Bako Saakyanın Amerikaya səfəri ABŞ-ın siyasətində ikili standartların bariz nümunəsidir
17.03.2018 [09:09]
Azərbaycan ictimaiyyəti Birləşmiş Ştatların ikili standartlar siyasətinə qəti etiraz edir
Azərbaycan dövləti Ermənistan tərəfindən işğal edilmiş torpaqlarının azad olunması istiqamətində prinsipial və qətiyyətli mövqe nümayiş etdirir. İşğalçı Ermənistanın qeyri-konstruktiv mövqeyi nəticəsində münaqişə hələ də həll olunmasa da, beynəlxalq müstəvidə ölkəmizi dəstəkləyənlərin miqyası genişlənməkdədir. Son vaxtlar nüfuzlu beynəlxalq qurumların ortaya qoyduğu mövqe bu faktı təsdiqləyir. Belə ki, Azərbaycanın tutduğu prinsipial mövqenin fonunda dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatlar Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına əsasən həllinin zəruri və qaçılmaz bir proses olduğunu bəyan edirlər. Məhz bunun nəticəsidir ki, bir sıra nüfuzlu beynəlxalq qurumlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında sənədlər qəbul edib. Həmin sənədlərdə vurğulanır ki, münaqişə beynəlxalq hüquq normaları çərçivəsində həll edilməlidir. Bütün bunlar onu göstərir ki, beynəlxalq müstəvidə Azərbaycanın mövqeləri əhəmiyətli dərəcədə güclənməkdədir.
Təəssüflər olsun ki, münaqişənin sülh yolu ilə həlli prosesində vasitəçilik edən ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri bu prosesdə ikili standartlar mövqeyindən çıxış edirlər. Elə bu günlərdə Dağlıq Qarabağın separatçı rejiminin rəhbəri Bako Saakyanın ABŞ-a səfəri və Konqresdə görüşlər keçirməsi buna sübutdur. Azərbaycan tərəfi bu məsələyə kəskin etirazını bildirib. Məlum olduğu kimi, özünü Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin “prezidenti” kimi təqdim edən Bako Saakyanın ABŞ-a səfəri və Konqresin inzibati binasında qondarma rejimi təbliğ edən tədbir keçirməsi ilə əlaqədar Birləşmiş Ştatların Azərbaycandakı səfiri Robert Sekuta Xarici İşlər Nazirliyinə çağırılıb, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin ABŞ Dövlət Departamentinə ünvanladığı etiraz notası ona təqdim edilib. Həmçinin Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Dövlət Departamentində görüş keçirərək Azərbaycanın etirazını ABŞ tərəfinə çatdırıb.
Notada Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Xankəndi şəhərinin sakini olan Bako Saakyanın saxta məlumatlar təqdim edərək Ermənistan pasportu ilə ABŞ vizası alması və ABŞ ərazisinə daxil olması, Birləşmiş Ştatların müvafiq təsisatlarında qondarma separatçı rejimi təbliğ edən və Azərbaycan ərazilərinin işğalını dəstəkləmək üçün ABŞ ərazisində maliyyə toplamaq məqsədi daşıyan tədbirlər keçirməsinə icazə verilməsinin beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə, Azərbaycan və ABŞ arasında imzalanmış ikitərəfli sənədlərə, Birləşmiş Ştatların rəsmi mövqeyinə zidd olduğu qeyd edilir. ABŞ-ın bu addımı Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinə qarşı fəaliyyət kimi qiymətləndirilir.
Eyni zamanda Azərbaycan ictimaiyyəti də Birləşmiş Ştatların ikili standartlar siyasətinə qəti etiraz edir. Məsələ ilə bağlı Milli Məclisin deputatı Flora Qasımova bildirib ki, ABŞ beynəlxalq hüququn norma və prinsipləri əsasında üzərinə götürdüyü öhdəliklərə əməl etməlidir və Birləşmiş Ştatlar öz ərazisində Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı fəaliyyətlərin qarşısını almalıdır: “ABŞ ilə Azərbaycan digər sahələrdə tərəfdaşlıq münasibətlərinə malik olduğu halda, Birləşmiş Ştatlar tərəfindən həyata keçirilən bu təəccüblü addımı rəsmi Vaşinqtonun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar mövqeyinin dəyişməsi kimi qiymətləndirir və qərəzli hesab edirik. Postsovet məkanında olan digər separatçı rejimlərə münasibətdə ABŞ tərəfindən xüsusi sanksiyalar tətbiq olunduğu halda, Azərbaycana qarşı hərbi təcavüz və qanlı etnik təmizləmə nəticəsində yaradılmış qondarma rejimin nümayəndələrinin ABŞ ərazisinə daxil olmasına imkan yaradılması ikili standartların təzahürüdür”.
BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi Təhlükəsizlik Şurasının konsensusla qəbul edilmiş müvafiq qətnamələrinin tələblərinin yerinə yetirilməsinə və bu xüsusda, Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması, həmçinin azərbaycanlı məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmasına çalışmalıdır.
Millət vəkili hesab edir ki, ABŞ-ın bir tərəfdən münaqişənin danışıqlar yolu ilə həllinə çağırış etməsi, digər tərəfdən qondarma rejimin təbliğinə imkan yaratması və Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni əməllərə göz yumması Birləşmiş Ştatların qərəzsizliyi və obyektivliyi barədə ciddi suallar yaradır.
