Xarici ölkələrdə Xocalı soyqırımına həsr olunan tədbirlər keçiriləcək
21.02.2018 [10:23]
Milli Məclisin deputatları Hikmət Məmmədov, Çingiz Qənizadə və Flora Qasımova Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar xarici ölkələrdə təşkil olunacaq bir sıra tədbirlərdə iştirak edəcəklər.
Parlamentin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, deputatlar Çingiz Qənizadə və Flora Qasımova fevralın 21-dən 23-dək Bosniya və Herseqovinanın paytaxtı Sarayevo şəhərində səfərdə olacaqlar. Burada onlar Xocalıda hər iki valideynini itirmiş uşaqların acı taleyindən bəhs edən “Böyüməyən uşaqlar” adlı kitabın təqdimat mərasiminə qatılacaqlar. Sarayevo Beynəlxalq Universitetində keçiriləcək tədbirdə diplomatik korpusun nümayəndələri, KİV, QHT təmsilçiləri, habelə Srebrenitsada yaşanan faciə qurbanlarının ailə üzvləri iştirak edəcəklər.
Sonra deputatlar Türkiyənin İstanbul şəhərinə səfər edəcəklər. Burada onlar Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq təbliğat kampaniyası çərçivəsində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılan abidənin və Bağçılar Bələdiyyəsinin dəstəyi ilə salınmış Azərbaycan Dostluq Parkının açılış mərasimlərində iştirak edəcəklər.
İstanbulda keçiriləcək tədbirlərə deputat Hikmət Məmmədov da qatılacaq.
* * *
Milli Məclisin deputatı Cavanşir Feyziyev Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar anım mərasimlərində iştirak etmək üçün fevralın 22-də Böyük Britaniyanın paytaxtı London şəhərinə səfər edəcək.
Tədbirlərdə Azərbaycanın Xocalı şəhərində Ermənistan silahlı dəstələri tərəfindən amansızcasına qətlə yetirilmiş dinc insanların xatirəsi anılacaq, Xocalıda baş vermiş faciənin tarixi və ağır nəticələri barədə məlumat veriləcək, Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində həyata keçirilən tədbirlərdən danışılacaq. Xocalı qətliamını əks etdirən sənədlər ictimaiyyətin diqqətinə çatdırılacaq.
Cavanşir Feyziyev, eyni zamanda, İrlandiya parlamentində bir sıra görüşlər keçirəcək, buradakı həmkarları ilə qanunvericilik orqanları arasında əməkdaşlığın inkişaf etdirilməsinə dair fikir mübadiləsi aparacaq.
Xəbər lenti
Hamısına baxDünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36
Xəbər lenti
19 İyun 13:35

