Radikalların 10 mart şousu da fiasko ilə nəticələndi
13.03.2018 [09:55]
Martın 10-da AXCP, “Milli şura” və Müsavat Partiyasının birgə keçirdiyi mitinq də xalqın dağıdıcı düşərgəni dəstəkləmədiyini bir daha təsdiqlədi
Martın 10-da radikal müxalifət düşərgəsi növbəti dəfə özünü gülünc vəziyyətə saldı. Belə ki, həmin tarix üçün AXCP, “Milli şura” və Müsavat Partiyası birgə mitinq təyin etmişdi və martın 10-na qədər sosial şəbəkələrdə insanlara bu aksiyada iştirak etmək çağırışları səslənirdi. Amma nəticə yenə də radikallar üçün acınacaqlı oldu. Əslində, həmin mitinqin də iflasa uğrayacağı əvvəlcədən bəlli idi. Çünki indiyə qədər dağıdıcı düşərgənin keçirdiyi mitinqlərə həmin təşkilatların rəhbərlərinin ailə üzvlərindən və yaxın qohumlarından başqa heç kim gəlməyib. Bunu nəzərə alsaq, radikalların 10 mart şousunun da fiaskoya uğraması təbii qanunauyğunluqdur.
Beləliklə, üç təşkilatın birgə mitinqinə 1500-dək insan gəlmişdi. Əslində, bu fakt bir daha radikalların hansı “gücə” sahib olduğunu nümayiş etdirdi. Daha doğrusu, 10 mart mitinqi vətəndaşların radikal müxalifətə inanmadığını, bu düşərgənin sosial dayaqlarının olmadığını növbəti dəfə təsdiqlədi. Digər tərəfdən, mitinqdə çıxış edən AXCP sədri Əli Kərimli, “Milli şura”nın sədri Cəmil Həsənli, “Müsavat” başqanı Arif Hacılı və digərləri sadəcə öncəki mitinqlərdəki fikirləri təkrar etdilər ki, bu da heç bir ictimai maraq kəsb etmir. Çünki obyektivliyə əsaslanmayan fikirlər həqiqətdən uzaqdır. Mitinqdə səsləndirilən bəzi fikirlər isə, ümumiyyətlə, siyasi mübarizəyə tamamilə zidd məsələlər idi.
Bütün bunlara rəğmən Azərbaycan dövləti vətəndaşların sərbəst toplaşmaq azadlığının təmin olunmasına diqqətlə yanaşdığını nümayiş etdirir. Bu, o deməkdir ki, Azərbaycanda demokratik mühit mövcuddur və vətəndaşlar, eləcə də ictimai, siyasi təşkilatlar bu şəraitdən maksimum istifadə edirlər. Öz növbəsində, məsələyə münasibət bildirən Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov da deyib ki, Azərbaycanda hər zaman sərbəst toplaşmaq azadlığı qorunub: “Bu proseslər həmişə şəffaf şəkildə öz həllini tapıb. “Milli şura”nın bu gün keçirdiyi mitinq də onun bir nümunəsidir”.
S.Novruzovun sözlərinə görə, bu mitinqə də həmişəki kimi, “Milli şura”nın öz tərəfdarlarından ibarət olan min nəfərdən artıq adam toplaşmışdı və indiyədək deyilən sözləri təkrar etməklə məşğul idilər: “İştirakçılar da müxtəlif kateqoriyalı insanlar idilər. Orada hər cür adam - islamçı, avropaşünas və s. var idi. Təbii ki, bu da sırf əqidə ilə bağlı deyildi. Həmin mitinqdə olanlar ayrı-ayrı problemlərlə bir araya gəlmişdilər. Sözügedən mitinqdə iki istiqamətdə çıxışlar oldu. Korrupsiya ilə bağlı indiyədək söylədiklərini yenə dilə gətirdilər. Bunların heç biri həqiqətə söykənmir. Digər istiqamət isə son vaxtlar gündəmdə olan məsələ kimi, müxtəlif adamların siyasi mübarizəyə uyğun gəlməyən sözləri, ifadələri gündəmə gətirməsi idi”.
Bir sözlə, müxalifətin radikal qanadına daxil olan AXCP, “Milli şura” və Müsavat Partiyasının birgə keçirdikləri mitinqin növbəti dəfə də fiasko ilə nəticələnməsi bir daha sübut etdi ki, destruktiv düşərgənin sosial bazası yoxdur. Eyni zamanda, bu aksiya öncəsi radikallar aksiyanı ümummüxalifət mitinqi adlandırsalar da, martın 10-da “Məhsul” stadionuna yalnız AXCP və “Müsavat”ın azsaylı üzvlərinin yığılması düşərgə daxilində ciddi kataklizmlərin yaşandığını göstərdi. Görünən odur ki, radikal müxalifətə xalqın inamının olmaması, dağıdıcıların uğursuz siyasi keçmişləri və bugünkü antimilli fəaliyyətləri onların mitinqlərinin nəticəsini şərtləndirir. Leksikonu söyüş, təhqirlərdən ibarət olan dağıdıcı müxalifətin qohum-əqrəbalarından ibarət mitinqi isə yalnız istehza doğurur.
Bütün bunların fonunda keçirilən aksiya radikalların təbliğ etdiyi “müxalifətin birliyi” ideyasının sabun köpüyü olduğunu açıq nümayiş etdirdi və düşərgənin 10 mart şousu da fiasko ilə nəticələndi.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 23:47
Dünya
30 İyul 23:18
Dünya
30 İyul 22:55
Dünya
30 İyul 22:25
Dünya
30 İyul 21:15
Dünya
30 İyul 20:48
Dünya
30 İyul 20:20
Dünya
30 İyul 19:50
Gündəm
30 İyul 19:33
Dünya
30 İyul 19:20
Dünya
30 İyul 18:40
Dünya
30 İyul 17:25
Gündəm
30 İyul 16:32
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51