Milli Məclisin deputatı Elman Məmmədov isə bildirib ki, ABŞ-ın bu addımı danışıqlar prosesinə ciddi şəkildə xələl gətirir, regionda gərginliyin artmasına xidmət edir və davamlı sülh və təhlükəsizliyin təmin edilməsi istiqamətində olan səylərə ciddi zərər vurur. Onun sözlərinə görə, Bako Saakyanın Amerikaya səfəri ABŞ-ın siyasətində ikili standartların bariz nümunəsidir: “Dağlıq Qarabağdakı işğalçı rejimin başçısı Bako Saakyanın ABŞ-a səfəri Birləşmiş Ştatların siyasətində mövcud olan ikili standartların bariz nümunəsidir. Minsk qrupunun həmsədri kimi münaqişənin beynəlxalq hüquq və normalar çərçivəsində həllinə görə məsuliyyət daşıyan, dünyada haqqın və ədalətin keşiyində durduğunu bəyan edən bir ölkənin işğalçı rejimin başçısına belə şərait yaratması nonsensdir. Əgər bu, normaldırsa, nəyə görə Krımın, Cənubi Osetiyanın, Abxaziyanın, Dnestryanı Respublikanın və digər bu kimi qurumların rəhbərlərinə müvafiq şərait yaradılmır? Yox, əgər pisdirsə, nəyə görə Bako Saakyana belə imkan tanınır? ABŞ necə ədalətdən danışa bilər ki, bir separatçı rejimin başçısı Konqresin binasında görüş keçirir, konqresmenlərlə təmasda olur, onlara heç bir ölkə, o cümlədən də Amerikanın özü tərəfindən tanınmayan separatçı qurumun adından təltiflər təqdim edir?!”
Millət vəkilinin sözlərinə görə, hətta Saakyanın Konqresdə icarə olunmuş otaqda Konqresdəki erməni kokusunun nümayəndələri ilə görüşdüyü, ermənipərəst mərkəzlərdə görüşlər keçirdiyi nəzərə alınsa belə, ona belə bir şərait yaradılması ABŞ-ın özünün prinsiplərinə və beynəlxalq qanunvericiliyin tələblərinə ziddir: “Dağlıq Qarabağın başçısı Ermənistan pasportu və vizası ilə ABŞ-a necə səfər edib? ABŞ Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yürütdüyü ikili standartlar siyasətinə son qoymalı və bəyan etdiyi prinsiplərə sadiqliyini göstərməlidir”.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxGündəm
26 Sentyabr 11:19
Analitik
26 Sentyabr 10:57
Xəbər lenti
26 Sentyabr 10:49
Xəbər lenti
26 Sentyabr 10:44
Siyasət
26 Sentyabr 10:22
Analitik
26 Sentyabr 09:41
Analitik
26 Sentyabr 09:17
Gündəm
26 Sentyabr 09:03
Ədəbiyyat
26 Sentyabr 08:51
Ədəbiyyat
26 Sentyabr 08:33
Gündəm
26 Sentyabr 08:14
Sosial
26 Sentyabr 07:45
Siyasət
26 Sentyabr 07:24
Siyasət
26 Sentyabr 07:23
Siyasət
25 Sentyabr 23:26
Siyasət
25 Sentyabr 23:25
Dünya
25 Sentyabr 23:18
Siyasət
25 Sentyabr 22:24
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Siyasət
25 Sentyabr 21:25
Dünya
25 Sentyabr 20:17
Siyasət
25 Sentyabr 19:47
YAP xəbərləri
25 Sentyabr 19:37
Dünya
25 Sentyabr 19:20
Siyasət
25 Sentyabr 18:57
YAP xəbərləri
25 Sentyabr 18:30
YAP xəbərləri
25 Sentyabr 17:26
YAP xəbərləri
25 Sentyabr 16:24
YAP xəbərləri
25 Sentyabr 16:20
Siyasət
25 Sentyabr 15:29
YAP xəbərləri
25 Sentyabr 15:23
YAP xəbərləri
25 Sentyabr 15:13
YAP xəbərləri
25 Sentyabr 15:12
YAP xəbərləri
25 Sentyabr 15:07
YAP xəbərləri
25 Sentyabr 14:58
YAP xəbərləri
25 Sentyabr 14:44
YAP xəbərləri
25 Sentyabr 14:26
YAP xəbərləri
25 Sentyabr 13:24
İqtisadiyyat
25 Sentyabr 13:12
YAP xəbərləri
25 Sentyabr 13:08
Gündəm
25 Sentyabr 12:53
YAP xəbərləri
25 Sentyabr 12:36
Gündəm
25 Sentyabr 12:35
Gündəm
25 Sentyabr 12:18
Siyasət
25 Sentyabr 12:09
Gündəm
25 Sentyabr 12:09
Gündəm
25 Sentyabr 12:07
Gündəm
25 Sentyabr 12:05
Gündəm
25 Sentyabr 12:03
İqtisadiyyat
25 Sentyabr 12:03
Siyasət
25 Sentyabr 11:42
Gündəm
25 Sentyabr 11:36
İqtisadiyyat
25 Sentyabr 11:16
İqtisadiyyat
25 Sentyabr 10:58
İqtisadiyyat
25 Sentyabr 10:23
Siyasət
25 Sentyabr 09:45
Analitik
25 Sentyabr 09:17
MEDİA
25 Sentyabr 08:50
Sosial
25 Sentyabr 08:36
Gündəm
25 Sentyabr 08:12
Dünya
24 Sentyabr 23:32
Dünya
24 Sentyabr 23:17
Dünya
24 Sentyabr 22:59
Dünya
24 Sentyabr 22:23
İqtisadiyyat
24 Sentyabr 21:40
Dünya
24 Sentyabr 21:40
YAP xəbərləri
24 Sentyabr 21:28
Sosial
24 Sentyabr 21:19
Dünya
24 Sentyabr 21:19

