Rəsmi Qahirə Azərbaycan ilə bütün sahələrdə əməkdaşlıq etməyə hazırdır
23.02.2018 [10:17]
Fevralın 22-də Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi bu ölkədə səfərdə olan Azərbaycan Respublikasının iqtisadiyyat naziri Şahin Mustafayevi qəbul edib.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Şahin Mustafayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını və məktubunu Misir Prezidentinə çatdırıb. Nazir qeyd edib ki, Azərbaycan Respublikası ilə Misir Ərəb Respublikası arasında Hökumətlərarası İqtisadi, Texniki və Elmi əməkdaşlıq üzrə Müştərək Komissiyanın fəaliyyətinin bərpası hər iki ölkənin iqtisadi inkişafı ilə əlaqədardır. Azərbaycanda həyata keçirilən islahatlar barədə məlumat verən Şahin Mustafayev vurğulayıb ki, bu islahatlar nəticəsində ölkəmizdə əlverişli biznes və investisiya mühiti yaradılıb.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxunulub. Qeyd olunub ki, Ermənistan Azərbaycanın 20 faiz ərazisini işğal edib və beynəlxalq təşkilatların qərar və qətnamələrinə baxmayaraq, ərazilərimizi işğal altında saxlamaqda davam edir.
Şahin Mustafayev Misirə səfəri çərçivəsində keçirdiyi görüşlər, Müştərək Komissiyanın iclası və imzalanacaq sənədlər barədə Misir Prezidentinə məlumat verib.
Bu ilin martında Misirdə prezident seçkilərinin keçiriləcəyi barədə məlumatlı olduğunu qeyd edən iqtisadiyyat naziri Prezident Əbdülfəttah əs-Sisiyə uğurlar arzulayıb.
Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi deyib ki, rəsmi Qahirə Azərbaycan ilə bütün sahələrdə əməkdaşlıq etməyə hazırdır. Misir və Azərbaycan xalqlarının dost və qardaş xalqlar olduğunu vurğulayan Prezident Əbdülfəttah əs-Sisi ölkəsinin çətin vaxtlarında göstərilən köməyə görə Azərbaycan xalqına və şəxsən Prezident İlham Əliyevə minnətdarlığını bildirib.
Misir Prezidenti onun salamlarını Azərbaycan Prezidenti İlham Əliyevə çatdırmağı xahiş edib və qarşıdan gələn prezident seçkilərində dövlətimizin başçısına uğurlar arzulayıb.
Xəbər lenti
Hamısına baxDünya
20 Sentyabr 11:28
Analitik
20 Sentyabr 11:11
Dünya
20 Sentyabr 10:43
Dünya
20 Sentyabr 10:17
Dünya
20 Sentyabr 09:52
İdman
20 Sentyabr 09:20
Gündəm
20 Sentyabr 08:43
Dünya
19 Sentyabr 23:30
Hadisə
19 Sentyabr 22:40
Dünya
19 Sentyabr 22:19
Siyasət
19 Sentyabr 21:35
Mədəniyyət
19 Sentyabr 21:33
Sosial
19 Sentyabr 20:25
Sosial
19 Sentyabr 19:17
Siyasət
19 Sentyabr 18:34
Dünya
19 Sentyabr 18:22
Dünya
19 Sentyabr 17:38
Sosial
19 Sentyabr 16:35
Hadisə
19 Sentyabr 15:30
Gündəm
19 Sentyabr 14:46
Sosial
19 Sentyabr 14:43
Sosial
19 Sentyabr 14:35
Gündəm
19 Sentyabr 13:19
Dünya
19 Sentyabr 12:23
Gündəm
19 Sentyabr 11:05
Siyasət
19 Sentyabr 11:00
İqtisadiyyat
19 Sentyabr 10:59
Gündəm
19 Sentyabr 10:40
Siyasət
19 Sentyabr 10:25
Gündəm
19 Sentyabr 10:23
İqtisadiyyat
19 Sentyabr 09:41
Analitik
19 Sentyabr 09:14
Ədəbiyyat
19 Sentyabr 08:57
Ədəbiyyat
19 Sentyabr 08:31
Gündəm
19 Sentyabr 08:16
Dünya
18 Sentyabr 23:46
Dünya
18 Sentyabr 23:21
Dünya
18 Sentyabr 22:49
Dünya
18 Sentyabr 22:17
Dünya
18 Sentyabr 21:53
Dünya
18 Sentyabr 21:25
Dünya
18 Sentyabr 20:43
Dünya
18 Sentyabr 20:18
Dünya
18 Sentyabr 19:59
Dünya
18 Sentyabr 19:20
YAP xəbərləri
18 Sentyabr 19:07
YAP xəbərləri
18 Sentyabr 19:03
YAP xəbərləri
18 Sentyabr 19:00
Dünya
18 Sentyabr 18:25
Analitik
18 Sentyabr 18:15
Siyasət
18 Sentyabr 18:03
Dünya
18 Sentyabr 17:45
Dünya
18 Sentyabr 17:19
YAP xəbərləri
18 Sentyabr 16:30
YAP xəbərləri
18 Sentyabr 16:23
Dünya
18 Sentyabr 16:23
Elanlar
18 Sentyabr 16:21
Din
18 Sentyabr 16:12
Dünya
18 Sentyabr 16:04
Dünya
18 Sentyabr 15:52
Dünya
18 Sentyabr 15:48
Mədəniyyət
18 Sentyabr 15:47
Elm
18 Sentyabr 15:40
İqtisadiyyat
18 Sentyabr 15:32
Dünya
18 Sentyabr 15:31
YAP xəbərləri
18 Sentyabr 14:56
YAP xəbərləri
18 Sentyabr 14:54
Dünya
18 Sentyabr 14:50
Sosial
18 Sentyabr 14:50
Siyasət
18 Sentyabr 14:28

