strateji məğlubiyyətini şərtləndirərək, onu regional layihələrdən kənarda qoyub və bu ölkənin siyasi, hərbi, iqtisadi, sosial və demoqrafik resurslarını tükətməkdədir. Həmçinin suveren dövlət kimi, Ermənistan öz mövcudluğunu ciddi sual altına qoyub. Ermənistan istisna olmaqla, bütün beynəlxalq ictimaiyyət Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyini tanıyır və dəstəkləyir. Bu mövqe BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası, Avropa İttifaqı, NATO, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatların bəyanatları, qətnamə və qərarları, habelə ikitərəfli əsasda digər dövlətlərin bəyanatlarında və ikili sənədlərində təsbit olunub. Ermənistanın Azərbaycan ərazilərinin hərbi işğalını siyasi müstəviyə daşımaq və hətta işğala öz müqəddəratını təyinetmə donu geyindirərək legitimləşdirmək cəhdləri iflasa uğrayıb. Beynəlxalq ictimaiyyət Ermənistanın gücdən istifadə edərək Azərbaycan ərazilərini hərbi yolla işğal etməsinin nəticələrini tanımayıb və heç zaman da tanımayacaq. ATƏT-in Minsk qrupunun həmsədrləri və bütün beynəlxalq ictimaiyyət işğala əsaslanan mövcud status-kvonu qəbuledilməz və qeyri-davamlı hesab edir və onun dəyişdirilməsini tələb edir. Status-kvonun dəyişdirilməsi, ilk növbədə, işğal faktının aradan qaldırılmasını nəzərdə tutur. Münaqişənin mərhələli şəkildə həllinin siyasi-hüquqi əsasları bütün beynəlxalq ictimaiyyətə məlumdur. Bu, beynəlxalq hüququn norma və prinsipləri, BMT TŞ-nin məlum qətnamələri, Helsinki Yekun Aktına əsaslanaraq, Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinin təmin olunması, azərbaycanlı qaçqın və məcburi köçkünlərin, o cümlədən Dağlıq Qarabağın azərbaycanlı icmasının öz doğma torpaqlarına qayıtması və Azərbaycanın sərhədləri daxilində Dağlıq Qarabağın erməni və azərbaycanlı icmasının birgə yaşayışını nəzərdə tutur. Ermənistanın Azərbaycana qarşı təcavüz, işğal və etnik təmizləmə siyasəti, həmçinin Ermənistanda və işğal edilmiş ərazilərdə mülki Azərbaycan əhalisinə qarşı dövlət səviyyəsində törətdiyi terror, hərbi və bəşəriyyət əleyhinə cinayət əməllərinin ifşası nəticəsində erməni yalanları üzə çıxarılıb və Ermənistanın bir dövlət olaraq beynəlxalq səviyyədə mənəvi dayaqları və imici əsaslı şəkildə sarsılıb. Beynəlxalq ictimai rəydə Ermənistanın işğalçılıq siyasəti və erməni yalanları barədə aydın fikir formalaşdırılıb.
Ermənistan rəhbərliyi bu reallığı nə qədər tez dərk edərsə və Azərbaycan ərazilərinin işğalına son qoyarsa, bir o qədər də tez regionda davamlı sülh və sabitlik bərqərar olar və Ermənistan əhalisi regional əməkdaşlıq imkanlarından faydalana bilər.
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 21:15
Dünya
30 İyul 20:48
Dünya
30 İyul 20:20
Dünya
30 İyul 19:50
Gündəm
30 İyul 19:33
Dünya
30 İyul 19:20
Dünya
30 İyul 18:40
Dünya
30 İyul 17:25
Gündəm
30 İyul 16:32
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35

