/ / “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” qanun layihəsi sahibkarlığın inkişafına xidmət edir
“Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” qanun layihəsi sahibkarlığın inkişafına xidmət edir
21.02.2018 [10:28]
Milli Məclis komitələrinin birgə iclasında bir neçə qanun layihəsinə baxılıb
Fevralın 20-də Milli Məclisin Əmək və sosial siyasət, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclasa sədrlik edən Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli gündəlikdə 14 məsələnin olduğunu bildirib.
Hadi Rəcəbli fevralın 19-da ölkə Prezidenti tərəfindən Qarabağ müharibəsi iştirakçıları, veteranları, 20 Yanvar faciəsi əlilləri və şəhid ailələri ilə bağlı üç mühüm sənədin imzalandığını xatırladıb. O bildirib ki, Prezident İlham Əliyev Milli Məclisə əhalinin məcburi dövlət sosial sığorta sahəsində 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və bu ilin aprelin 1-ə qədər ödənilməmiş borclarının, eləcə də 2015-ci ilin 1 yanvar tarixinədək yaranmış maliyyə sanksiyalarının silinməsini təklif edib. Hadi Rəcəbli komitənin gündəliyinə “Əlil olan şəxslərin hüquqları haqqında” qanun layihəsinin (ikinci oxunuş) və “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” yeni qanun layihələrinin daxil edildiyini deyib.
İclasda iştirak edən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev bildirib ki, “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” qanun layihəsi sahibkarlığın inkişafı üçün nəzərdə tutulub. Nazir müavini diqqətə çatdırıb ki, bu borclar sahibkarlığın inkişafına ciddi əngəl törədir. 2003-cü illə müqayisədə sosial sığorta haqları üzrə daxilolmalar təxminən 9,4 dəfə artıb. Məcburi dövlət sosial sığortası üzrə ödənilməyən borclar 2018-ci il yanvarın 1-dək təxminən 364 milyon manatdan çoxdur. Bu borcların silinməsi vətəndaşların pensiya təminatına heç bir təsir göstərməyəcək.
Sonra Milli Məclis Aparatı Sosial qanunvericilik şöbəsinin sektor müdiri Adil Vəliyev gündəlikdə nəzərdə tutulan digər 13 qanunda dəyişiklikləri şərh edib. Bildirilib ki, qanun layihələri Prezident tərəfindən qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə ünvanlanıb. “İnsan hüquqları üzrə müvəkkil (ombudsman) haqqında”, Seçki Məcəlləsində, “Milli Məclis deputatının statusu haqqında”, “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında”, “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”də, “Dövlət qulluğu haqqında”, “Konstitusiya Məhkəməsi haqqında” “Məhkəmələr və hakimlər haqqında”, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında”, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında”, “Yaşayış minimumu haqqında”, “Sosial sığorta haqqında”, “Sosial müavinətlər haqqında” sənədlərdəki dəyişikliklər oxşar xarakterlidir. Bu layihələrdə dəyişikliklər “Əmək pensiyaları haqqında” 10 mart 2017-ci il tarixli Qanunda güzəştli şərtlərlə əmək pensiyası hüququ olan şəxslər kateqoriyasına uyğunlaşdırma ilə əlaqədardır. Bununla bir sıra kateqoriyadan olan insanların pensiya təminatı növbəti dəfə yaxşılaşdırılmış olacaq.
Müzakirələrdən sonra qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Xəbər lenti
Hamısına baxSiyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36
Xəbər lenti
19 İyun 13:35
Elm
19 İyun 13:34
Dünya
19 İyun 12:50
Sosial
19 İyun 12:47
Sosial
19 İyun 12:46
Gündəm
19 İyun 12:26
YAP xəbərləri
19 İyun 12:16
YAP xəbərləri
19 İyun 12:15
YAP xəbərləri
19 İyun 12:14
Siyasət
19 İyun 12:13

